/ / “Il Primato Nazionale”: “Dağlıq Qarabağ respublikası”nda keçirilən seçkilər beynəlxalq birlik tərəfindən tanınmır
“Il Primato Nazionale”: “Dağlıq Qarabağ respublikası”nda keçirilən seçkilər beynəlxalq birlik tərəfindən tanınmır
22.09.2015 [10:11]
İtaliyanın “Il Primato Nazionale” xəbər saytında qondarma “Dağlıq Qarabağ respublikası”nda sentyabrın 13-də “özünüidarə orqanları”na keçirilən seçkilərin təhlil olunduğu və bu prosesin beynəlxalq birlik tərəfindən qanunsuz dəyərləndirildiyi məqalə yerləşdirilib.
Məqalədə bildirilir ki, beynəlxalq birlik tərəfindən müstəqilliyi tanınmayan qondarma “Dağlıq Qarabağ respublikası”nda keçirilən bu “seçkilər” rəsmi Bakı, beynəlxalq və regional təşkilatlar, ayrı-ayrı dövlətlər tərəfindən qeyri-qanuni qiymətləndirilir. Rəsmi Bakının mövqeyinə görə, Ermənistan bu “seçkiləri” təşkil etməklə təcavüzkar siyasətini davam etdirdiyini və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqlar prosesinə həvəssiz yanaşdığını bir daha göstərmiş oldu. Azərbaycanın Xarici İşlər Nazirliyinin bəyanatlarında bu “respublika”da hərbi, maliyyə və siyasi sahələrin birbaşa Ermənistanın nəzarətində olduğu qeyd edilir. Bu faktı Avropa Məhkəməsinin “Çıraqov və digərləri Ermənistana qarşı” işi üzrə azərbaycanlı məcburi köçkünlərin xeyrinə elan etdiyi qərar da təsdiqləyir.
Yazıda vurğulanır ki, cari ayın 11-də ISESCO da qondarma “Dağlıq Qarabağ respublikası”nda keçirilən bu “seçkilərin” nəticələrini tanımadığını, bu cür halların beynəlxalq hüquqa uyğun olmadığını və BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsinə dair dörd qətnaməsi ilə ziddiyyət yaratdığını bəyan edib. Eyni zamanda, Azərbaycanın işğal olunmuş ərazilərində ermənilər tərəfindən məscidlər, tarixi abidələr, Azərbaycan xalqının və İslam dininin mühüm elementlərini əks etdirən digər tikililər də dağıdılmaqdadır. Bu səbəbdən qurum Azərbaycanı dəstəkləməkdə davam edəcək. Müvafiq məsələ ilə bağlı oxşar mahiyyətli bəyanat İslam Əməkdaşlıq Təşkilatı tərəfindən də verilib.
Müəllif oxucuların diqqətinə çatdırır ki, ABŞ Dövlət Departamentinin sözçüsü Con Kirbi ölkəsinin Dağlıq Qarabağı müstəqil və suveren dövlət kimi tanımadığını, keçirilən “seçkiləri” regionun hüququ statusuna təsir göstərən nəticələr kimi qəbul etmədiyini bildirib.
Münaqişənin tarixindən bəhs olunan yazıda qeyd edilir ki, bu problem nəticəsində Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan ərazisinin 20 faizi işğal olunub. 1994-cü ildə münaqişənin nizamlanması üçün yaradılmış ATƏT-in Minsk qrupunun müvafiq istiqamətdə səylərinə baxmayaraq, hələ də müsbət həll yolu tapılmayıb.
Xəbər lenti
Hamısına baxDünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09

