/ / Siyavuş Novruzov: Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qərar tamamilə qərəzlidir
Siyavuş Novruzov: Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qərar tamamilə qərəzlidir
12.09.2015 [11:47]
“Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qərar tamamilə qərəzlidir. Heç bir reallığa əsaslanmır”. Bunu “Trend”ə Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.
S.Novruzov qeyd edib ki, bu qətnamə Azərbaycanda antimilli qüvvələr, milli satqınlar tərəfindən hazırlanmış bir layihədir: “Bu, Avropada erməni lobbisinə xidmət edən, ermənilər tərəfindən maliyyələşən və Azərbaycanda maraqları olan siyasi qruplar tərəfindən ortaya atılan bir məsələdir. Birincisi, müzakirənin müddətinə nəzər salsaq, görərik ki, son bir neçə ildə Avropa Parlamenti Azərbaycana qarşı qərəzli mövqedən çıxış edir. Müxtəlif ölkələrdə, o cümlədən Cənubi Qafqazda, elə Ermənistanın özündə insanların güllələnməsi, öldürülməsi, istər sərbəst toplaşmaq azadlığının pozulması, vətəndaşlara, insanlara işgəncələrin verilməsi və digər bu kimi hallarla bağlı onlarla fakt saya bilərik ki, Avropa Parlamentində bununla bağlı nə bir təşəbbüs göstərilib, nə də bir məsələ qaldırılıb. Amma Azərbaycanda olmayan məsələlər qərəzli şəkildə Azərbaycanın adına təqdim olunur”.
S.Novruzov deyib ki, bu qətnamənin hər bir bəndinə, hər bir sətrinə baxanda burada nə qədər qərəzin olduğu aydın görünür: “Birinci növbədə xaricdən alınan qrantların qanunvericiliklə təsdiq olunmasına etiraz olunur. Bütün Avropa ölkələrində bu müddəa belədir və biz də Avropa ölkələrinə, Avropa Parlamentinə daxil olan ölkələrin qanunvericiliyinə uyğun olaraq qrantların şəffaf olması üçün bu müddəanı daxil etmişik. Təəssüflər olsun ki, qrant verən təşkilatlar da, alanlar da qrantı mənimsəyir, vəsaiti təyinatına uyğun deyil, Azərbaycanda iğtişaşlar törətmək, ölkədə ictimai-siyasi sabitliyi pozmaq və bəzi siyasi partiyaların maliyyələşməsinə yönəldir. Bu bəlli olub və qanunvericiliklə qadağa qoyulub. Bu hal ortaya çıxandan sonra isə həmin təşkilatlar və onların buradakı yerli əlaltıları ifşa olundu”.
S.Novruzov bildirib ki, Avropa Parlamenti bir futbolçu ilə bir reportyor arasında məişət zəminində baş verən hadisənin nəticəsində törədilən qətli siyasiləşdirməyə çalışır: “Bu məsələ ilə bağlı Azərbaycan dövləti bütün lazımi addımları atdı. Azərbaycan xalqı şahid oldu ki, Prezident İlham Əliyev bilavasitə məsələni öz nəzarətinə götürdü, qətli törədənlər məsuliyyətə cəlb olundu və layiqli cəzalarını alacaqlar. Bu hadisəni Azərbaycan iqtidarının adına yazmaq nə qədər cılız, yalan və böhtan xarakterli bir hərəkətdir”.
S.Novruzov vurğulayıb ki, bu gün ərəb ölkələrini dağıdan, orada hər gün qan tökülməsinə səbəb olan Avropa dövlətləri vətənlərini atıb didərgin düşən miqrantlarla eramızdan əvvəl olduğu kimi qul tək davranırlar: “Dini, irqi ayrı-seçkilik ilə miqrant qəbul edirlər. Budur bunların iç üzü və hesab edirəm ki, belə qurumlarla əməkdaşlıq etməyə dəyməz və bu məsələyə Azərbaycan tərəfindən baxılmalıdır”.
Xəbər lenti
Hamısına baxGündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53

