/ / Kamal Abdullayev: Bu il 11 ölkənin universitetlərində “Azərbaycan multikulturalizmi” fənni tədris olunacaq
Kamal Abdullayev: Bu il 11 ölkənin universitetlərində “Azərbaycan multikulturalizmi” fənni tədris olunacaq
11.09.2015 [10:12]
Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Bakı Slavyan Universiteti, Azərbaycan Yaradıcılıq Fondu və “Kulturaplyus” internet televiziyasının əməkdaşları ilə birgə müşavirə keçirib.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, müşavirədə adı çəkilən qurumların ötən müddət ərzində gördüyü işlərin nəticələri müzakirə olunub, perspektiv fəaliyyət proqramı ətrafında fikir mübadiləsi aparılıb.
Kamal Abdullayev bildirib ki, bu günə qədər həyata keçirilən layihələr barədə Prezident İlham Əliyevə məruzə edib və dövlət başçısı layihələrin cəmiyyətin inkişafı, əhalinin maariflənməsi, Azərbaycan həqiqətlərinin dünyada tanıdılması baxımdan əhəmiyyət daşıdığını vurğulayıb: “Prezident İlham Əliyevin bizim fəaliyyətimiz barədə dediyi xoş sözlər bizi gələcək işlərə daha böyük həvəslə, daha böyük sevgi ilə başlamağa sövq edir. İnanıram ki, bundan sonrakı fəaliyyətimizlə Prezidentin qarşıya qoyduğu hədəflərə çatacağıq, ölkənin inkişafı naminə bütün çətinlikləri dəf edəcəyik”.
Multikulturalizm sahəsində görülən işlərdən danışan Dövlət müşaviri bütün qurumların əlaqəli şəkildə fəaliyyət göstərməsinin vacibliyini vurğulayıb və bildirib ki, Azərbaycan multikulturalziminin dünyaya nümunə olduğunu hər addımda təqdim etmək fəaliyyət sferasının əsas qayəsi olmalıdır.
K.Abdullayev Bilik Fondu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Bakı Slavyan Universiteti, Azərbaycan Yaradıcılıq Fondu, “Kulturaplyus” internet televiziyasının birgə təşkilatçılığı ilə hazırlanan yay məktəbinin böyük səmərə verdiyini diqqətə çatdırıb: “Yay məktəbində iştirak edən xarici tələbələrin Azərbaycanın dostlarına çevrilməsi bizim ən böyük məqsədimiz olmalıdır. Onlarla əlaqələr daim genişlənməli, Azərbaycanı dünyada tanıtdırmaq üçün həmin tələbələrin əməyindən istifadə olunmalıdır”.
Dövlət müşaviri bununla bağlı müşavirə iştirakçılarına konkret tapşırıqlar verib. O qeyd edib ki, xarici ölkələrin ali təhsil ocaqlarında “Azərbaycan multikulturalizmi” fənninin tədrisi genişlənir. Artıq bu ilin payız semestrindən 11 ölkənin məşhur universitetlərində “Azərbaycan multikulturalizmi” fənni tədris olunacaq. Ötən semestr bu fənn cəmi 7 universitetdə öyrədilib.
K.Abdullayev Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Azərbaycan Parisin ürəyində” adlı layihə çərçivəsində Parisdə “Dini tolerantlıq: Azərbaycanda birgə yaşamaq mədəniyyəti” mövzusunda keçirilən konfransda Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın səsləndirdiyi fikirləri xatırladıb. Dövlət müşaviri bildirib ki, Mehriban Əliyevanın “Tolerantlıq ənənələri bizim ölkədə indi də yaşayır. Azərbaycan həm İslam Əməkdaşlıq Təşkilatının, həm də Avropa Şurasının üzvüdür. Biz mədəni və tarixi irsimizlə fəxr edirik” deməsi multukulturalizm sahəsində həyata keçirdiyimiz fəaliyyətə verilən siyasi dəstəkdir: “Prezident İlham Əliyev dəfələrə vurğulayıb ki, multikulturalizm azərbaycanlıların həyat tərzidir və bunun alternativi yoxdur. Mehriban Əliyeva da Parisdəki çıxışında bildirib ki, ölkəmiz gələcəkdə də ümumbəşəri dəyərlərə öz töhfəsini verməkdə davam edəcək. Biz bu fikirlərə əsaslanaraq Azərbaycan multikulturalizminin inkişafı yolunda durmadan çalışmalıyıq”.
Müşavirədə “Kitabi-Dədə Qorqud” dastanının alman şərqşünası Henri Fridrix fon Dits tərəfindən dünyaya tanıdılmasının 200 illiyi ilə bağlı Prezident İlham Əliyevin Sərəncamından irəli gələn işlər də müzakirə olunub. Kamal Abdullayev növbəti aylarda bu mövzuda beynəlxalq tədbirlərin keçirilməsi haqqında müvafiq tapşırıqlar verərək qeyd edib ki, bu tədbirlər orijinallığı ilə seçilməlidir.
Dövlət müşaviri Qafqaz Albaniyasının dərindən öyrənilməsi və öyrədilməsi ilə bağlı həyata keçirilən layihələrin intensivləşməsinin vacibliyini vurğulayıb. O bildirib ki, Qafqaz Albaniyası tədqiq edildikcə Azərbaycan xalqının qədim və böyük mədəniyyətə malik olduğu müxtəlif çalarlarla bir daha aydınlaşacaq və dünya Azərbaycanın necə möhtəşəm kökə bağlı olduğunu dəqiqliyi ilə görəcək.
Xəbər lenti
Hamısına baxDünya
12 Oktyabr 09:42
YAP xəbərləri
12 Oktyabr 09:30
Dünya
12 Oktyabr 09:16
İdman
12 Oktyabr 08:59
Dünya
12 Oktyabr 08:30
Dünya
11 Oktyabr 23:18
Hadisə
11 Oktyabr 22:22
Dünya
11 Oktyabr 21:35
Dünya
11 Oktyabr 19:41
Siyasət
11 Oktyabr 18:22
YAP xəbərləri
11 Oktyabr 17:05
Sosial
11 Oktyabr 16:27
Elm
11 Oktyabr 15:43
YAP xəbərləri
11 Oktyabr 15:28
Dünya
11 Oktyabr 14:35
Dünya
11 Oktyabr 13:29
Dünya
11 Oktyabr 12:41
Siyasət
11 Oktyabr 12:20
Xəbər lenti
11 Oktyabr 11:43
Sosial
11 Oktyabr 11:41
Dünya
11 Oktyabr 11:19
Dünya
11 Oktyabr 10:32
Dünya
11 Oktyabr 09:17
Dünya
10 Oktyabr 22:39
Maraqlı
10 Oktyabr 21:25
Dünya
10 Oktyabr 20:18
Maraqlı
10 Oktyabr 19:32
Dünya
10 Oktyabr 18:26
Dünya
10 Oktyabr 17:41
Siyasət
10 Oktyabr 17:34
YAP xəbərləri
10 Oktyabr 17:32
Gündəm
10 Oktyabr 16:34
Dünya
10 Oktyabr 16:22
Gündəm
10 Oktyabr 16:12
Gündəm
10 Oktyabr 16:03
Dünya
10 Oktyabr 15:30
Dünya
10 Oktyabr 14:19
Siyasət
10 Oktyabr 14:08
Gündəm
10 Oktyabr 13:35
Siyasət
10 Oktyabr 12:50
Siyasət
10 Oktyabr 12:25
İqtisadiyyat
10 Oktyabr 11:42
Siyasət
10 Oktyabr 11:16
İqtisadiyyat
10 Oktyabr 10:58
Analitik
10 Oktyabr 10:22
Gündəm
10 Oktyabr 10:06
Sosial
10 Oktyabr 09:45
Gündəm
10 Oktyabr 09:39
Sosial
10 Oktyabr 09:17
Ədəbiyyat
10 Oktyabr 08:51
Ədəbiyyat
10 Oktyabr 08:35
Gündəm
10 Oktyabr 08:12
Siyasət
10 Oktyabr 07:42
Dünya
09 Oktyabr 23:52
Dünya
09 Oktyabr 23:40
İqtisadiyyat
09 Oktyabr 23:37
Dünya
09 Oktyabr 23:25
İqtisadiyyat
09 Oktyabr 23:15
Dünya
09 Oktyabr 21:38
Dünya
09 Oktyabr 20:25
Elm
09 Oktyabr 20:03
Dünya
09 Oktyabr 20:01
Dünya
09 Oktyabr 19:58
Dünya
09 Oktyabr 18:45
Sosial
09 Oktyabr 18:31
Dünya
09 Oktyabr 18:19
Dünya
09 Oktyabr 17:52
Daxili siyasət
09 Oktyabr 17:22
Xəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52

