/ / Berndə “Multikulturalizm və dinlərarası dialoq: Azərbaycan və İsveçrə modeli” mövzusunda konfrans keçirilib
Berndə “Multikulturalizm və dinlərarası dialoq: Azərbaycan və İsveçrə modeli” mövzusunda konfrans keçirilib
30.03.2017 [09:36]
İsveçrənin Bern şəhərində Azərbaycanın bu ölkədəki səfirliyinin və “İsveçrə Dinlər Evi-Mədəniyyətlərin Dialoqu” Assosiasiyasının təşəbbüsü ilə “Multikulturalizm və dinlərarası dialoq: Azərbaycan və İsveçrə modeli” mövzusunda konfrans keçirilib. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətinin məlumatına görə, konfransdan öncə Azərbaycan nümayəndə heyəti tədbirin keçirildiyi Dinlər Evi ilə tanış olub, “İsveçrə Dinlər Evi-Mədəniyyətlərin Dialoqu” Assosiasiyası İdarə Heyətinin üzvləri ilə görüşüb, o cümlədən Dinlər Evində mövcud olan müxtəlif dinlərin ibadət və görüş yerlərini ziyarət ediblər.
Dinlər Evinin nümayəndəsi Dr.Brigitta Rotachın moderatorluğu ilə keçirilən konfransda Azərbaycanın İsveçrə Konfederasiyasındakı səfiri Əkrəm Zeynallı ölkəmizdə multikulturalizmin xalqın həyat tərzi və dövlət siyasətində prioritet istiqamətlərdən biri olduğunu vurğulayıb, səfir tolerantlıq və multikulturalizm siyasətinin aktuallığına diqqəti çəkib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı öz çıxışında Azərbaycanda müxtəlif dinlərin və konfessiyaların birgə yaşadığına diqqət çəkərək bu tendensiyanın ölkəmizdə tarixən mövcudluğunu qeyd edib.
Tədbirdə İsveçrə Dinlər Evinin rəhbəri Gerda Haukun İsveçrədəki multikulturalizm mövzusunda məruzəsi dinlənilib.
Konfrans zamanı “Azərbaycan - tolerantlıq məkanı” adlı film nümayiş etdirilib və “Azərbaycan - multikulturalizm məkanı” sərgisinə baxış keçirilib.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Analitika şöbəsinin müdiri Rəşad İlyasov çıxış edərək Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin layihələri, xüsusən Azərbaycan multikulturalizmi fənninin ölkədaxili və xaricində tədrisi, “Azərbaycan multikulturalizminin qaynaqları” seriyasından nəşr olunan kitablar haqqında məlumat verib.
Qafqaz Müsəlmanları İdarəsinin Aparat rəhbəri Simran Həsənov və Dağ Yəhudiləri İcmasının rəhbəri Milix Yevdayev Azərbaycan multikulturalizminin unikallığı və qlobal arenadakı sülhyaradıcı funksiyaları haqqında söz açıblar.
Konfransda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Sonda Dinlər Evinin qəbul salonunda ölkəmizin İsveçrədəki səfirliyinin adından tədbir iştirakçılarına Azərbaycanın milli təamları təqdim olunub.
Xəbər lenti
Hamısına baxDünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27

