ATƏT-in Minsk qrupunun həmsədrləri birgə bəyanatla çıxış ediblər
08.05.2009 [14:48]
Mətyu Brayzə: Mən sizi həmkarlarım adından ABŞ-ın Praqadakı səfirliyinin iqamətgahında salamlayıram. Məmnunluqla deyə bilərəm ki, Prezident İlham Əliyev və Prezident Serj Sarkisyan arasında danışıqlar konstrukiv oldu. Düşünürəm ki, onlar əsas prinsiplər çərçivəsində fərqləri azalda biliblər. ümumilikdə isə, onlar burada müzakirə etdikləri əsas ideyalara dair razılığa gələ biliblər. ümumiləşdirməyə çalışdığımız əsas prinsiplərə dair xüsusi ideya və elementlərimiz oldu. Həmin ideyalar əsasında prezidentlər ümumi yanaşmaya dair də razılığa gəliblər. Beləliklə, hər iki prezident tərəfindən tapşırıldığı kimi, indi xarici işlər nazirləri ilə birgə fəal çalışmaqla detallar üzərində işləmək və bu gün yenidən müzakirə olunan müddəaları tamamlamaq biz həmsədrlərin üzərinə düşür. Bu, müsbət əlamətdir. Əsas prinsiplər çərçivəsində qalan digər müddəlara dair detalları tamamlamaq üçün biz yaxın günlərdə, yaxud həftələrdə yenidən xarici işlər nazirləri ilə birgə işləməyi planlaşdırırıq.
Yuri Merzlyakov: Mən belə düşünürəm ki, cənab Brayzənin dediklərinə praktiki olaraq nəsə əlavə etməyə lüzum yoxdur. Bir fikri əlavə edirəm ki, növbəti görüşün iyunun əvvəlində Sankt-Peterburqda keçiriləcəyinə dair prinsipial razılaşma əldə olunub. Biz çalışacağıq ki, o vaxta qədər bu görüşü təşkil edək. O vaxta qədər isə həmkarım cənab Brayzənin dediyi kimi, xarici işlər nazirləri ilə bizim görüşlərimiz keçiriləcək və Sankt-Peterburqdakı görüşə hazırlıq məqsədi ilə yəqin ki, həmsədrlərin regiona səfəri olacaqdır.
Bernar Fasye: Amerikadan və Rusiyadan olan həmkarlarımın dediyi kimi, yaxın günlər və həftələr ərzində bizi böyük işlər gözləyir. Rusiyalı həmkarımın da dediyi kimi, bu gün biz hər iki dövlət başçısından eşitdiklərimiz əsasında iyunun əvvəllərində prezidentlərin Sankt-Peterburqda növbəti görüşünün keçirilməsinə dair iki ölkə rəhbərinə niyyətimizi açıqladıq. üzümüzə gələn həftələr və aylar ərzində bir sıra irəliləyişləri təsdiq etmək üçün bizim bəzi gözləntilərimiz vardır. Bildiyiniz kimi, biz münaqişənin həllində əsaslı irəliləyişə hazırlaşırıq. Biz əsaslı irəliləyişin nədən ibarət ola biləcəyini müəyyən etmək mövqeyindəyik. Lakin biz hələlik bu nöqtəyə gəlib çatmamışıq. Beləliklə, bizə irəliləmək lazımdır və növbəti həftələrdə ona nail olmaq ümidindəyik. Sağ olun.
Sonra həmsədrlər jurnalistlərin suallarını cavablandırıblar.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40

