Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / MDU-nun Bakı filialının rəhbərliyi, professor-müəllim heyəti və tələbələri Heydər Əliyev Fondunda olublar

MDU-nun Bakı filialının rəhbərliyi, professor-müəllim heyəti və tələbələri Heydər Əliyev Fondunda olublar

13.05.2009 [10:37]

ümummilli lider Heydər Əliyevin anadan olmasının 86-cı ildönümü ilə bağlı M.V.Lomonosov adına Moskva Dövlət Universiteti (MDU) Bakı filialının rəhbərliyi, professor-müəllim heyəti və tələbələri mayın 9-da Heydər Əliyev Fondunda olublar. Qonaqlara Fondun beşillik fəaliyyəti haqqında ətraflı məlumat verilib. ömrünü Azərbaycanın və doğma xalqının tərəqqisinə həsr etmiş, bugünkü müstəqil dövlətimizin qurucusu ulu öndər Heydər Əliyevin xatirəsinə hörmət və ehtiramlarını bildirmək üçün Fonda gələn qonaqlar buradakı zəngin ekspozisiya ilə yaxından tanış olublar. Ulu öndərin şəxsi arxivindən götürülmüş, Onun həyat və fəaliyyətinin müxtəlif dövrlərini əhatə edən fotoşəkillər, Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan zəngin materiallar iştirakçılar tərəfindən maraqla qarşılanıb. Fondda ümummilli liderin oxuduğu təhsil ocaqlarında fərqləndiyini əks etdirən diplomlar, milli təhlükəsizlik orqanlarında işlədiyi dövrdəki xidməti vəsiqələri, həm sovetlər, həm də müstəqillik dövründə Azərbaycana rəhbərlik etdiyi zaman gördüyü quruculuq işlərini əks etdirən fotolar, aldığı fəxri fərman və sənədlər də saxlanılır. Ulu öndərin Bakıda, Naxçıvanda, Moskvada yaşadığı, işlədiyi illər, hakimiyyəti dövrlərində ölkənin müxtəlif sahələrində qazanılan uğurlar, həyata keçirilən layihələr Fondun ziyarətçilərində böyük maraq doğurub. Burada filialın rəhbərliyinə, professor-müəllim heyəti və tələbələrinə Azərbaycanın beynəlxalq əlaqələrinin qurulması istiqamətində ulu öndərin həyata keçirdiyi uğurlu siyasət barədə məlumat verilib. Fondun ziyarətçiləri Heydər Əliyevin dünyanın tanınmış siyasi liderləri, dövlət başçıları ilə keçirdiyi görüşləri zamanı çəkilən fotoşəkillərə, onun  mədəniyyətə, elmə, bu sahədə çalışan insanlara diqqət və qayğısının təzahürü olan stendlərə tamaşa edib, dünyanın müxtəlif ölkələrində ümummili liderin xatirəsinə göstərilən ehtiramı əks etdirən guşə ilə tanış olublar. Fondun fəaliyyətini əks etdirən videofilm qonaqlarda xüsusi maraq doğurub. Filmdə Fond tərəfindən son illərdə Azərbaycanda təhsil, səhiyyə, mədəniyyət, idman və digər sahələrdə həyata keçirilən mühüm layihələr əksini tapıb. Sonda MDU-nun Bakı filialının rektoru, professor Nərgiz Paşayeva iştirakçılar adından Fondun rəhbərliyinə təşəkkürünü bildirib, ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında gördüyü əvəzsiz xidmətlərdən söz açıb. Rektor, tələbələrə Vətəni, xalqı ulu öndər kimi sevməyi və Onun ideyalarına sadiq qalmağı tövsiyə edib.

Paylaş:
Baxılıb: 1179 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Dünya

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

Laçına gedən yolda...

25 Oktyabr 11:30  

Siyasət

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Dünya

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Oktyabr 08:25  

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31