Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Almaniyalı müşahidəçilər də Azərbaycanda seçkilərin demokratik keçdiyini deyirlər

Almaniyalı müşahidəçilər də Azərbaycanda seçkilərin demokratik keçdiyini deyirlər

03.11.2015 [10:15]

Azərbaycanda keçirilən parlament seçkilərini Almaniya ictimai-siyasi xadimlərindən ibarət qrup da izləyib. Qrupun üzvlərinin açıqlamasında seçkilərin demokratik, şəffaf və ədalətli keçdiyi bildirilib.
AZƏRTAC xəbər verir ki, noyabrın 2-də keçirilən mətbuat konfransında müşahidə qrupunun rəhbəri Eduard Lintner deyib: “Seçki məntəqələrində və ətrafda apardığımız müşahidələr zamanı qanun pozuntusu qeydə almadıq. Nümayəndə heyətinin üzvləri demokratik qaydaların pozulması və ya ümumiyyətlə hər hansı zorakılıq halları müşahidə etmədi. Almaniya nümayəndə heyətinin bütün üzvləri parlament seçkilərinin demokratik keçdiyinə əmindir. Azərbaycan bu seçkilərdə beynəlxalq demokratik standartlara doğru daha bir addım atdı”.
Qeyd edək ki, müşahidə qrupuna Almaniya Bundestaqının, Bavariya parlamentinin üzvləri və sabiq parlamentarilər, Almaniya Federal Hökuməti və Bavariya Əyaləti Hökumətinin keçmiş nümayəndələri daxildir.

Paylaş:
Baxılıb: 597 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

7-ci dialoq...

23 May 11:50

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

23 May 08:34  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31