/ / Cəbrayıllı məcburi köçkünlərin yaşadığı qəsəbədə “Milli-mənəvi dəyərlərimiz və müasirlik” mövzusunda müşavirə keçirilib
Cəbrayıllı məcburi köçkünlərin yaşadığı qəsəbədə “Milli-mənəvi dəyərlərimiz və müasirlik” mövzusunda müşavirə keçirilib
18.09.2015 [10:08]
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Cəbrayıl rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Biləsuvar rayonu ərazisində cəbrayıllı məcburi köçkünlər üçün salınan qəsəbədə “Milli-mənəvi dəyərlərimiz və müasirlik” mövzusunda müşavirə keçirilib.
AZƏRTAC xəbər verir ki, müşavirədə ölkəmizdə dövlət-din münasibətləri, mövcud tolerantlıq, milli-mənəvi dəyərlərin qorunması sahəsində qazanılan nailiyyətlər təhlil edilib, qarşıda duran vəzifələr müzakirə olunub.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər.
Dini icma sədrləri, axundlar, dindarlar, ilahiyyatçılar və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən müşavirədə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Mahmud Quliyev milli-mənəvi dəyərlərin qorunması məqsədi daşıyan bu cür maarifləndirmə tədbirlərinin mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Eyni zamanda, radikalizmi, dözümsüzlüyü və bölücülüyü təbliğ edən zərərli meyillərin qarşısının alınması istiqamətində rayonda görülən işlər və bu istiqamətdə həyata keçirilən tədbirlər barədə məlumat verib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ölkəmizdə dövlət-din münasibətlərinin yüksək səviyyədə olduğunu bildirib. Ümummilli lider Heydər Əliyevin milli-mənəvi dəyərlərin qorunması sahəsində misilsiz xidmətlərini xatırladan komitə sədri hazırda bu siyasətin Prezident İlham Əliyevin liderliyi ilə uğurla davam etdirildiyini söyləyib. Qeyd edilib ki, məhz bunun sayəsində Azərbaycanda dünyaya nümunə ola biləcək tolerantlıq mövcuddur, müxtəlif dinlərin nümayəndələri dinc yanaşı, azad şəraitdə yaşayırlar. Bölgələrdə təşkil olunan belə tədbirlərin də əsas məqsədi Azərbaycan Prezidentinin bu sahədə həyata keçirdiyi siyasətin başlıca istiqamətlərini ictimaiyyətə çatdırmaqdır.
Müşavirədə vurğulanıb ki, dünyada İslam dinini radikalizmlə bağlamaq meyillərinin artdığı bir zamanda milli-mənəvi dəyərlərimizin tərkib hissəsi olan, ölkə əhalisinin əksəriyyətinin etiqad etdiyi bu dinin ənənəvi dəyərlərinin və İslam mədəniyyətinin təbliği prioritet məsələlərdəndir.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, bir sıra təkliflər səsləndirilib.
Xəbər lenti
Hamısına baxDünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48

