Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / BMT-nin Baş katibi Ər-Riyad hava limanına hücumu pisləyib

BMT-nin Baş katibi Ər-Riyad hava limanına hücumu pisləyib

11.10.2026 [13:29]

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı beynəlxalq hava limanına edilən hücumu qətiyyətlə pisləyib.

AZƏRTAC xəbər verir ki, BMT rəhbərinin mətbuat ofisi tərəfindən yayımlanan açıqlamada deyilir:

"Şənbə günü husilərin Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərindəki Kral Xalid Beynəlxalq Hava Limanına etdiyi ölümcül hücum məni dərindən sarsıtdı və bunu qətiyyətlə pisləyirəm. Bu hücum nəticəsində 12 nəfər həlak olub, yüzlərlə mülki şəxs yaralanıb", - deyə Quterreş bildirib.

O deyib ki, mülki şəxslərə və infrastruktura edilən hücumlar beynəlxalq hüququn pozulmasıdır və dərhal dayandırılmalıdır.

Qeyd edək ki, Səudiyyə Ərəbistanının Mülki Aviasiya Baş İdarəsinin məlumatına görə, Kral Xalid Beynəlxalq Hava Limanına edilən hücum nəticəsində 12 nəfər həlak olub, 309 nəfər yaralanıb.

Paylaş:
Baxılıb: 30 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Ədəbiyyat

Alaqvuran

10 Oktyabr 08:51

Ədəbiyyat

Şənbə üçün nəzm

10 Oktyabr 08:35  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31