Azərbaycan ilə AŞPA arasındakı əlaqələr bundan sonra da inkişaf edəcək
17.03.2017 [10:18]
Martın 16-da Milli Məclisin sədri Oqtay Əsədov Avropa Şurası Parlament Assambleyasının (AŞPA) miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin martın 15-16-da Azərbaycan parlamentində keçirilmiş iclasının iştirakçıları ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Milli Məclisin sədri Azərbaycanın AŞPA ilə əlaqələrin inkişafına böyük önəm verdiyini deyib və təşkilatın adıçəkilən komitəsinin Bakıda iclasının keçirilməsini müsbət dəyərləndirib. Qeyd edilib ki, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar qaçqın və məcburi köçkün problemi ilə üzləşmiş Azərbaycan üçün belə bir komitənin Bakıda toplaşması çox önəmlidir. Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində ölkəmizdə 1 milyondan çox qaçqın, köçkün problemi yaranıb. Onların sosial problemlərinin həlli Azərbaycan dövlətinin daim diqqət mərkəzindədir. Bu məqsədlə hətta ayrıca Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi yaradılıb. Məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması üçün Azərbaycan dövləti tərəfindən lazımi addımlar atılmaqdadır. Bu gün məlum səbəblər üzündən qaçqınlar problemi ilə üzləşmiş Avropa üçün Azərbaycanın təcrübəsi çox maraqlı ola bilər.
Sədr deyib: “Biz 2001-ci ildən AŞPA-nın tamhüquqlu üzvüyük. Bu müddət ərzində təşkilatın müxtəlif qurumları ilə sıx münasibətdə olmuşuq. Təəssüflə qeyd etməliyəm ki, bəzən AŞPA monitorinq altında olan ölkələrə qarşı bir cəza orqanı kimi çıxış edir. Biz qarşılıqlı hörmətə və anlaşmaya əsaslanan əməkdaşlığa tərəfdarıq. Təəssüf ki, bir sıra Avropa qurumlarındakı ikili standartlar bu münasibətlərin daha da dərinləşməsinə bəzən kölgə salır. Ermənistanın nəinki Dağlıq Qarabağı, hətta onun ətrafında olan rayonları belə işğal etməsinə baxmayaraq, bu qurumun sənədlərində Ermənistan haqqında “işğalçı ölkə” kəlməsi belə işlədilmir. 2013-cü ildə Ukraynada baş vermiş böhran zamanı Rusiyaya sanksiyalar tətbiq olunduğu halda, Ermənistana münasibətdə biz bunu görmürük. Ümid edirik ki, gələcəkdə bu kimi hallar aradan qaldırılacaq, quruma üzv ölkələrə münasibətdə ədalətli mövqe sərgilənəcək”.
Sədr müstəqil Azərbaycanın AŞPA ilə əlaqələri gələcəkdə daha da dərinləşdirmək niyyətində olduğunu ifadə edərək, mayda bu təşkilatın daha bir komitəsinin Bakıda iclasının keçiriləcəyini söyləyib. Qeyd edilib ki, bütün bunlar əməkdaşlığımızın gələcəyinə böyük ümidlərlə baxmağa imkan verir.
Görüşdə Milli Məclisin AŞPA-dakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, təşkilatın miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin sədri Sahibə Qafarova çıxış edərək AŞPA-nın komitəsinin Bakıda yüksək səviyyədə keçirilməsi üçün göstərilən diqqət və qayğıya görə Milli Məclis rəhbərliyinə komitə üzvləri adından dərin təşəkkürlərini bildiriblər. Qeyd edilib ki, Bakıda olduqları müddətdə avropalı deputatlar qaçqınlar şəhərciyində olub, Dağlıq Qarabağdan olan insanlarla görüşüb, söhbətlər aparıblar.
Tədbirdə çıxış edən digər komitə üzvləri Azərbaycan parlamentində olduqlarından məmnunluq duyduqlarını söylədilər və ölkə paytaxtından aldıqları xoş təəssüratları bölüşüblər. Qonaqlar ümidvar olduqlarını bildiriblər ki, AŞPA ilə Azərbaycan arasındakı əlaqələr bundan sonra da inkişaf edəcək.
Görüşdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər iştirak ediblər.
Xəbər lenti
Hamısına baxDaxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09

