Əli Kərimliyə “yox” deyənlərin sayı durmadan artır
28.08.2015 [09:59]
Partiya üzvü olan gənclər yeni yaradılmış AXCP-nin Etimad Qurultayının Təşkilat Komitəsinə üz tuturlar
Avqustun 19-da Razi Nurullayevin rəhbərliyi ilə AXCP-nin Etimad Qurultayının Təşkilat Komitəsinin yaranması illərdir ki, Əli Kərimlinin avtoritar idarəçiliyindən bezmiş “cəbhə”çilərə yeni “nəfəslik” açıb. Hər halda Ə.Kərimlidən imtina edərək R.Nurullayevin yanında yer alanların sayının durmadan artması belə deməyə əsas verir. Belə ki, artıq partiyanın bir sıra rayon şöbələrinin üzvləri kütləvi şəkildə Etimad Qurultayının Təşkilat Komitəsinin tərəfində yer aldıqları ilə bağlı bəyanatlar veriblər. Bundan başqa, bir sıra rayon şöbələrinin əsas funksionerləri də R.Nurullayevlə həmfikir olduqlarını elan ediblər.
Vurğulamaq lazımdır ki, son dövrlərdə AXCP-də bəzi üzvlərin təhqir edilməsi, hətta döydürülməsi, Ə.Kərimliyə yaxın qruplaşmanın “sözünə baxmayan” gənclərin partiyadan qovulması mütəmadi hal almışdı. Hətta bir sıra gənc üzv hələ bir neçə ay öncə məhz Ə.Kərimlinin əmri ilə partiyadan qovulduqlarını, onların fikirlərinin dinlənilmədiyini bildirmişdilər. Bu cür halların artması isə AXCP üzvü olan gənclərin Ə.Kərimlidən imtinasına yol açıb.
Səbuhi Fərzəliyev: Əli Kərimli partiyanı avtoritar qaydalarla idarə edir
Məhz buna görə də, R.Nurullayevin rəhbərliyi ilə yaradılan AXCP-nin Etimad Qurultayının Təşkilat Komitəsinə müraciət edən AXCP üzvlərinin arasında gənclər çoxluq təşkil edir. Bir neçə gün öncə isə daha iki gənc AXCP üzvlüyündən istefa verdiyini, yeni yaradılan alternativ AXCP-nin tərəfinə keçdiklərini bəyan ediblər.
Ə.Kərimlidən imtina edərək R.Nurrulayevin yaratdığı AXCP-də yer alan partiyanın Nərimanov şöbəsinin üzvü Səbuhi Fərzəliyev təmsil olunduğu təşkilatdakı haqsızlıqlara görə istefa verdiyini deyib. Onun sözlərinə görə, Razi Nurullayevin və digər insanların partiyadan uzaqlaşdırılması faktı ilə razılaşmayıb. AXCP rəhbərliyini saxtakarlıqda ittiham edən S.Fərzəliyev partiyanın Nərimanov şöbəsində haqsızlıqların pik həddə çatdığını bildirib: “O qədər haqsızlıqlar var ki, insan iyrənir. Ona görə də, bu gündən istefa verib, Razi bəyin tərəfinə keçirəm. Üç ildir AXCP-nin üzvüyəm. 20 il partiyanın üzvü olanları, canlarını partiyada qoyanları bu gün şərləyib çıxarırlarsa, sabah bizə bu münasibət göstəriləcək”.
S.Fərzəliyev, həmçinin, “Məmməd İbrahim övladlarının ikisini xaricə göndərib. Ağaşirin Tanrıverdioğluna deyir ki, hakimiyyətə işləyirsən. Razi bəyin yeni təşkilatını biz AXCP kimi qəbul edirik. Uzun illərdir ki, AXCP-də diktatura rejimi hökm sürür. Əli Kərimli partiyanı avtoritar qaydalarla idarə edir. Üzvü olduğum Nərimanov şöbəsininin yaranmasında əziyyəti keçən insanlara “satqın” damğası vurulur, onlar partiyadan kənarlaşdırılır. AXCP-nin bütün aksiyalarında iştirak edən gənc kimi bildirmək istəyirəm ki, Əli Kərimlinin hökmranlığına, diktatorluğuna son qoyulmalıdır” - deyib.
Ə.Kərimlinin apardığı antimilli, şəxsi maraqlara söykənən siyasətə, partiya idarəçiliyinə etiraz edən partiyanın Nərimanov şöbəsinin üzvü Elxan Dadaşov da yeni yaradılan AXCP-nin tərəfinə keçdiyini bəyan edib: “Bu gündən AXCP-nin Nərimanov şöbəsinin Məclis üzvlüyündən və partiyadan istefa verirəm. Fəaliyyətimi alternativ yaradılan AXCP-də davam etdirəcəm. Bütün cəbhəçi gəncləri Razi bəyin yaratdığı təşkilata qoşulmağa çağırıram”.
Gənclər Əli Kərimlini ifşa edir: AXCP sədri hər bir gəncin timsalında özünün alternativini görür
Bəli, göründüyü kimi, AXCP-də təmsil olunan gənclər artıq Ə.Kərimlinin yalanlarına inanmır, onun yaratdığı despot üsul-idarəyə boyun əymək istəmirlər. İllərdir ki, gənclərə min bir yalanlar deyərək, onları öz maraqları üçün antimlli dairələrin mövqeyinin müdafiəsi uğrunda qanunları pozmağa təşviq edən Əli Kərimli isə səslənən ittihamların qarşılığında susmağa məcburdur. Onu da vurğulamaq yerinə düşər ki, partiya sıralarında istefa verənlərin sayı durmadan artır. Məsələn, partiyanın Nərimanov şöbəsinin gənc üzvləri ilə yanaşı digər gənclər də R.Nurullayevin yanında yer aldıqlarını bəyan ediblər. Bir neçə gənc isə sosial şəbəkələrdə R.Nurullayevlə həmfikir olduqlarını bildiriblər. Hüseyn Bayramov, İsmayıl Azəroğlu, Kamran Fərəcov, Riçard Bəkiroğlu və Ceyhun Bayramov Əli Kərimlinin yürütdüyü siyasəti pisləyərək, bundan sonra fəaliyyətlərini R.Nurullayevin liderliyi altında davam etdirəcəklərini deyiblər. “Cəbhə”çi gənclər üzərində “Əli Kərimli biz sizə yox deyirik”, “Razi bəy biz sizi dəstəkləyirik” və “Gənclərlə irəli gedəcəyik” yazılmış plakatlar tutmaqla, Əli Kərimlinin siyasətinə etirazlarını ifadə ediblər. Onların imzaladığı bəyanatda bildirilir ki, partiyada hökm sürən avtoritarizm gənclərin inkişafını əngəlləyir: “Çünki hər bir gəncin timsalında Əli Kərimli özünün alternativini görür. Etimadsızlıq mühitində fəaliyyət göstərmək mümkün deyil. Partiya üzvlərinin 90 faizi bu gün Əli Kərimliyə etimadsızlıq göstərir və onu sədr kimi görmək istəmir. Biz bütün AXCP üzvlərini ona etimadsızlıq göstərməyə və fəaliyyətlərini Əli Kərimlisiz AXCP-də davam etdirməyə çağırırıq”.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxGündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22

