/ / Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Sofiyada təşkil etdiyi konfrans bəyannamənin qəbulu ilə başa çatıb
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Sofiyada təşkil etdiyi konfrans bəyannamənin qəbulu ilə başa çatıb
10.10.2015 [11:47]
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Bolqarıstan Prezidentinin himayəsi altında Sofiyada keçirilən konfrans oktyabrın 9-da başa çatıb.
Komitənin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, 22 siyasi liderin iştirak etdiyi iki günlük konfransda Avropada əməkdaşlıq və qonşuluğa dair yeni baxışlar müzakirə edilib.
Tədbirin panel iclasında Bosniya və Herseqovinanın Baş nazirinin müavini, xarici işlər naziri Zlatko Laqumciya, Albaniyanın keçmiş Prezidenti Recep Meydani, Serbiyanın sabiq Prezidenti Boris Tadiç, Bolqarıstanın keçmiş dövlət başçısı Petar Stoyanov, Ukraynanın sabiq Prezidenti Viktor Yuşşenko, Türkiyənin keçmiş xarici işlər naziri Hikmət Çətin çıxış ediblər. Müzakirələrdə Avropadakı humanitar problemlər, Yaxın Şərqdən gələn qaçqınlarla əlaqədar yaranmış böhran, Balkan ölkələrinin qarşılaşdığı iqtisadi çətinliklərə dair geniş fikir mübadiləsi aparılıb. Siyasi liderlər problemlərin həlli istiqamətində bir sıra təkliflər səsləndirərək vəziyyətdən çıxış yolları axtarmağa çalışıblar.
Müzakirələrin sonunda iştirakçıların ümumi fikrini əks etdirən bəyannamə qəbul edilib. Sənəddə qeyd olunur ki, 25 il bundan öncə Berlin divarının sökülməsi Avropadakı dəyişikliklərin əsasını qoydu və Avropa hələ də böyük böhran dövrünün maliyyə, həmçinin iqtisadi gərginliyinin stresini yaşayır. Bəyannamə müəllifləri hesab edir ki, BMT və Avropa İttifaqı, eləcə də regional aktorların da daxil olduğu beynəlxalq ictimaiyyət əsas münaqişələrin öhdəsindən gəlməkdə və onların nəticələrinin aradan qaldırılmasında acizdir. XXI əsrin problemləri milli maraqlar və qısamüddətli böhranlarla yaddaqalan XX əsr yanaşmaları ilə həll edilə bilməz. Bunun əvəzinə, beynəlxalq ictimaiyyət konfliktlər və onların kökündə duran əsas səbəblərin aradan qaldırılması üçün siyasi iradə və öhdəliklərini səfərbər etməlidir. Əsas dəyərlərə dair açıq debatlara ehtiyac duyan Avropa, həmçinin adekvat siyasi həll yolları tapmaq üçün Cənubi Aralıq dənizi və Yaxın Şərqdəki konfliktlərin konstruktiv həllinə şərait yaradan müştərək dəyərlərə önəm verməlidir.
Liderlər dünya ictimaiyyətini ağır itkilərlə nəticələnən II Dünya müharibəsi və Balkan müharibələrinin acı nəticələrini unutmamağa çağırır və bildirirlər ki, hazırkı şəraitdə qaçqınlar sığınacaqla təmin edilməli, onların təhlükəsiz şəraitdə öz doğma ölkələrinə qayıtmasına qədər qayğı göstərilməlidir.
Sənəddə münaqişəli bölgələrdəki vəziyyət, Avropa dövlətlərindəki tolerantlıq sahəsində əldə olunmuş uğurlara da toxunulub.
Bəyannamənin sonunda konfrans iştirakçıları Bolqarıstan Prezidentinə Cənub-Şərqi Avropa liderlərinin bir araya toplaşmasına imkan yaratdığı üçün minnətdarlıq bildirirlər.
Xəbər lenti
Hamısına baxDünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48

