/ / Azərbaycana Şanxay Əməkdaşlıq Təşkilatının dialoq üzrə tərəfdaşı statusunun verilməsinə dair Memorandum imzalanıb
Azərbaycana Şanxay Əməkdaşlıq Təşkilatının dialoq üzrə tərəfdaşı statusunun verilməsinə dair Memorandum imzalanıb
15.03.2016 [09:52]
Çinin paytaxtı Pekində Azərbaycana Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) dialoq üzrə tərəfdaşı statusunun verilməsinə dair Memorandum imzalanıb. Sənədi Çində işgüzar səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Şanxay Əməkdaşlıq Təşkilatının baş katibi Rəşid Alimov imzalayıblar.
Memoranduma əsasən Azərbaycan Respublikası ilə Şanxay Əməkdaşlıq Təşkilatı arasında regional sabitlik və təhlükəsizliyin təşviqi, terrorizm, ekstremizm, separatizm, narkotik maddələrin qanunsuz istehsalı və dövriyyəsi, kibercinayətkarlığa qarşı mübarizə, ticarət, sərmayələr, energetika, telekommunikasiya, kənd təsərrüfatı, transregional, multimodal nəqliyyat, mədəniyyət, elm, təhsil və turizm kimi sahələrdə əməkdaşlıq nəzərdə tutulur.
İmzalanma mərasimindən əvvəl keçirilən görüşdə Elmar Məmmədyarov Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı ilə təsisatlanmış əməkdaşlığın qurulmasında maraqlı olduğunu qeyd edərək, terrorizm, separatizm və ekstremizmə qarşı mübarizə, regional sülh və təhlükəsizliyin möhkəmləndirilməsi, nəqliyyat, energetika və qarşılıqlı maraq doğuran digər sahələrdə əlaqələrin inkişafı perspektivlərindən danışıb. O, Azərbaycanın təşəbbüsü və iştirakı ilə son illər həyata keçirilən irimiqyaslı enerji və nəqliyyat layihələri haqqında məlumat verərək, Şərq-Qərb nəqliyyat dəhlizinin tam gücü ilə fəaliyyətə başlamasının qədim İpək Yolu boyunca təşkilata üzv dövlətlərlə Azərbaycan arasında əməkdaşlığın daha da inkişaf etməsinə töhfə verəcəyinə əminliyini bildirib. Nazir, həmçinin təşkilata üzv olan bəzi ölkələrin vətəndaşları üçün Azərbaycana giriş vizalarının rəsmiləşdirilməsi prosesinin sadələşdirilməsinin insanlararası təmasların artmasına və iqtisadi əməkdaşlığın stimullaşdırılmasına müsbət təsir göstərəcəyini bildirib. Azərbaycanın mədəniyyətlər və dinlərarası dialoqun təşviqində mühüm rol oynadığını deyən nazir bu xüsusda aprelin 25-27-də Bakıda keçiriləcək BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun əhəmiyyətini qeyd edib.
Nazir regional sülh və təhlükəsizlik üçün başlıca təhdid yaradan Ermənistan-Azərbaycan münaqişəsi barədə də ətraflı məlumat verib. Dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin güc yolu ilə dəyişdirilməsi cəhdlərinin qəbuledilməz olduğunu deyən E.Məmmədyarov münaqişənin həllinə nail olmaq üçün BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq, Ermənistan qoşunlarının işğal edilmiş bütün Azərbaycan ərazilərindən tam və qeyd-şərtsiz çıxarılmasının vacibliyini vurğulayıb.
Baş katib Rəşid Alimov Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq niyyətinin təqdir olunduğunu qeyd edib. O, terrorizm, ekstremizm və separatizmə qarşı mübarizə, iqtisadi əməkdaşlığın inkişafı, nəqliyyat, enerji və turizm kimi sahələrin təşkilat üçün də prioritet olduğunu bildirib.
Mərasimdə təşkilatın üzvlərinin, müşahidəçi statuslu üzvlərinin və dialoq üzrə tərəfdaşlarının, o cümlədən Rusiyanın, Türkiyənin, Qazaxıstanın, Pakistanın, Özbəkistanın, Tacikistanın, Monqolustanın, Kambocanın səfirləri, İranın müvəqqəti işlər vəkili iştirak ediblər.
İmzalanma mərasimindən sonra çıxış edən nazir Elmar Məmmədyarov Azərbaycana Şanxay Əməkdaşlıq Təşkilatının dialoq üzrə tərəfdaşı statusunun verilməsinin ölkəmizə etimadın nümunəsi olduğunu qeyd edib. O, Memorandumda nəzərdə tutulmuş sahələr üzrə təşkilat ilə Azərbaycan arasında əməkdaşlığın inkişaf edəcəyinə əminliyini bildirib. Dialoq tərəfdaşı statusunun Azərbaycan və təşkilat üçün faydalı olduğunu deyən nazir Azərbaycanın daha da yüksək səviyyədə əməkdaşlıqda əzmli olduğunu deyib. E.Məmmədyarov bir daha vurğulayıb ki, terrorizm, separatizm və ekstremizm kimi müasir dünyanı narahat edən təhlükələrə qarşı birgə səylərlə mübarizənin aparılması zəruridir.
Baş katib Rəşid Alimov Memorandumun imzalanmasının təqdirəlayiq hal olduğunu deyərək, bu sənəd əsasında mövcud mexanizmlərə uyğun olaraq hərtərəfli əməkdaşlığın inkişaf edəcəyinə əminliyini bildirib.
Xatırladaq ki, Şanxay Əməkdaşlıq Təşkilatının ötən ilin iyulunda Ufa şəhərində keçirilmiş Zirvə görüşündə Azərbaycana bu təşkilatın dialoq üzrə tərəfdaşı statusunun verilməsi barədə qərar qəbul olunub.
ŞƏT 2001-ci il iyunun 15-də Şanxay şəhərində Çin, Rusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistanin iştirakı ilə yaradılan dövlətlərarası beynəlxalq təşkilatdır. Məqsədi üzv ölkələr arasında qarşılıqlı etimadı və mehriban qonşuluq münasibətlərini möhkəmləndirmək, onları siyasi, ticari-iqtisadi, elmi-texniki və mədəni, habelə təhsil, energetika, nəqliyyat, turizm, ətraf mühitin mühafizəsi sahələrində səmərəli əməkdaşlığa təşviq etmək, regionda sülhün, sabitliyin və təhlükəsizliyin birgə dəstəklənməsi və təminatında iştirak etməkdir.
Katibliyi Pekində yerləşən təşkilatın ali orqanı iclasları ildə bir dəfə keçirilən dövlət başçıları şurasıdır. Bundan başqa, hökumət başçıları şurası, parlament rəhbərlərinin, təhlükəsizlik şurası sədrlərinin, xarici işlər, müdafiə, iqtisadiyyat və digər sahələr üzrə nazirlərin, hüquq mühafizə orqanları rəhbərlərinin görüşləri mexanizmləri də fəaliyyət göstərir.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24

