/ / İxtisaslaşdırılmış kurslar aşağı seçki komissiyaları üzvlərinin maarifləndirilməsi baxımından faydalı olub
İxtisaslaşdırılmış kurslar aşağı seçki komissiyaları üzvlərinin maarifləndirilməsi baxımından faydalı olub
27.08.2015 [09:59]
“Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”na əsasən aşağı seçki komissiyalarının üzvlərinin maarifləndirilməsi məqsədilə bütün respublikanı əhatə edən irimiqyaslı layihənin ikinci mərhələsi çərçivəsində Göyçay, Ağdaş, Mingəçevir və Qəbələdə fəaliyyət göstərən seçki dairələri Dairə Seçki komissiyalarında aşağı seçki komissiyalarının katibləri, üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış üç günlük kurslar avqustun 26-da başa çatıb.
AZƏRTAC xəbər verir ki, 88 saylı Göyçay seçki dairəsi Dairə Seçki Komissiyasının inzibati binasında keçirilən ixtisaslaşdırılmış kurslarda dairənin tərkibinə daxil olan 43 məntəqə seçki komissiyasının sədrləri və Dairə Seçki Komissiyasının üzvləri iştirak edib. Kursların sonuncu günündə Dairə Seçki Komissiyasının sədri Eldəniz Həmidov iştirakçılara parlament seçkilərinə hazırlıq, seçkilərin keçirilməsi, səslərin hesablanması və nəticələrin rəsmiləşdirilməsi işində məntəqə seçki komissiyalarının vəzifələri və fəaliyyətlərinin təşkili barədə məlumat verib. Sonra rayon prokuroru Muxtar Eminov “Seçki subyektləri, seçki hüquqlarının pozulmasına görə məsuliyyət nəzərdə tutan qanunvericilik aktları və məsuliyyət növləri” mövzusunda çıxış edib. MSK-nın nümayəndələri Elçin Nəsirli və Natiq Abbasov seçki prosesində KİV-lərin rolu, yerli və xarici müşahidəçilərin hüquq və vəzifələri barədə danışıblar. Məşğələdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Xatırladaq ki, tədris prosesinin ilk iki günündə “Seçici siyahıları ilə işin aparılması, seçkiqabağı təşviqatın aparılmasına şərait yaradılması, bildirişlərin seçicilərə çatdırılması və sair bu kimi istiqamətlərdə yerli icra və bələdiyyə strukturlarının rolu və onların seçki komissiyaları ilə səmərəli qarşılıqlı əlaqələrinin təşkili”, “Seçki hüququ və onun təminatının qanunvericilik əsasları, aşağı seçki komissiyaları və məhkəmələr tərəfindən seçki hüquqlarının qorunması mexanizmləri”, “Seçici siyahılarının təkmilləşdirilməsi, rəsmi seçki sənədlərinin daşınması və saxlanılmasının təhlükəsizliyinin təmin edilməsi, habelə asayişin qorunmasında Daxili İşlər Nazirliyi orqanlarının rolu” və digər mövzularda məruzələr dinlənilib. Həmin məşğələləri Göyçay rayon İcra Hakimiyyətinin məsul işçisi Rəşad Şükürov, rayon polis şöbəsinin rəis müavini Rəhim Nəcəfov, rayon məhkəməsinin hakimi Elxan Babayev aparıb. Təlim prosesində dinləyicilərə seçki prosedurları ilə bağlı məsələlər ətraflı izah edilib.
İxtisaslaşdırılmış kurslar 89 saylı Göyçay-Ağdaş, 90 saylı Ağdaş, 47 saylı Mingəçevir və 116 saylı Qəbələ seçki dairələri Dairə Seçki komissiyalarında da müvəffəqiyyətlə başa çatıb və aşağı seçki komissiyaları üzvlərinin maarifləndirilməsi və peşəkarlığın artırılması baxımından faydalı olub.
Xəbər lenti
Hamısına baxGündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22

