/ / “The London Post” portalında AZƏRTAC-ın xüsusi müxbirinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı analitik məqaləsi dərc edilib
“The London Post” portalında AZƏRTAC-ın xüsusi müxbirinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı analitik məqaləsi dərc edilib
22.08.2015 [10:53]
AZƏRTAC-ın Böyük Britaniyadakı xüsusi müxbiri Orxan İsmayılovun bu ölkənin “The London Post” xəbər portalında “Dağlıq Qarabağ: Biz münaqişəni həll edə bilərikmi?” sərlövhəli analitik məqaləsi dərc edilib.
Məqalədə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix” və britaniyalı jurnalist Thomas de Vaalın “Qarabağ: Ermənistan və Azərbaycan sülh və müharibə yollarında” kitablarından mənbə olaraq istifadə edilib.
Yazıda oxuculara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mahiyyəti, başlanma səbəbi, hazırkı vəziyyəti, tərəflərin mövqeyi və problemin həlli yolları haqqında məlumat verilir.
Analitik yazıda qeyd edilir ki, 30 ilə yaxındır Ermənistan-Azərbaycan münasibətləri Dağlıq Qarabağ münaqişəsinə görə korlanıb və Ermənistanın işğalçılıq siyasətinə görə iki ölkə arasında düşmənçilik və müharibə şəraiti yaranıb. Dağlıq Qarabağ Azərbaycanın tarixi ərazisidir və hazırda ətraf yeddi rayon ilə birgə Ermənistanın işğalı altındadır.
Yazıda münaqişənin 1988-ci ildən başlandığından, azərbaycanlıların Ermənistandan kütləvi deportasiyasından, yüzlərlə həmvətənimizin qətlə yetirilməsindən bəhs edilir.
Daha sonra müəllif Xocalı faciəsinə toxunaraq, Ermənistan silahlı qüvvələri tərəfindən dinc əhaliyə qarşı törədilən vəhşiliklər haqqında məlumat verir.
Bildirilib ki, 1993-cü ildə Dağlıq Qarabağ və ətraf rayonlar Ermənistan silahlı qüvvələri tərəfindən tamamilə işğal edilib. 1994-cü ildə tərəflər arasında atəşkəs elan edilməsinə baxmayaraq, cəbhə xəttində sakitlik Ermənistan tərəfindən dəfələrlə pozulub və bu gün də pozulmaqda davam edir.
Daha sonra müəllif “Beynəlxalq ictimaiyyət və təşkilatlar “dondurulmuş münaqişə” haqqında nə düşünür”, “Nəyə görə Azərbaycana və onun ərazi bütövlüyünə qarşı törədilən bu ədalətsizliyə 20 ildən artıqdır ki, göz yumulur” suallarına cavab axtarır. BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin ölkəmizin işğal edilmiş ərazilərini qeyd-şərtsiz tərk etməsi haqqında qəbul etdiyi 4 qətnamə nümunə göstərilir. Yazıda Dağlıq Qarabağın bütün nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən Azərbaycan ərazisi olaraq tanındığı bildirilir.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin kitabına istinadla qeyd edilir ki, Ermənistanın sülh danışıqlarında qeyri-konstruktiv mövqeyi, münaqişənin həllinin ildən-ilə uzanması həm Ermənistanın, həm də bütövlükdə Cənubi Qafqazın siyasi, iqtisadi inkişafına mənfi təsir göstərir. Münaqişə nəticəsində Ermənistan özünü regional layihələrdən təcrid edib.
Müəllif sonda yazır: “Ermənistanın liderləri və milli elitası dərk etməlidir ki, bu gün münaqişələr beynəlxalq hüquq normaları çərçivəsində həll edilir. Tarixi saxtalaşdırmaq Ermənistanı səhvlərini təkrar etməyə və regionun inkişafına mənfi təsir göstərməyə məcbur edir. Ermənistan işğalçılıq siyasətindən nə qədər tez əl çəkərsə bu, ilk növbədə onun özünün xeyrinə olacaq”.
Xəbər lenti
Hamısına baxDünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09

