Siyavuş Novruzov: Nədənsə, ABŞ-da iki jurnalistin qətlə yetirilməsinə göz yumurlar
28.08.2015 [10:04]
“Nədənsə, Azərbaycana qarşı hər bir hadisədən istifadə edən qurumlar ABŞ-da iki jurnalistin qətlə yetirilməsinə göz yumurlar”. Bunu “Trend”ə Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.
S.Novruzov bu hadisənin baş verməsindən təəssüfləndiyini deyib: “İlk növbədə, ABŞ-ın Virciniya ştatında iki jurnalistin - Alison Parker və Adam Vardın silahlı hücum nəticəsində qətlə yetirilməsindən təəssüfləndiyimizi bildiririk. Digər təəssüfləndirici amil isə bu insanların peşə fəaliyyətlərini yerinə yetirən zaman qətlə yetirilmələridir”.
YAP İcra katibinin müavini bildirib ki, bu yaxınlarda Azərbaycanda da bir hadisə baş verdi, “Facebook”da bir-birilərinə qarşı təhqirlərə görə bir jurnalist bir qrup şəxs tərəfindən döyüldü və xəstəxanada dünyasını dəyişdi. S.Novruzov deyib ki, bu cinayəti törədənlər həbs olundular: “Buna görə Avropa Şurası Parlament Assambleyasının sədri, ayrı-ayrı qeyri-hökumət təşkilatları, o cümlədən, “Human Rights Watch”, “Freedom House”, “Sərhədsiz Reportyorlar” və digər təşkilatlar bütün ittihamları Azərbaycan iqtidarının üzərinə yönəltməyə çalışdılar. Ancaq təəssüflər olsun ki, ABŞ-da iki jurnalistin qətlə yetirilməsi ilə bağlı bu təşkilatların hələ bir bəyanatı səsləndirilməyib. İki jurnalist qətlə yetirilib, nə Əli Kərimli, nə Cəmil Həsənli, nə “Milli şura” adlandırılan bir qurumun nəsə bəyanatları eşidilmir. Hər hansı formada etiraz bildirmirlər ki, müsahibə aldığı yerdə, peşə fəaliyyəti ilə məşğul olduğu anda iki jurnalist qətlə yetirilib. Niyə bu jurnalistləri qorumurlar? Niyə dövlət buna cavabdehlik daşımır? Bu suallara cavab istəmirlər”.
Deputat sonra əlavə edib ki, Azərbaycanda zəlzələdən, daşqından hər hansı bir hadisə baş versə, dərhal iqtidarın üstünə yıxmağa çalışırlar: “Başqa yerlərdə baş verən hadisələr isə qəti şəkildə bunları maraqlandırmır. Bax budur ikili standart, riyakarlıq və ikiüzlülük”.
Xəbər lenti
Hamısına baxGündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22

