Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının iclası keçirilib
20.08.2015 [09:50]
Avqustun 19-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.
Mərkəzi Seçki Komissiyası Katibliyinin media və ictimai əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə MSK-nın 15 may, 25 may və 27 may 2015-ci il tarixlərində keçirilmiş iclaslarının protokolları təsdiq edilib.
Sonra Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”na əsasən aşağı seçki komissiyaları üzvlərinin maarifləndirilməsi məqsədilə genişmiqyaslı layihənin həyata keçirilməsi qərara alınıb.
Komissiyanın qərarına əsasən dairə və məntəqə seçki komissiyalarının üzvlərinin seçkilərlə bağlı məlumatının daha da artırılmasına hədəflənmiş layihə 2 mərhələdə gerçəkləşdiriləcək. Belə ki, birinci mərhələ çərçivəsində avqustun 21-dən dairə seçki komissiyalarının sədrləri üçün Bakı şəhərində müşavirə keçiriləcək. Tədbirdə MSK rəsmiləri ilə yanaşı, bir sıra ali dövlət qurumlarının rəhbər şəxslərinin Milli Məclisə seçkilərin hazırlanması və keçirilməsi ilə bağlı müxtəlif mövzularda çıxışları nəzərdə tutulub. Maarifləndirmə layihəsinin birinci mərhələsi çərçivəsində, həmçinin tədbir iştirakçıları ilə Bakı şəhərində yerləşən dairə seçki komissiyaları arasında təcrübə mübadiləsi də təşkil ediləcək.
Genişmiqyaslı maarifləndirmə tədbirinin ikinci mərhələsi ölkə ərazisindəki bütün dairə seçki komissiyalarının katibləri, üzvləri və məntəqə seçki komissiyalarının sədrlərini əhatə edir. Bu mərhələ çərçivəsində 24-26 avqust tarixlərində regionlarda seçki hüququ üzrə ixtisaslaşdırılmış kursların keçirilməsi nəzərdə tutulub. Kurslar çərçivəsində MSK təmsilçiləri, dairə seçki komissiyaları sədrləri, rayonların yerli icra hakimiyyəti, məhkəmə, prokurorluq və polis orqanlarının rəhbər şəxsləri tərəfindən mühazirələr oxunub, təqdimatlar aparılacaq. Bu da aşağı seçki komissiyaları üzvlərinin seçkilərlə bağlı hərtərəfli məlumatlandırılmasına və onların iş təcrübələrinin daha da artırılmasına imkan verəcək.
İclasda bəzi seçki dairələrinin seçki məntəqələri üzrə seçicilərin sayının təmsilçilik normalarına uyğunlaşdırılması məsələsi də müzakirə edilib. Komissiyanın qərarı ilə seçicilər üçün maksimum əlverişli şərait yaradılmasının zəruriliyi, yerli və digər şərait nəzərə alınmaqla, bəzi seçki dairələrinin dislokasiyaları daxilində qanunvericiliyin tələblərinə uyğun olaraq əlavə seçki məntəqələrinin yaradılması müvafiq dairə seçki komissiyalarına həvalə edilib.
Komissiyanın iclasında bir sıra seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilib, eləcə də cari məsələlərə baxılıb.
İclasda xarici qurumların, həmçinin kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.
Xəbər lenti
Hamısına baxGündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17

