Amerikalı ekspert Azərbaycan ərazisinin Ermənistan tərəfindən işğal edilməsi haqqında yazıb
20.08.2015 [09:48]
Amerikada çıxan “IJ Review” jurnalında “The Jerusalem Post” və “The Baltimore Jewish Times” qəzetlərinin sabiq baş redaktoru Maayan Caffenin məqaləsi dərc edilib. Məqalədə ABŞ Administrasiyasına ünvanlanmış bir çağırış - ABŞ-ın Qafqazdakı müttəfiqi Azərbaycana Dağlıq Qarabağ münaqişəsinin həllində dəstək vermək çağırışı əks olunur. Müəllif yazır ki, ABŞ rəhbərliyi, o cümlədən Ağ Ev və Konqres ölkələrin ərazi bütövlüyü prinsipini dəstəkləyir və son bir il ərzində Ukraynada davam edən münaqişə ilə əlaqədar rəsmi Kiyevi bu cür dəstəklədiklərini bildiriblər. Müəllif qeyd edir ki, 2012-ci ildə ABŞ-ın dəstəyi ilə BMT Abxaziyada və Cənubi Osetiyada separatçıları tanımaqdan imtina edərək Gürcüstanın ərazi bütövlüyünü bir daha dəstəkləyib. Xanım Caffe vurğulayır ki, Konqres postsovet məkanında separatçı münaqişələr barəsində ardıcıl siyasət yürütməlidir.
Müəllif daha sonra qeyd edir ki, Ermənistan Azərbaycan ərazilərinin 20 faizini işğal edib və bu torpaqlarda etnik təmizləmə aparıb. Ekspert 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması və 1920-ci ildə Azərbaycanın “Qırmızı Ordu” tərəfindən işğal edilməsi barədə məlumat verərək qeyd edir ki, 1991-ci il oktyabrın 18-də Azərbaycan öz dövlət müstəqilliyini bərpa edib. M.Caffe yazır ki, Amerika həmişə Azərbaycanın dostu olub. Azərbaycan Avropa ilə ABŞ ilə tərəfdaşlığı davam etdirir, enerji resursları ilə təchizatın şaxələndirilməsi yolu ilə Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına töhfə verir.
Sonda M.Caffe yazır ki, Ermənistan-Azərbaycan münaqişəsi beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə müvafiq şəkildə həll edilməlidir.
Xəbər lenti
Hamısına baxGündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08

