Azərbaycan radikal-ekstremist qrupların xaos yaratmaq cəhdlərinə izin verməyəcək
14.11.2015 [09:55]
Din amilindən siyasi-ideoloji vasitə kimi istifadə edən islamafob dairələrin ölkəmizə yönəlik planları fiaskoya məhkumdur
Bu gün Azərbaycan dini-mənəvi dəyərlərin mühafizə edildiyi və vətəndaşlara konstitusion əsasda özlərinin vicdan və etiqad azadlıqlarından istifadə etməyə əlverişli şəraitin yaradıldığı ölkələr sırasında yer almaqdadır. Bu sahədə dövlət özünün aşkar qayğısı və diqqəti ilə hər bir vətəndaşının dini, etiqad və vicdan azadlığının təmin olunması yönündə fundamental tədbirlər görməkdədir. Belə ki, etiqad və vicdan azadlığının təmin edilməsinə dair müvafiq qanunların qəbul olunması, insanlara öz azadlıqlarından ictimai asayişə və əxlaqa, eləcə də milli maraqlara zidd olmayan formada yararlanmağa geniş şəraitin yaradılması fundamental tədbirlər sırasında yer almaqdadır.
Azərbaycan beynəlxalq arenada tolerant ölkə kimi tanınır
O da həqiqətdir ki, Azərbaycanda din-dövlət münasibətləri ölkənin milli maraqlarına uyğun tənzimlənir. Ölkəmizdə əhalinin mütləq əksəriyyətini müsəlmanlar təşkil etsə də, Konstitusiyaya müvafiq surətdə din dövlətdən ayrıdır. Konstitusiyanın VII maddəsinin I bəndində göstərilir ki, Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublikadır. Təsadüfi deyil ki, Azərbaycan hazırda beynəlxalq arenada həm dini azadlığın yüksək səviyyədə təmin edildiyi, həm də tolerant ölkə kimi tanınır. BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında dünyada tolerantlığa həsr edilmiş “Dünyada dinlərarası harmoniya: Sülh və inkişaf üçün zərurət” mövzusunda bir müddət öncə keçirilən konfransda Azərbaycanın tolerant ənənələrə malik olduğu, ölkəmizdə dini təhlükəsizlik və azadlığın təmin olunduğu qeyd edilib və bu hal pozitiv fakt kimi dəyərləndirilib. BMT tərəfindən hər il qeyd edilən Ümumdünya Dinlərarası Harmoniya Həftəsi çərçivəsində keçirilən bu konfransda dünyada dinlərarası tolerantlıq sahəsində model dövlətlərdən biri olan Azərbaycanın da mədəniyyətlərarası dialoqun və dini tolerantlığın güclənməsinə yönəlmiş töhfələri xüsusilə qeyd olunub. BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nassir Abdulazizi Əl-Nasser konfransda çıxışı zamanı deyib ki, Azərbaycan hökuməti tərəfindən yerli və beynəlxalq səviyyələrdə dini tolerantlığın və dialoqun təşviq edilməsinə yönəlmiş tədbirlər regionun və dünyanın bir çox ölkələri üçün örnək ola bilər.
Təəssüflər olsun ki, bütün bu pozitiv məqamlara baxmayaraq, Azərbaycan islamafob mərkəzlərin diqqətindən kənarda deyil. Eyni zamanda, din amilindən siyasi-ideoloji vasitə kimi istifadə edən bir sıra müsəlman ölkələrinin də müəyyən maraq və müdaxilələri aydın sezilir. Məhz bu çərçivədə müəyyən hərəkətlənmələrə, qanunazidd və cəmiyyətdə təşəkkül tapmış dəyərlərə uyğun olmayan təxribatçı hərəkətlərə də rast gəlinir. Bu baxımdan əminliklə söyləmək olar ki, bir müddət öncə Sabunçu rayon Polis İdarəsinə hücum edənlər də dindarlar deyil, dini-ekstremist qruplaşmaların Azərbaycandakı nümayəndələridir. Qeyd edildiyi kimi, onları himayə edən imperialist mərkəzlərin başlıca məqsədi, heç şübhəsiz, beynəlxalq terror şəbəkəsinin Suriya ssenarisini Azərbaycanda həyata keçirməkdir. Əslində, Sabunçu olayları dinin necə siyasi-ideoloji təsir vasitəsinə çevrildiyinə, din pərdəsi arxasında gedən proseslərin kimlər tərəfindən, necə idarə edildiyinə və digər məsələlərə dair bir sıra məqamları yenidən aktuallaşdırdı.
Müsəlman xalqlar və dövlətlərə qarşı irticaçı, islamafob mövqe güclənməkdədir
Bu məqamda vurğulamaq yerinə düşər ki, hegemon güclərin siyasətində Şərq-müsəlman sivilizasiyasına mənsub xalq və dövlətlərə yanaşmada açıq-aşkar hiss olunan islamafob və neomüstəmləkəçi meyillər artmaqdadır. Xüsusilə də, həmin qüvvələrin müsəlman dünyasına qarşı ekspansionalist siyasəti kontekstində işğal və ya birbaşa müdaxilədən öncə ölkə daxilindəki ayrı-ayrı milli-etnik qrupları və məzhəbləri təxribata sövq etmək, mövcud hakimiyyətlərlə vətəndaşlar arasında qarşıdurma yaratmaq istinad olunan əsas üsullardır. Bununla yanaşı, muzdlu terrorçulardan həmin ölkələrin “narazı vətəndaşlar”ı adı ilə istifadə edilərək tamamilə xaos mühiti formalaşdırılır. Ən əsası isə, bu strateji planlar əsasında sivil insanların qətli, ölkələrin xaosa və anarxiyaya sürüklənməsi ilə nəticələnməsi faktı növbəti dəfə sübuta yetirir ki, nəhəng güc mərkəzləri din amilindən özlərinin geosiyasi maraqlarını təmin etmək üçün təsir vasitəsi kimi istifadə etməkdədirlər. Bu siyasət çərçivəsində mövcud olan başlıca məqsədlərdən biri müsəlman coğrafiyasında təhlükəsizlik balansını pozmaqla idarə edilən xaosun formalaşdırılmasıdır. Milli-etnik strukturların dağıdılması, milli, dini zəmində konfrantasiyaların yaradılması hegemonluğa söykənən xaos fəlsəfəsinə xidmət edir. Buradan çıxış edərək, eyni zamanda, İslam dininə yönəlmiş antitəbliğata xidmət edən imic formalaşdırmağa çalışılır. Müxtəlif texnoloji vasitələrdən, həmçinin transmilli mediadan istifadə edilərək müsəlman dünyasına qarşı “qara piar” kampaniyası aparılır. Bu zaman əsas götürülən strateji məqam müsəlmanların barbar obrazında təsvir edilməsi, dolayısıyla, İslam dininə yönələn və rəğbət bəsləyən insanlar arasında ictimai şüurun manipulyasiya edilməsidir. Və bu çərçivədə müsəlman xalqlar və dövlətlərə qarşı irticaçı, islamafob mövqe güclənməkdədir.
Azərbaycanda dini təhlükəsizlik təmin olunub
Əlbəttə, dindən siyasi məqsədlər naminə istifadə olunması cəhdləri, bu kontekstdə radikal-ekstremist qüvvələrin xidmətlərindən yararlanmaq təcrübəsi indiki mərhələdə xüsusi aktuallıq kəsb edir. Buna bütün səmavi dinlərdə, demək olar ki, rast gəlinib və bu tendensiya hazırda müsəlman Şərqində daha çox diqqət çəkir. Qeyd etdiyimiz kimi, Azərbaycanda da bu hərəkətlərə yol verənlər var və dövlət onlara qarşı prinsipial mübarizə aparır. Bu kontekstdə bir sıra məqamlara nəzər yetirmək məqsədəmüvafiqdir.
Əvvəla, bu hallara qarşı mübarizə çərçivəsində təkmil qanunvericilik mövcuddur. “Dini etiqad azadlığı haqqında” qanuna bir sıra əlavə və dəyişiklik edilib. Bu dəyişikliklər insanların dini inanclarını, onların ibadətlərini məhdudlaşdırmağa yönəlməyib. Düzəlişlərin ana xətti - əsas məqsədi dağıdıcı radikal-ekstremist məqsədlər üçün istifadə hallarına qarşı daha geniş mübarizə aparılmasına yönəlib. Qeyd edək ki, bəzi ölkələrdə adət və ənənələrdən irəli gələrək klassik dini qaydaları qoruyan qanunlar qəbul edilib. Hətta Avropanın özündə bir sıra ölkələr tarixi ənənələrini nəzərə alaraq onlardan kənara çıxan kiçik dini qrupların təşviqat və təbliğatlarını qanunla məhdudlaşdırıb. İkincisi, zərərli dini təbliğatın qarşısının alınması istiqamətində dini ədəbiyyat və məmulatların satışı ilə bağlı tədbirlər görülür. Dini ədəbiyyatın, xüsusilə milli mentalitetimizə, xüsusiyyətlərimizə uyğun olmayaraq müəyyən qeyri-ənənəvi dini qrupların kitablarının burada yayılmasının qarşısını almaq üçün sistemli, ardıcıl addımlar atılır. Üçüncüsü isə, qeyri-ənənəvi dini qruplar öz gəlirlərini - əldə etdikləri maliyyə vəsaitlərini İslami dəyərlərə və ictimai təhlükəsizliyə qarşı istifadə edirlərsə, bu zaman onlara qarşı sanksiya xarakterli iqtisadi tədbirlərin görülməsi vacibdir.
Bütün hallarda, Azərbaycanda dini təhlükəsizlik təmin olunub və dövlət radikal-ekstremist qrupların xaos yaratmaq cəhdlərinə izin verməyəcək!
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
10 Oktyabr 22:39
Maraqlı
10 Oktyabr 21:25
Dünya
10 Oktyabr 20:18
Maraqlı
10 Oktyabr 19:32
Dünya
10 Oktyabr 18:26
Dünya
10 Oktyabr 17:41
Siyasət
10 Oktyabr 17:34
Gündəm
10 Oktyabr 16:34
Dünya
10 Oktyabr 16:22
Gündəm
10 Oktyabr 16:12
Gündəm
10 Oktyabr 16:03
Dünya
10 Oktyabr 15:30
Dünya
10 Oktyabr 14:19
Siyasət
10 Oktyabr 14:08
Gündəm
10 Oktyabr 13:35
Siyasət
10 Oktyabr 12:50
Siyasət
10 Oktyabr 12:25
İqtisadiyyat
10 Oktyabr 11:42
Siyasət
10 Oktyabr 11:16
İqtisadiyyat
10 Oktyabr 10:58
Analitik
10 Oktyabr 10:22
Gündəm
10 Oktyabr 10:06
Sosial
10 Oktyabr 09:45
Gündəm
10 Oktyabr 09:39
Sosial
10 Oktyabr 09:17
Ədəbiyyat
10 Oktyabr 08:51
Ədəbiyyat
10 Oktyabr 08:35
Gündəm
10 Oktyabr 08:12
Siyasət
10 Oktyabr 07:42
Dünya
09 Oktyabr 23:52
Dünya
09 Oktyabr 23:40
İqtisadiyyat
09 Oktyabr 23:37
Dünya
09 Oktyabr 23:25
İqtisadiyyat
09 Oktyabr 23:15
Dünya
09 Oktyabr 21:38
Dünya
09 Oktyabr 20:25
Elm
09 Oktyabr 20:03
Dünya
09 Oktyabr 20:01
Dünya
09 Oktyabr 19:58
Dünya
09 Oktyabr 18:45
Sosial
09 Oktyabr 18:31
Dünya
09 Oktyabr 18:19
Dünya
09 Oktyabr 17:52
Daxili siyasət
09 Oktyabr 17:22
Xəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52
Dünya
09 Oktyabr 16:36
YAP xəbərləri
09 Oktyabr 16:33
Siyasət
09 Oktyabr 16:31
Siyasət
09 Oktyabr 16:23
Siyasət
09 Oktyabr 16:22
Siyasət
09 Oktyabr 16:20
Siyasət
09 Oktyabr 16:19
Gündəm
09 Oktyabr 16:00
Gündəm
09 Oktyabr 15:39
YAP xəbərləri
09 Oktyabr 15:21
Sosial
09 Oktyabr 15:14
Dünya
09 Oktyabr 15:08
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:04
Xarici siyasət
09 Oktyabr 15:04
Sosial
09 Oktyabr 14:59
Gündəm
09 Oktyabr 13:47
Siyasət
09 Oktyabr 13:39
Siyasət
09 Oktyabr 12:56
Gündəm
09 Oktyabr 12:52
YAP xəbərləri
09 Oktyabr 12:27
Siyasət
09 Oktyabr 12:19
Sosial
09 Oktyabr 11:47

