Bəhruz Quliyev: Azərbaycan mətbuatı ilə bağlı məsələlər daim dövlət başçısının diqqətindədir
12.08.2015 [09:54]
“Azərbaycan dövləti mətbuatın inkişafı üçün bütün zəruri tədbirləri həyata keçirir. Bu, ölkəmizdə həyata keçirilən siyasətdə prioritet istiqamətlərdən biridir. Eyni zamanda, jurnalistlərin bir sıra problemlərinin, o cümlədən, sosial-məişət problemlərinin həllinə də diqqət göstərilir. Bütövlükdə, Azərbaycanda azad fikrin inkişafı üçün bütün imkanlar mövcuddur. Dövlətimiz, xüsusilə, jurnalistlərə qarşı törədilən hansısa təzyiq və təhdidlərə qarşı da ciddi tədbirlər həyata keçirir. Ann.az saytının əməkdaşı Rasim Əliyevin döyülüb öldürülməsi faktına müvafiq dövlət strukturlarının dərhal reaksiya verməsi buna əyani sübutdur”. Bu fikirləri “SƏS” Media Qrupun rəhbəri Bəhruz Quliyev deyib.
B.Quliyevin fikrincə, Prezident İlham Əliyevin jurnalist Rasim Əliyevin öldürülməsi ilə bağlı başlanmış cinayət işini şəxsi nəzarətinə götürməsi bir daha onu göstərir ki, dövlət başçısı baş verən istənilən hadisəyə operativ reaksiya verir və diqqətdə saxlayır. Media Qrupun rəhbəri qeyd edib ki, Prezident İlham Əliyevin hadisə ilə bağlı göstərdiyi reaksiya Azərbaycanda söz və məlumat azadlığının prioritet istiqamət kimi əsas götürülməsinin sübutudur: “Cənab Prezident hər zaman vurğulayıb ki, fikir plüralizmi dövlətin marağında olan əsas faktorlardandır. Bu fakt, yəni dövlət başçısının hadisəyə həssaslıqla yanaşması, həmçinin, cənab İlham Əliyevin “Mən hər bir azərbaycanlının Prezidenti olacağam” fikrinə sadiqliyinin göstəricisidir. Onu da qeyd edə bilərik ki, Azərbaycanda media ilə bağlı mövcud olan qanunların icrası, ümumiyyətlə, mətbuatla əlaqədar hər bir hadisə ölkə başçısı tərəfindən nəzarətdə saxlanılır. Ümumiyyətlə, Prezident İlham Əliyevin bu hadisəni ölkədə söz və məlumat azadlığına təhlükə və təhdid kimi qiymətləndirməsi hər bir vətəndaşa olan diqqətin nümunəsi kimi də qiymətləndirilə bilər. Çünki bu müstəvidə olan prinsiplərin, maraqların pozulması, eyni zamanda, dövlətin maraqlarına və reallaşdırılan uğurlu dövlət siyasətinin mahiyyətinə kölgə sala bilər. Biz də media təmsilçiləri olaraq əminik ki, bu hadisədə günahı olan istənilən şəxs qanun qarşısında cavab verəcəkdir”.
B.Quliyev bununla yanaşı, hadisə baş verdikdən sonra bir sıra media orqanlarının, o cümlədən, radikal müxalifət liderlərinin tələm-tələsik nəticə çıxarmalarına, bu olaya məqsədli şəkildə siyasi don geyindirməyə cəhd göstərmələrinə də münasibət bildirib. Media Qrupun rəhbəri xatırladıb ki, yalnız bu hadisə deyil, digər arzuolunmaz hadisələr baş verdikdə də şəxsi mənfəətlərini və çirkin siyasi məqsədlərini güdən radikal müxalifət liderləri dərhal ortaya atılaraq, dövlətə qarşı qarayaxma kampaniyalarına start verirlər: “Bir məsələyə də diqqət çəkmək istərdim. Belə ki, mərhum jurnalist dəfn edilərkən sosial şəbəkələrdən də gördük ki, bir sıra radikal müxalifət liderləri özlərini reklam etməklə məşğul idilər. Bəllidir ki, onlar heç də həmkarımızın həyatını itirməsinə görə deyil, öz şəxsi məqsədlərini güdməkdən, siyasi uğursuzluqlarını bu yolla ört-basdır etməkdən ötrü bu cür yanlış addımlar atıblar. Məqsəd yenə də siyasi mənfəət əldə etmək, insanların qanı üzərində uğur qazanmaqdır. Belələrinə yalnız “ar olsun” deyə bilərik, onlar hətta insanların ölümündən, kədərindən sui-istifadə etməklə məşğuldurlar. Onlara tövsiyəm budur ki, öz fəaliyyətlərini sağlam ideyalar ətrafında qursunlar. Çünki insanların ölümündən sui-istifadə etmək və bunu siyasiləşdirmək mənəviyyata, əxlaqa zidd hərəkətlərdir”.
Xəbər lenti
Hamısına baxGündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17

