Sevinc Fətəliyeva: Beynəlxalq təşkilatlar hadisələrə ədalət prinsipi ilə yanaşmalıdırlar
15.08.2015 [11:03]
“Azərbaycanda demokratik cəmiyyətin formalaşmasında mətbuatın özünəməxsus yüksək rolu var. Ölkəmizdə KİV-in inkişafı ilə bağlı görülən işlər onu deməyə əsas verir ki, Azərbaycan dövləti mətbuat və söz azadlığının qorunması, mətbuatın maddi-texniki bazasının gücləndirilməsi və media nümayəndələrinin sosial müdafiəsinin təmin edilməsi istiqamətində uğurlu siyasət həyata keçirir. Amma müəyyən xarici qüvvələr uğurları görmək istəmir, hansısa bir hadisədən ölkəmizin əleyhinə sui-istifadə etməyə çalışırlar. Avropa Şurasının baş katibi Torbyorn Yaqlandın jurnalist Rasim Əliyevin həyatını itirməsinə münasibəti bu faktı bir daha təsdiqləyir”. Bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, Yeni Azərbaycan Partiyasının (YAP) Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva deyib.
S.Fətəliyeva bildirib ki, ölkəmizdə informasiya təminatının şəffaflığı üçün lazımi işlər görülüb və dövlətin bu istiqamətdə siyasi iradəsi var. Onun sözlərinə görə, Azərbaycanda dövlət qurumları ilə media arasında münasibətlərin səmərəli qurulması istiqamətində qanunvericilik bazası formalaşdırılıb. Eləcə də, dövlət orqanlarının fəaliyyətində şəffaflığın təmin edilməsi və onların KİV-lərlə münasibətlərinin tənzimlənməsi üçün müvafiq addımlar atılır.
“Ölkəmizdə, həmçinin, media mənsublarının bəzən peşə fəaliyyətlərini yerinə yetirərkən fiziki təzyiqlərə məruz qalmaları da əlaqədar qurumlar tərəfindən ciddi nəzarətə götürülür və bununla bağlı təxirəsalınmaz tədbirlər görülür. Bu günlərdə jurnalist Rasim Əliyevin bir qrup şəxs tərəfindən onun ölümü ilə nəticələnən ağır fiziki təzyiqə məruz qalması faktı da ən yüksək səviyyədə ciddi nəzarətə götürülüb. Bu məsələ dövlət başçısının şəxsi nəzarətindədir. Artıq cinayət hadisəsi ilə əlaqədar bir neçə nəfər məsuliyyətə cəlb olunub. Amma təəssüf ki, bəzi beynəlxalq təşkilatların nümayəndələri hadisəni siyasiləşdirməyə çalışırlar. Bu baxımdan, Avropa Şurası baş katibinin mövqeyi qəbulolunmazdır. Bu yanaşma ədalət prinsiplərinə, obyektivliyə tamamilə ziddir. Onlar hadisələrə ədalət prinsipi ilə yanaşmalıdırlar”, - deyə S.Fətəliyeva vurğulayıb.
Xəbər lenti
Hamısına baxDünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27

