Fransadakı Elzas Yəhudi Muzeyində Azərbaycan guşəsi açılıb
08.09.2015 [10:07]
Fransanın Elzas regionunun Buksville şəhərində yerləşən Elzas Yəhudi Muzeyində Heydər Əliyev Fondunun və Fransanın “Valiske” Assosiasiyasının birgə təşkilatçılığı ilə Azərbaycan guşəsinin açılışı olub.
Buksville şəhərinin meri Alən Jalüsün, Azərbaycan guşəsinin təşkilatçısı, “Valiske” Assosiasiyasının direktoru Andre Kosmikinin də iştirakı ilə guşəyə baxış keçirilib.
Guşədə müəllif Azərbaycana səfəri zamanı aldığı təəssüratlar əsasında hazırladığı eksponatları qonaqlara təqdim edir.
Andre Kosmiki deyib: “Mən Azərbaycanın dostuyam. Bu ölkəni lap kiçik yaşlarımdan özüm üçün kəşf etmişəm. O vaxtlar Azərbaycana valideynlərimlə gələndə çox kiçik idim. Sonralar da Azərbaycana səfər etdim. Bu ölkəyə, onun insanlarına, mədəniyyətinə aşiq oldum. Azərbaycan mədəniyyətini çox bəyənirəm”.
Hazırda bütün dünyada tolerant ölkə imici qazanmış və bu xüsusiyyətinə görə də hər dəfə hamıya nümunə kimi göstərilən Azərbaycanın öz təcrübəsini başqa ölkələrlə bölüşməsi beynəlxalq aləmdə yüksək qiymətləndirilir.
Azərbaycandakı dini icmaların rəhbər şəxslərinin də iştirak etdikləri tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxış edərək bildirib ki, tolerantlıq Azərbaycan xalqının əsrlərlə yaşatdığı dəyərlərdəndir. O, Azərbaycan dövlətinin, Prezident İlham Əliyevin ölkəmizdə mövcud olan bütün dini icmalara həssas münasibət göstərdiyini, onlara öz dəstəyini, diqqət və qayğısını əsirgəmədiyini vurğulayıb.
M.Qurbanlı Heydər Əliyev Fondunun bütün dünyada, o cümlədən Fransada ölkəmizin bu kimi dəyərlərinin təbliğindəki mühüm rolundan da danışaraq deyib: “Bu multikultural dəyərləri dövlət siyasəti səviyyəsinə qaldırmaq Prezident İlham Əliyev tərəfindən həyata keçirilən mühüm siyasətin tərkib hissəsidir. Multikultural dəyərlərimizin dünyaya çatdırılması baxımından Heydər Əliyev Fondu tərəfindən görülən işlər əvəzsizdir. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın bu istiqamətdə gördüyü işlər bütün ölkələrdə, o cümlədən Fransada yüksək qiymətləndirilir”.
Buksville şəhərinin meri Alən Jalüs Azərbaycanın tolerantlıq sahəsində əldə etdiyi nailiyyətlərin hər kəsə nümunə olduğunu xüsusilə vurğulayıb. O deyib: “Bu gün eşitdiklərimdən çox təsirləndim. Azərbaycanda bütün xalqlar bir-birinə münasibətdə qarşılıqlı hörmət prinsipləri əsasında birgə yaşayırlar. İndiyə qədər bununla bağlı heç bir insident qeydə alınmayıb. Dövlət bu prinsiplərin yaşadılması üçün əlindən gələni edir. Bu, diqqətəlayiq amildir. Mən və müavinlərim bu dəyərlərə çox bağlı olan insanlarıq. Başqalarının hüquqlarına tolerant və hörmət əsasında yanaşmağı vacib hesab edirik”.
Ölkəmizdə fəaliyyət göstərən dini icmaların rəhbər vəzifəli şəxsləri çıxış edərək Azərbaycan dövlətinin hər zaman onlara böyük diqqət və qayğı göstərdiyini vurğulayıblar. Prezident İlham Əliyevin ölkədə multikulturalizm dəyərlərinin qorunması və daha da inkişaf etdirilməsi istiqamətində mühüm addımlar atdığını xüsusilə qeyd ediblər.
Xəbər lenti
Hamısına baxMədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55

