Müdafiə naziri hərbçilərin VI dünya oyunlarının iştirakçıları ilə görüşüb
19.10.2015 [10:09]
Oktyabrın 17-də Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov Koreya Respublikasının Munqyeonq şəhərində keçirilən Beynəlxalq Hərbi İdman Şurasının (CİSM) hərbiçilərin VI dünya oyunlarında medal qazanan idmançılar və onların məşqçiləri ilə görüşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Zakir Həsənov qazanılmış böyük və inamlı qələbə münasibətilə idmançıları, məşqçiləri və mütəxəssisləri təbrik edib. Hərbi idmançılarımızın bu uğurunu yüksək qiymətləndirən nazir Azərbaycanın dünyanın aparıcı idman ölkələri sırasında olduğunu vurğulayıb. “Ölkəmiz bütün istiqamətlərdə olduğu kimi, idman sahəsində də nailiyyətlər əldə edir. Qazanılan müvəffəqiyyətlər ölkəmizdə idmana yüksək səviyyədə dövlət dəstəyinin göstəricisi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqət və qayğısının nəticəsidir. Siz, Silahlı Qüvvələrin təmsilçiləri kimi, Koreya Respublikasında ölkəmizin bayrağını yüksəltmək və dövlət himnimizi səsləndirməklə Azərbaycan əsgərinin döyüş əzmini və qələbə ruhunu bir daha sübut etmiş oldunuz”, - deyə müdafiə naziri bildirib.
Qələbədə əməyi olan idmançı, məşqçi və mütəxəssisləri bir daha təbrik edən nazir Silahlı Qüvvələrimizdə bundan sonra da idmana daha çox diqqət ayrılacağı, yeni tikilən hərbi şəhərciklərdə idman komplekslərinin inşa ediləcəyini xüsusi vurğulayıb. İdmançılara gələcəkdə keçiriləcək beynəlxalq yarışlarda ölkəmizi layiqincə təmsil etməyi arzulayan Zakir Həsənov qələbədə zəhməti olanlara təşəkkürünü bildirərək onlara qiymətli hədiyyələr təqdim edib.
Sonda xatirə şəkli çəkdirilib.
Xatırladaq ki, hərbiçilərin VI dünya oyunlarında Azərbaycanı Mərkəzi Ordu İdman Klubunun sərbəst və yunan-Roma güləşi, cüdo, taekvondo üzrə komandalar təmsil edib. Ümumiyyətlə, 120 ölkədən 8100 idmançının iştirak etdiyi dünya oyunlarında Azərbaycan təmsilçiləri 12 (2 qızıl, 4 gümüş və 6 bürünc) medal qazanıblar. Millimiz ümumi komanda hesabında 15-ci yeri tutub.
Xəbər lenti
Hamısına baxDünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17

