/ / İxtisaslaşdırılmış kursların təşkilinin seçki hüquqları sahəsində maarifləndirmə işində mühüm əhəmiyyəti vardır
İxtisaslaşdırılmış kursların təşkilinin seçki hüquqları sahəsində maarifləndirmə işində mühüm əhəmiyyəti vardır
27.08.2015 [09:55]
Avqustun 26-da 24 saylı Nizami birinci seçki dairəsi Dairə Seçki Komissiyasında seçki hüquqlarına dair üç günlük ixtisaslaşdırılmış kurslar başa çatıb. İxtisaslaşdırılmış kursların sonuncu günündə də dairə seçki komissiyalarının üzvləri, məntəqə seçki komissiyalarının sədrləri və katıbləri üçün seminarlar təşkil edilib.
AZƏRTAC xəbər verir ki, Dairə Seçki Komissiyasının sədri Niyazi Nəcəfov bildirib ki, bu kurslar Azərbaycan Prezidenti İlham Əliyevin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”na əsasən aşağı seçki komissiyalarının üzvlərinin maarifləndirilməsi məqsədilə bütün respublikanı əhatə edən irimiqyaslı layihənin ikinci mərhələsi çərçivəsində keçirilib.
24 saylı Nizami birinci seçki dairəsi dairə və məntəqə seçki komissiyalarında Milli Məclisə seçkilərlə bağlı hazırlıq işlərindən danışan N. Nəcəfov ilk iki gündə keçirilmiş kurslar haqqında da məlumat verib.
Diqqətə çatdırıb ki, kurslarda seçici siyahıları ilə işin aparılması, seçkiqabağı təşviqata şəraitin yaradılması, bildirişlərin seçicilərə çatdırılması sahəsində yerli icra və bələdiyyə qurumlarının rolu, onların komissiyalar ilə səmərəli əlaqələrinin qurulması mövzularına xüsusi yer ayrılıb.
Eyni zamanda, seçki hüququ və onun təminatının qanunvericilik əsasları, aşağı seçki komissiyaları və məhkəmələr tərəfindən seçki hüququnun qorunması mexanizmləri, seçki prosesində KİV-lərin rolu, yerli və xarici müşahidəçilərin hüquq və vəzifələri, rəsmi sənədlərin daşınması və təhlükəsizliyinin təmin edilməsi, eləcə də asayişin qorunmasında Daxili İşlər Nazirliyi orqanlarının rolu, səslərin hesablanması, nəticələrin rəsmiləşdirilməsi işində məntəqə seçki komissiyalarının vəzifələri və fəaliyyətlərinin təşkilinə dair maarifləndirici seminarlar və təlimlər keçirilib.
Vurğulanıb ki, 39 min 762 seçicisi olan dairə seçki komissiyasının ərazisində 35 daimi seçki məntəqəsi fəaliyyət göstərir. Məntəqələr lazımi texniki avadanlıqla tam təchiz edilib. Şəffaflığın təmin olunması məqsədilə əksər məntəqələrdə veb-kamera quraşdırılıb.
İxtisaslaşdırılmış kursların üçüncü günündə Nizami rayon prokurorluğunun nümayəndəsi Günel Məmmədli “Seçki subyektləri, seçki hüquqlarının pozulmasına görə məsuliyyəti nəzərdə tutan qanunvericilik aktları, normaları və məsuliyyət növləri” mövzusunda məruzə ilə çıxış edib. Tədbirdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Xəbər lenti
Hamısına baxGündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22

