Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / 13 saylı Xəzər-Pirallahı və 14 saylı Xəzər dairə seçki komissiyalarında üçgünlük kurslara başlanılıb

13 saylı Xəzər-Pirallahı və 14 saylı Xəzər dairə seçki komissiyalarında üçgünlük kurslara başlanılıb

25.08.2015 [10:15]

Avqustun 24-də 13 saylı Xəzər-Pirallahı və 14 saylı Xəzər dairə seçki komissiyalarının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə üçgünlük kurslara başlanılıb.
AZƏRTAC xəbər verir ki, kurslar Azərbaycan Prezidentinin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”na əsasən aşağı seçki komissiyaları üzvlərinin maarifləndirilməsi məqsədilə keçirilir.
Kurslara dairə seçki komissiyalarının ərazisində məskunlaşan məcburi köçkünlərin daxil olduğu məntəqə seçki komissiyalarının sədrləri və üzvləri də cəlb olunublar.
Kursun birinci günündə iştirakçılara qarşıdan gələn parlament seçkilərinə hazırlıq, seçici siyahılarının təkmilləşdirilməsi, toplanan imzaların dəqiq yoxlanılması, səsvermə günü görüləcək işlər, vəzifələrin qüsursuz icra olunması və digər prosedurlarla bağlı məlumat verilib. Mərkəzi Seçki Komissiyasının üzvü Şayəddin Əliyev birinci Avropa Oyunlarından sonra dünya ölkələrində Azərbaycana marağın artdığından, seçki prosesinin tam demokratik şəraitdə keçiriləcəyindən və bu səbəblərdən komissiya üzvlərinin öz işlərinə məsuliyyətlə yanaşmasından, onların xüsusi məqamlarda necə addım atmalarından danışıb. Ş.Əliyev xüsusi vurğulayıb ki, seçki komissiyalarının üzvləri yerli və xarici müşahidəçilərlə, mətbuat işçiləri ilə təlimata uyğun işləməyin qaydalarını dəqiq öyrənməlidirlər.
Tədbirdə çıxış edən icra orqanlarının nümayəndələri seçkilərə hazırlıq prosesi ilə bağlı görülən işlərdən danışıb, sualları cavablandırıblar.
Kursların ilk günündə iştirakçılara “Seçici siyahıları ilə işin aparılması, seçkiqabağı təşviqatın aparılmasına şərait yaradılması, bildirişlərin seçicilərə çatdırılması və sair bu kimi istiqamətlərdə yerli icra və bələdiyyə qurumlarının rolu və onların seçki komissiyaları ilə səmərəli qarşılıqlı əlaqələrinin qurulması” və “Seçki hüququ və onun təminatının qanunvericilik əsasları, aşağı seçki komissiyaları və məhkəmələr tərəfindən seçki hüququnun qorunması mexanizmləri” mövzularında təlim keçirilib.

 
Paylaş:
Baxılıb: 533 dəfə

Xəbər lenti

Hamısına bax
Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31