/ / Dövlət Komitəsinin sədri Azərbaycanda səfərdə olan Əl-Cəzirə Araşdırmalar Mərkəzinin baş tədqiqatçısını qəbul edib
Dövlət Komitəsinin sədri Azərbaycanda səfərdə olan Əl-Cəzirə Araşdırmalar Mərkəzinin baş tədqiqatçısını qəbul edib
28.08.2015 [10:03]
Avqustun 27-də Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Əl-Cəzirə Araşdırmalar Mərkəzinin Baş Tədqiqatçısı və İran məsələləri üzrə Əl-Cəzirə Televiziyasının müşaviri Dr. Fatima Alsmadini qəbul edib.
Qonağı səmimi salamlayan Komitə sədri Azərbaycandakı dini durum və dövlət-din münasibətlərindən danışıb. Mübariz Qurbanlı bildirib ki, respublikamızda bu münasibətlər Konstitusiya və “Dini etiqad azadlığı haqqında” Qanunla tənzimlənir. Bu gün Azərbaycan tolerantlıq və multikultural dəyərlərə görə dünyada nümunə ola biləcək ölkələrdən biridir, ölkəmizdə müxtəlif konfessiyalar sərbəst və qarşılıqlı anlaşma şəraitində fəaliyyət göstərirlər.
Daha sonra Dövlət Komitəsinin sədri Dr.Fatima Alsmadinin Komitənin fəaliyyəti, Azərbaycanda mövcud olan dini durum, dini icmaların ölkəmizdəki fəaliyyəti, eləcə də İslam dünyasında baş verən proseslər barədə suallarını cavablandırıb.
Azərbaycana ilk dəfə səfər etdiyini bildirən Əl-Cəzirə Televiziyasının müşaviri Dr.Fatima Alsmadi ölkəmizə gəlməzdən öncə müxtəlif mənbələrdən məlumat əldə etdiyini, lakin respublikamızda olduğu müddətdə əldə etdiyi məlumatların real vəziyyəti tam əks etdirmədiyini, bir sıra hallarda hətta qərəzli olduğunu deyib. Fatima Alsmadi Azərbaycanın tam sivil, demokratik, dünyəvi, multikultural, tolerant bir ölkə olduğunun şahidi olduğunu vurğulayıb.
Qarşılıqlı hörmət və səmimiyyət şəraitində keçən görüşün sonunda Əl-Cəzirə Televiziyasının müşaviri Dr. Fatima Alsmadi səmimi qəbula görə Dövlət Komitəsinin sədrinə təşəkkürünü bildirib.
Qeyd edək ki, Əl-Cəzirə Araşdırmalar Mərkəzinin Baş Tədqiqatçısı və İran məsələləri üzrə Əl-Cəzirə Televiziyasının müşaviri Dr. Fatima Alsmadi Beynəlxalq Avrasiya Mətbuat Fondunun dəvəti ilə ölkəmizdə səfərdədir.
Xəbər lenti
Hamısına baxGündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22

