Xədicə İsmayılovanın cinayətləri sübuta yetirilib
27.08.2015 [09:56]
Məhkəmə şahid ifadələri və faktlar əsasında X.İsmayılovanın qeyri-qanuni əməllərini ortaya çıxarıb
Dünən Bakı Ağır Cinayətlər Məhkəməsində Tural Mustafayevi intihar həddinə çatdırmaqda, mənimsəmədə, vergidən yayınmaqda və digər cinayətlərdə ittiham olunan “Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayılovanın barəsində başlanan cinayət işi üzrə məhkəmə prosesi davam edib. SİA-nın verdiyi məlumata görə, məhkəmə Ramella Allahverdiyeva, Tamilla Nəsrullayeva və Novruz Kərimovdan ibarət tərkibdə, dövlət ittihamçısı Ramazan Hadıyevin iştirakı ilə keçirilib. Prosesdə təqsirləndirilən şəxs Xədicə İsmayılovanın vəkilləri, zərərçəkmiş şəxs Tural Mustafayevin nümayəndəsi Səfər Hüseynov iştirak ediblər.
Məhkəmə iclasında ilk olaraq X.İsmayılovanın vəkilləri məhkəmə istintaqının yenilənməsi üçün vəsatət qaldırıblar. Dövlət ittihamçısı Ramazan Hadıyev isə məhkəmə istintaqının ədalətli şəkildə keçirildiyi və bütün ittihamların tam sübuta yetirildiyini bildirərək, məhkəmə istintaqının yenilənməsi üçün heç bir əsas olmadığını deyib. R.Hadıyev vəsatətin təmin edilməməsini istəyib. Vəsatət təmin olunmayıb.
Sonra X.İsmayılovanın vəkilləri çıxış edərək təqsirləndirilən şəxsi müdafiə xarakterli fikirlər söyləyiblər. Vəkillər X.İsmayılova barəsində bəraət hökmünün çıxarılmasını istəyiblər.
Dövlət ittihamçısı R.Hadıyev isə vəkillərin çıxışlarının həqiqəti əks etdirmədiyini bildirib. Sonra X.İsmayılova son söz söyləmək üçün hakimdən vaxt istəyib. Hakim məhkəmə prosesində fasilə elan edib. Hakim ona hazırlaşmaq üçün vaxt verib. Növbəti məhkəmə iclası 31 avqusta təyin edilib.
Xatırladaq ki, X.İsmayılova Cinayət Məcəlləsinin 125-ci maddəsi (Özünüöldürmə həddinə çatdırma) ilə bağlı irəli sürülən ittihamla həbs edilib. Sonradan ona qarşı Cinayət Məcəlləsinin 179.3.2 (Mənimsəmə və israfetmə - külli miqdarda törədildikdə), 192.2.2 (Qanunsuz sahibkarlıq), 213.1 (Vergi ödəməkdən yayınma) və 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə yeni ittihamlar irəli sürülüb.
Ümumiyyətlə, X.İsmayılovaya qarşı irəli sürülən ittihamlar zaman-zaman müzakirə obyektinə çevrilib. Məsələn, ona qarşı irəli sürülən özünüöldürmə həddinə çatdırma və ya iqtisadi xarakterli ittihamlar müəyyən dövrlərdə KİV-in diqqət mərkəzində olub. X.İsmayılovanın hələ “Azadlıq” radiosunun Bakı bürosuna rəhbərlik etdiyi zaman yol verdiyi qanun pozuntuları isə sonradan faktlarla ortaya çıxıb. Belə ki, hələ bir müddət öncə radionun Bakı bürosunun keçmiş əməkdaşlarından birinin şikayəti ilə “Azadlıq” radiosunun Azərbaycan xidmətində aparılan yoxlamalar nəticəsində şəffaf iş prinsiplərinin pozulduğu, nizamnaməyə əməl edilmədiyi ortaya çıxıb. Qeyd edilib ki, radionun nizamnaməsinə zidd olaraq kənar maliyyə cəlb edilib. Bu isə X.İsmayılovanın özünün korrupsiyaya yönəlik fəaliyyətindən xəbər verən faktlardır.
Araşdırmalar zamanı ortaya çıxıb ki, radionun Bakı bürosu bir neçə verilişi kənar qaynaqlardan maliyyə cəlb edilməsi əsasında hazırlayıb. Həmin verilişlər bir neçə il efirdə olduğu üçün söhbətin ciddi məbləğlərdən getdiyi aydındır. “Azadlıq” radiosunun Bakı bürosunun hesabına rəsmi qaydada daxil olmayan bu pullar məhz X.İsmayılovanın qeyri-şəffaf və antimilli fəaliyyətinin “qazanc”ı sayılıb.
Beləliklə, bu sadalananlar da X.İsmayılovanın birbaşa antimilli mərkəzlərlə əlbir olaraq Azərbaycanın milli maraqlarına qarşı pullu xidmətlər göstərdiyini bir daha ifşa edərək ortaya çıxarır. Aydın olur ki, X.İsmayılovanın sevdiyi “korrupsiya” sözü elə onun özünün əməlinin əsas prioriteti imiş. Yəni, hamını korrupsiyada ittiham edən Xədicə İsmayılova özü korrupsiya mənbəyi imiş. Bir sözlə, illərdir ki, ermənipərəst dairələrlə, konkret olaraq bir neçə mərkəzlərlə əlbir olan və Azərbaycanın milli mənafeyinə qarşı cəbhə açan X.İsmayılovanın məhkəmədə də əsl siması açılıb. Daha doğrusu, məhkəmə şahid ifadələri və faktlar əsasında X.İsmayılovanın qeyri-qanuni əməllərini ortaya çıxarıb.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxGündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22

