/ / Milli Məclisin iclasında bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi dinlənilib
Milli Məclisin iclasında bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi dinlənilib
13.02.2016 [11:25]
Parlamentin iclasında 7 məsələ müzakirə olunaraq qəbul edilib
Dünən Milli Məclisin növbəti iclası keçirilib. Spiker Oqtay Əsədov iclasın gündəliyi haqqında məlumat verib. İclasda bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi dinlənilib. Məruzə ilə çıxış edən ədliyyə nazirinin müavini Vilayət Zahirov bildirib ki, bələdiyyələr birləşdiriləndən sonra onların sayı 1607 olub. Onun sözlərinə görə, bələdiyyələrin işinin daha da yaxşılaşdırılması, qanunsuz işlərin qarşısının alınması üçün mühüm tədbirlər görülüb. Nazir müavini qeyd edib ki, bələdiyyələrdən daxil olan aktlara ekspertiza nəzarəti həyata keçirilib: “Nəticədə 2007 aktın dəyişdirilməsi və ləğv olunması tərəfimizdən bələdiyyələrə təqdim olunub. Qanunsuz zəbt olunan torpaq sahələrinin bələdiyyə mülkiyyətinə qaytarılması təmin olunub”.
V.Zahirov deyib ki, bəzi bələdiyyələrin qərarlarını qanunun tələblərinə uyğun olaraq təqdim etməmələri müəyyən olunub: “Ötən ilə nisbətən 12,8 faiz bələdiyyə qərarlarının göndərilməməsi müşahidə olunub. Bununla bağlı hüquqi tədbirlər davam etdirilir”.
Məruzəçi vurğulayıb ki, prokurorluq orqanları tərəfindən aparılmış hərtərəfli araşdırma nəticəsində kifayət qədər əsaslar və səbəblər müəyyən edildiyindən 10 material üzrə cinayət işi başlanıb, 2 cinayət işi barədə məhkəmə hökmü çıxarılıb və bələdiyyə sədrləri məhkum olunublar: “Həmçinin cinayət hadisəsinin və əməldə cinayət tərkibinin olmaması, cinayət məsuliyyətinə cəlbetmə müddətlərinin keçməsi və digər hallar nəzərə alınaraq 10 material üzrə cinayət işinin başlanması rədd edilib, digərlərinə isə baxılır”.
Nazir müavini deyib ki, 2015-ci ildə bələdiyyələrlə bağlı vətəndaşlardan daxil olan 2093 müraciətə baxılıb. Onlardan 127 müraciət təmin olunub. Daxil olan müraciətlər araşdırılıb. Onlardan 65 araşdırma materialı prokurorluq orqanlarına göndərilib. Müraciətlərə baxılıb hüquqi qiymət verilməsi istiqamətində tədbirlər davam etdirilir.
Nazir müavini bildirib ki, bir sıra bələdiyyələr tələb olunan aktları vaxtında təqdim etməyiblər: “Belə halların qarşısını almaq məqsədi ilə müvafiq tədbirlər görülüb. Belə ki, inzibati xəta haqqında 338 protokol tərtib edilərək məhkəmələrə göndərilib. Onlardan 35-i təkrar inzibati xəta ilə bağlı olub. Həmin protokollar əsasında 330 bələdiyyə sədri məhkəmələr tərəfindən inzibati məsuliyyətə cəlb olunub, 57 protokol üzrə isə müraciətlərə baxılıb”.
“Ötən il ərzində bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində xeyli iş görülüb. Yeni seçilən bələdiyyə üzvləri arasında geniş maarifləndirmə işləri aparılıb”. Bu fikirləri isə müzakirələr zamanı Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə deyib. A.Rəhimzadə bildirib ki, bununla belə bu sahədə müəyyən problemlər də var. Onun sözlərinə görə, bələdiyyələrin fəaliyyətinin düzgün olması üçün onların müvafiq büdcəsi olmalıdır. Bir çox bələdiyyələr heç işçilərinə məvacib verə bilmir.
“Respublika bələdiyyələrinin 14 faizinin əhalisi 1000 nəfərə qədərdir, o zaman onların vəziyyəti daha acınacaqlıdır. Belə bələdiyyələr tənqid edilsə də, cəzalandırılsa da, vəziyyət düzəlməyəcək. Ona görə də həmin bələdiyyələrə mütləq dövlət kömək etməlidir. Qanunvericilik də buna imkan verir. Bütün bunları nəzərə alaraq dövlət büdcəsindən bələdiyyələrə ayrılan vəsait artırılmalıdır. Bələdiyyələr müəyyən layihələri icra etmək üçün subsensiya almaq hüququna malikdir. Lakin nə keçən il, nə də bu il müvafiq məqsədlə vəsait ayrılmayıb. Büdcədə builki gərginliyi anlayırıq. Lakin bu şəraitdə bələdiyyələrə ayrılan dotasiyaların bir hissəsi subsensiya yolu ilə ifadə oluna bilərdi. Biz bələdiyyələrin inkişafına kömək etməliyik”, - deyə komitə sədri vurğulayıb.
“Bələdiyyələrlə bağlı Milli Məclis çox mühüm qanunlar qəbul edib. Yerli özünüidarə orqanlarının inkişafı üçün böyük imkanlar var”. Bu fikirləri isə Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov çıxışı zamanı deyib.
S.Novruzov bildirib ki, ölkədə bələdiyyə sədrlərinin və üzvlərinin sayı azaldılmalıdır. Onun fikrincə, bu baxımdan dünya ölkələrinin yaxşı təcrübələri var.
“Biz növbəti bələdiyyə seçkilərinə qədər addımlar atmalıyıq. Yasamal rayonundan 3 deputat seçilir, amma 19 bələdiyyə üzvü seçilir. Bu qədər bələdiyyə üzvünə ehtiyac yoxdur. Hamısı torpaq, əməkhaqqı tələb edir. Bələdiyyə üzvlərinin sayı minimum 1, maksimum 9 nəfər olmalıdır. Bu məsələdə ciddi dəyişiklik edilməlidir ki, bələdiyyələr normal işləsin. 200 nəfər sakini olan kəndə 5 nəfər bələdiyyə üzvü seçirik. Bunun nə əhəmiyyəti var? Qanunvericilikdə ciddi şəkildə dəyişiklik etməli, bələdiyyələrin və üzvlərin sayını azaltmalıyıq”, - deyə YAP İcra katibinin müavini vurğulayıb.
İclasda millət vəkillərindən Fazil Mustafa, Azər Badamov, Zahid Oruc, Fərəc Quliyev, Kamran Bayramov və başqaları çıxış edərək illik hesabata münasibət bildiriblər. Millət vəkilləri həmçinin bələdiyyələrin fəaliyyəti ilə əlaqədar irad və təkliflərini bildiriblər.
Məsələ ilə bağlı Milli Məclisin sədri Oqtay Əsədov bildirib ki, parlament bələdiyyələrin fəaliyyəti ilə əlaqədar vacib qanunlar qəbul edib: “İlk dövrlər bələdiyyələr haqqında pis fikir formalaşmışdı. Onların yalnız torpaq satması ilə bağlı fikirlər bir kənara qoyulmalıdır”.
Spiker qeyd edib ki, bələdiyyələr öz fəaliyyətlərini daha da gücləndirmək üçün təşəbbüslər göstərməlidirlər: “Bələdiyyələrə dəstək verilməli, onlara şərait yaradılmalıdır. Lakin özlərindən də hərəkət lazımdır. Deyirsiniz 10 bələdiyyə yaxşı işləyir, qalanları yox. Bu, necə olur? Demək, sistem yaxşı qurulmayıb. Bizim dəstək verməyimiz üçün onların özlərindən də hərəkət lazımdır”.
Müzakirələrdən sonra illik məruzə qəbul olunub.
İclasda daha sonra “Azərbaycan Respublikası Prezidentinin və Belarus Respublikası Prezidentinin Birgə Bəyannaməsinin təsdiq edilməsi haqqında” qanun layihəsi və “Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında 2025-ci ilədək sosial-iqtisadi əməkdaşlıq haqqında” Müqavilə və onun Proqramı təsdiq edilib.
İclasda “Avtomobil nəqliyyatı haqqında” qanun layihəsinə təklif edilən dəyişiklik barədə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə məlumat verib. O bildirib ki, dəyişikliyə əsasən, sərnişin avtomobil nəqliyyatı vasitələrinin sürücülərinə dair tələblər sərtləşdirilib. Belə ki, avtobuslarla sərnişin daşımalarına “D” kateqoriyası üzrə nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sürücülük vəsiqəsi olan (yaşı 22-dən az və 65-dən çox olmayan və avtonəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübəsi beş ildən az olmayan), eləcə də “D, E” kateqoriyası üzrə nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sürücülük vəsiqəsi olan (yaşı 25-dən az və 65-dən çox olmayan və “D” kateqoriyasına daxil olan avtonəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübəsi üç ildən az olmayan) sürücülər buraxılacaq.
Mövcud qanunvericiliyə görə avtobuslarda sərnişin daşımalarına “D” kateqoriyası üzrə nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sürücülük vəsiqəsi olan, yaşı 21-dən, “DE” kateqoriyası üzrə nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sürücülük vəsiqəsi olan, yaşı 24-dən və avtonəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübəsi üç ildən az olmayan sürücülər buraxılır. Qanun layihəsi avtomobil nəqliyyatı ilə sərnişin daşımaları sahəsində təhlükəsizliyin təmin edilməsi və məsuliyyətin artırılması ilə əlaqədar sərnişin avtomobil nəqliyyatı vasitələrini idarə edən (avtobuslarla sərnişin daşıyan) sürücülərə dair tələblərin yenilənməsi məqsədilə hazırlanıb.
“Yaş həddinin üzərində çox dayanırıq. Burada söhbət sürücünün yetkinlik düşüncə tərzinə çatmasından gedir. Yaşın çoxluğu onu çılğınlıqdan, başqa mənfi hallardan uzaqlaşdıracaq”. Bu fikirləri müzakirələr zamanı parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, YAP İcra katibinin müavini Siyavuş Novruzov deyib. S.Novruzov qeyd edib ki, son zamanlar dövlət avtomobil təşkilatlarının verdiyi hesabatlara nəzər salsaq, hadisələrin ən çoxunun ictimai nəqliyyatda baş verdiyinin şahidi oluruq: “Marşrut avtobuslarında qayda-qanuna riayət olunmur. Biri musiqi qoyur, biri siqaret çəkir, biri telefonla danışır və digər qadağan olmuş hərəkətlər edirlər. Vətəndaşlarımızı qorumaq üçün belə hallar aradan qaldırılmalıdır”.
Millət vəkili bildirib ki, rayondan gələn sürücünün 10 il təcrübəsi olsa da, Bakıda yolları tanımır, yol hərəkəti qaydaları ilə bağlı işarələrin yerlərini bilmir: “Belələri lisenziya alıb sürücülük etməyə başlayanda qəza hallarına yol verirlər. Naxçıvanda ayda bir dəfə avtobus və taksi sürücülərini dövlət avtomobil müfəttişliyi bir araya toplayır, onlara xəritələri göstərir, hansı yolların təmir olunacağını və bağlanacağını bildirir. Belə təcrübələrdən istifadə etmək lazımdır”.
S.Novruzov deyib ki, Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi də işini düzgün qurmalıdır. Onun sözlərinə görə, işıqforların nizamlanmasında müəyyən problemlər var: “Bəzən elə olur ki, bir tərəfə 2 dəqiqə, digərinə isə 15 saniyə vaxt verir. Avtomobili işə salıb keçmək istəyəndə artıq qırmızı işıq yanır. Bu məsələ də ciddi nizamlanmalıdır”.
Millət vəkili şəhərdə həm avtobusların, həm də taksilərin fəaliyyətinə diqqət edilməli olduğunu bildirib.
İclasda “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” yeni qanun layihəsi də müzakirə olunub. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, qanun layihəsi yerli istehsalçıları vicdansız rəqabətdən, dempinqdən və (malın ölkəyə normal dəyərindən aşağı qiymətə idxalı) Azərbaycana subsidiyalaşdırılmış idxaldan qorunmağa kömək edəcək. Qanun layihəsi dempinq faktlarının aşkar olunması üzrə yardım tədbirlərini ehtiva edir. Belə faktların aşkar edilməsi zamanı həmin məhsulun ölkəyə idxalı üçün gömrük rüsumunun həcminin dempinq marjası həcmində artırılması nəzərdə tutulur.
Z.Səmədzadənin sözlərinə görə, Azərbaycan 140-dan artıq ölkə ilə əməkdaşlıq edir və onların çoxunda belə qanun tətbiq edilir: “Lakin bəzi tərəfdaşlarımız bağlanmış sazişlərə baxmayaraq, dempinq siyasətini tətbiq edirlər. Qanun layihəsi Ümumdünya Ticarət Təşkilatının norma və prinsiplərinə, eləcə də Azərbaycan qanunvericiliyinə müvafiqdir”.
Bu qanun layihəsi geniş müzakirə olunub.
“Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” qanun layihəsi vacib sənəddir, cənab Prezidentin həyata keçirdiyi islahatlar paketinə xidmət göstərəcək. Qanun, eyni zamanda, yerli istehsalı təşviq edəcək və rəqabətqabiliyyətli məhsulların ölkəmizə daxil olunmasını təmin edəcək qanundur”. Bu fikirləri müzakirələr zamanı Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib. Hikmət Babaoğlu bildirib ki, bu, yeni qanun layihəsi olduğuna görə həssas yanaşmaq lazımdır. Çünki elə məsələlər var ki, ifadələri, fikirləri dəqiq qəbul etməsək, qanun yerli istehsalçıların hüququnu qoruyan deyil, yerli inhisarçıların maraqlarını qoruyan qanuna çevriləcək. Onun sözlərinə görə, manatın devalvasiyasından sonra xaricdən idxal olunan məhsullarla yerli istehsal məhsulların davranışlarını müqayisə etsək, görəcəyik ki, bəzi hallarda bazarda yerli məhsul bir neçə dəfə artdı, amma idxal məhsulları bir neçə faizlə kifayətlənə bildi.
“Hesab edirəm ki, dempinqli idxal məsələsində diqqətli olmalıyıq. Layihədə “malın normal dəyəri” ifadəsində “normal” sözü çıxarılmalıdır. Çünki malın dəyəri var və bu, çox konkret ifadədir. Hüquqda “normal”, “qeyri-normal”, “hardasa” sözləri doğru deyil”, - deyən millət vəkili təklif edib ki, “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” qanun layihəsində yerli ixracatçıların vergilərdən azad olunması məsələsi də əksini tapmalıdır: “Belə fikir səslənə bilər ki, əgər məhsul ixrac edən yerli istehsalçı vergi verməsə, dövlət büdcəsi çox şey itirə bilər. Fikrimcə, belə olmayacaq. Əgər yerli istehsalçı ixracata təşviq olunarsa, bu, yeni iş yerləri deməkdir, ikincisi, ölkəmizə valyutanın cəlb olunması və iqtisadi dövriyyənin qarşılıqlı şəkildə tamamlanması deməkdir”.
Hikmət Babaoğlu dempinqli idxal mallarının qiymətlərinin müəyyənləşdirilməsinə tətbiq olunan kriteriyalar haqqında da fikirlərini bildirib: “Qanunun 7-ci maddəsinin 2-ci bəndində yazılır ki, “vergitutma, satış şərtləri, kəmiyyət göstəriciləri və sairə”. Axırda da qeyd olunur ki, “qiymətlərin müqayisəsinə təsir edən digər əsaslandırılmış sübutlar”. Hesab edirəm ki, “sair”, “ilaxır” və bu kimi digər sözlər müstəqil leksik vahid deyillər və semantik məzmun kəsb etmirlər. Əgər belə olacaqsa, burada vergi xidmətində qiymətlə bağlı manipulyasiya etmək üçün imkanlar yaranacaq. Ona görə də “digər əsaslandırılmış sübutlar” ifadəsi sənəddən çıxarılmalıdır ki, konkret məzmun kəsb etsin. Çünki hüquq məntiqi konkret olmalıdır”.
Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev daxili istehsalın qorunması baxımından bu qanunun vacib olduğunu bildirib. Bununla belə, millət vəkili qanunun dilinin mürəkkəb olduğunu və bir sıra məsələlərin sual doğurduğunu qeyd edib. O, sənədin daha təkmil işlənməsini təklif edib.
Millət vəkili Aydın Hüseynov da çıxışında bildirib ki, sənəd milli iqtisadiyyatımızın qorunması nöqteyi-nəzərindən mühüm əhəmiyyət kəsb edir. O həmçinin qanunun adının sadələşdirilməsini təklif edib. Millət vəkili Vahid Əhmədov da deyib ki, qanunun əsas məqsədi daxili bazarı qorumaqdır. O həmçinin gömrük rüsumlarının azaldılmasını təklif edib.
İclasda, həmçinin “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Qanuna əlavə edilmiş “Azərbaycan Respublikası bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə qanun layihəsi və “Lisenziyalar və icazələr haqqında” qanun layihəsi ikinci oxunuşda qəbul olunub.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxSiyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46

