“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin otuz altıncı cildi çapdan çıxıb
15.04.2017 [10:35]
“Ölkədə yaşanan vətəndaş həmrəyliyi müstəqil siyasətin aparılmasına ən böyük güc verən amildir. Bölgədə gedən proseslər Azərbaycanın önəmini daha da artırır. Biz nəinki bu proseslərin iştirakçısıyıq, həm də bəzi təşəbbüslərin müəllifiyik. Həm iqtisadi, nəqliyyat, energetika sahəsində, həm də siyasi məsələlərin həllində Azərbaycanın mövqeyi mütləq nəzərə alınmalıdır və alınır. Bizim iştirakımız olmadan bölgədə nə iqtisadi, nə siyasi addımlar atıla bilməz, milli maraqlarımız təmin olunmadan bölgədə geniş mənada əməkdaşlıq mümkün deyildir”.
AZƏRTAC xəbər verir ki, yenicə çapdan çıxmış “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 36-cı cildində yer alan bu fikirləri dövlətimizin başçısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında giriş nitqində söyləyib.
Çoxcildliyin bu nəşrinə daxil olan materiallar 2009-cu ilin aprelindən iyulunadək olan dövrü əhatə edir.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu çoxcildliyin bu kitabında dövlətimizin başçısının Belçika Krallığına, Çex Respublikasına işgüzar səfərləri zamanı bu ölkələrin dövlət və hökumət başçıları ilə danışıqlarına, Brüsseldə Avropa Siyasi Mərkəzinin nümayəndələri ilə “Azərbaycan: Avropa İttifaqı üçün getdikcə əhəmiyyəti artan tərəfdaşlıq” mövzusunda keçirdiyi görüşünə, Praqada “Şərq tərəfdaşlığı” və “Cənub dəhlizi - Yeni İpək Yolu” sammitlərində iştirakına dair materiallar yer alıb. Kitabda, həmçinin Prezident İlham Əliyevin Sankt-Peterburqa işgüzar səfəri çərçivəsində Rusiya Prezidenti Dmitri Medvedevlə danışıqlarına, Ermənistan prezidenti Serj Sarkisyanla görüşünə dair materiallar verilib.
Dövlətimizin başçısının Azərbaycana səfər etmiş Türkiyə, Rusiya, Gürcüstan, İsrail, Polşa prezidentləri ilə görüşlərinə, Bakıda Rusiyanın Dövlət Televiziya Kanalının “Vesti v subbotu” verilişinə müsahibəsinə, ABŞ, Fransa, Böyük Britaniya, Niderland, Türkiyə, İsveçrə, Pakistan və digər ölkələrin, Dünya Bankı, Avropa Komissiyası, Avropa İttifaqı, NATO, ATƏT və s. təşkilatların, xarici şirkətlərin yüksək vəzifəli şəxslərini qəbul etməsinə dair materiallar da nəşrin bu cildinə daxil edilib.
Bütün görüş və danışıqlarda Azərbaycan Prezidenti Ermənistanın işğalçılıq siyasətini və bunun acı nəticələrini diqqətə çatdırıb, dünya dövlətlərini Dağlıq Qarabağ probleminin beynəlxalq hüququn normaları çərçivəsində həllinə dəstək olmağa çağırıb.
Nəşrin 36-cı cildində Prezident İlham Əliyevin regionların sosial-iqtisadi inkişafı proqramının həyata keçirilməsi ilə əlaqədar Gəncə şəhərinə, Göygöl, Şəmkir və Gədəbəy rayonlarına səfərləri, bu bölgələrin sosial, iqtisadi və mədəni cəhətdən inkişafına həsr olunmuş çıxış və tövsiyələri, paytaxtımızda aparılan yenidənqurma işləri ilə yaxından tanışlığına dair materiallar da verilib.
Kitaba “Qeydlər”, “Şəxsi adlar”, “Coğrafi adlar” göstəriciləri daxil edilib.
“Azərnəşr” tərəfindən buraxılan 36-cı cildin hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) materiallarından istifadə olunub.
Xəbər lenti
Hamısına baxDünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43
Dünya
30 İyun 16:19
Dünya
30 İyun 15:48
Xəbər lenti
30 İyun 15:44
Sosial
30 İyun 15:37
Mədəniyyət
30 İyun 15:36
Elm
30 İyun 15:35
Dünya
30 İyun 15:23
Mədəniyyət
30 İyun 15:17
Elanlar
30 İyun 14:53
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | |||
| 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 |
| 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
| 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
| 26 | 27 | 28 | 29 | 30 | 31 |

