Azərbaycan ilə San-Marino arasında saziş və konvensiya imzalanıb
09.09.2015 [10:17]
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov San-Marinonun xarici işlər naziri Paskal Valentini ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə “Azərbaycan Respublikası Hökuməti və San-Marino Respublikası Hökuməti arasında diplomatik və xidməti pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında” Saziş və “Azərbaycan Respublikası və San-Marino Respublikası arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması haqqında” Konvensiya imzalanıb.
E.Məmmədyarov səfərin Azərbaycan və San-Marino arasında münasibətlərin inkişafı baxımından tarixi səfər olduğunu deyib və bunun əlaqələrin gələcəyi üçün yeni bir səhifə açdığını vurğulayıb.
P.Valentini regiona ilk səfərini Azərbaycana etməsindən məmnun olduğunu bildirərək, iki ölkə arasında münasibətlərin bundan sonra daha intensiv şəkildə inkişaf edəcəyinə ümidvar olduğunu bildirib. O, həmçinin birinci Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün Azərbaycana səfər edən Kapitan-Regentlər Andrea Belluzi və Roberto Venturinin ölkəmizdən xoş təəssüratlarla ayrıldığını vurğulayıb.
Görüşdə Azərbaycan və San-Marino arasında potensial əməkdaşlıq imkanlarına dair müzakirələr aparılıb və Azərbaycan tərəfindən həyata keçirilən irimiqyaslı enerji layihələrində San-Marinonun iştirakının mümkünlüyü qeyd edilib.
Daha sonra Avropa İttifaqı ilə əlaqələrin qurulmasına münasibətdə hər iki ölkənin mövqeyi barədə geniş fikir mübadiləsi aparılıb və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub.
Dünyanın siyasi arenasında baş verən proseslərin müzakirəsi zamanı P.Valentini beynəlxalq təşkilatlar, xüsusilə BMT çərçivəsində bütün dövlətlərə eyni yanaşmanın nümayiş etdirilməsinin vacibliyini qeyd edib. Bu xüsusda E.Məmmədyarov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunaraq, BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş 4 qətnamənin hələ də icra olunmamasının üzv dövlətlərə qarşı eyni yanaşmanın tətbiq edilmədiyinə bariz nümunə olduğunu bildirib.
Xəbər lenti
Hamısına baxGündəm
12 Oktyabr 12:00
Dünya
12 Oktyabr 11:52
Dünya
12 Oktyabr 11:45
Dünya
12 Oktyabr 11:37
Dünya
12 Oktyabr 11:29
Dünya
12 Oktyabr 11:27
Dünya
12 Oktyabr 11:23
Dünya
12 Oktyabr 11:13
Dünya
12 Oktyabr 11:10
YAP xəbərləri
12 Oktyabr 11:07
Gündəm
12 Oktyabr 11:04
Dünya
12 Oktyabr 10:58
Dünya
12 Oktyabr 10:52
Dünya
12 Oktyabr 10:40
Dünya
12 Oktyabr 10:35
Gündəm
12 Oktyabr 10:21
Dünya
12 Oktyabr 09:42
YAP xəbərləri
12 Oktyabr 09:30
Dünya
12 Oktyabr 09:16
İdman
12 Oktyabr 08:59
Dünya
12 Oktyabr 08:30
Dünya
11 Oktyabr 23:18
Hadisə
11 Oktyabr 22:22
Dünya
11 Oktyabr 21:35
Dünya
11 Oktyabr 19:41
Siyasət
11 Oktyabr 18:22
YAP xəbərləri
11 Oktyabr 17:05
Sosial
11 Oktyabr 16:27
Elm
11 Oktyabr 15:43
YAP xəbərləri
11 Oktyabr 15:28
Dünya
11 Oktyabr 14:35
Dünya
11 Oktyabr 13:29
Dünya
11 Oktyabr 12:41
Siyasət
11 Oktyabr 12:20
Xəbər lenti
11 Oktyabr 11:43
Sosial
11 Oktyabr 11:41
Dünya
11 Oktyabr 11:19
Dünya
11 Oktyabr 10:32
Dünya
11 Oktyabr 09:17
Dünya
10 Oktyabr 22:39
Maraqlı
10 Oktyabr 21:25
Dünya
10 Oktyabr 20:18
Maraqlı
10 Oktyabr 19:32
Dünya
10 Oktyabr 18:26
Dünya
10 Oktyabr 17:41
Siyasət
10 Oktyabr 17:34
YAP xəbərləri
10 Oktyabr 17:32
Gündəm
10 Oktyabr 16:34
Dünya
10 Oktyabr 16:22
Gündəm
10 Oktyabr 16:12
Gündəm
10 Oktyabr 16:03
Dünya
10 Oktyabr 15:30
Dünya
10 Oktyabr 14:19
Siyasət
10 Oktyabr 14:08
Gündəm
10 Oktyabr 13:35
Siyasət
10 Oktyabr 12:50
Siyasət
10 Oktyabr 12:25
İqtisadiyyat
10 Oktyabr 11:42
Siyasət
10 Oktyabr 11:16
İqtisadiyyat
10 Oktyabr 10:58
Analitik
10 Oktyabr 10:22
Gündəm
10 Oktyabr 10:06
Sosial
10 Oktyabr 09:45
Gündəm
10 Oktyabr 09:39
Sosial
10 Oktyabr 09:17
Ədəbiyyat
10 Oktyabr 08:51
Ədəbiyyat
10 Oktyabr 08:35
Gündəm
10 Oktyabr 08:12
Siyasət
10 Oktyabr 07:42
Dünya
09 Oktyabr 23:52

