Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Mərakeş Krallığının ölkəmizdəki səfiri ilə görüşüb
08.02.2017 [09:58]
Fevralın 7-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Mərakeş Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Adil Embarşı qəbul edib. Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Qonağı səmimi salamlayan Komitə sədri ölkəmizdəki dövlət-din münasibətləri barədə danışaraq tolerantlıq mühitinin Ümummilli lider Heydər Əliyevin dövlətçilik siyasətinə uyğun olaraq daha da möhkəmləndiyini, bu sahənin dövlət siyasətinin prioritet istiqamətinə çevrildiyini diqqətə çatdırıb. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkədə tolerantlığın və dini etiqad azadlığının təminatçısı olduğunu xüsusi qeyd edib.
Mübariz Qurbanlı bildirib ki, dövlət başçısı İlham Əliyevin 2016-cı ili “Multikulturalizm İli”, onun məntiqi davamı kimi bu ili “İslam Həmrəyliyi İli” elan etməsi olduqca mühüm tarixi, eyni zamanda mənəvi-siyasi əhəmiyyət kəsb edən məsələdir. Ölkə başçısının Azərbaycanda “İslam Həmrəyliyi İli” elan etməsi təkcə din baxımından deyil, digər aspektlər baxımından da vəzifələri müəyyənləşdirir ki, bunları həyata keçirməklə İslam dünyasında dövlətlərarası, xalqlararası yaxınlaşmanı sürətləndirə bilərik. İslam dini bizi birləşdirir və ortaq dəyərimizdir. Bu ortaq dəyərlərimizə yönəlik pozuculuq əməllərinin qarşısını almaq üçün fəaliyyəti daha da genişləndirməliyik.
Səfir Azərbaycanda qısa müddətdir ki, fəaliyyətə başlamasına baxmayaraq ölkəmizdəki sabitliyin, dini dözümlülüyün, burada yaşayan xalqlar arasında qarşılıqlı münasibətlərin yüksək səviyyəsinin əyani şahidi olduğunu deyib.
Səfir İslamın əsl qayəsinin dünyaya olduğu kimi çatdırılması baxımından “İslam həmrəyliyi ili”nin elan edilməsinin önəminə diqqət çəkib. Təmsil etdiyi ölkənin Azərbaycan Prezidentinin “İslam Həmrəyliyi İli” təşəbbüsünü alqışladığını vurğulayıb. Bu münasibətlə təşkil ediləcək bütün tədbirlərə dəstək verməyə, iştirak etməyə hazır olduqlarını bildirib.
Azərbaycan və Mərakeşin bir sıra beynəlxalq təşkilatlar çərçivəsində daim yaxından əməkdaşlıq etdiklərini, bir-birini dəstəklədiklərini bildirən Mərakeşin səfiri Məhəmməd Adil Embarş Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyini müdafiə etdiklərini vurğulayıb, iki ölkənin İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində birgə fəaliyyətini qeyd edib.
Komitə sədri Azərbaycanda bir neçə aydan sonra keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək Mərakeş idmançılarının uğur əldə edəcəyinə ümidvar olduğunu bildirib.
Görüşün sonunda səfir səmimi qəbula görə Dövlət Komitəsinin sədrinə təşəkkürünü bildirib.
Xəbər lenti
Hamısına baxDünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04

