Azərbaycan-Səudiyyə Ərəbistanı əməkdaşlığının inkişafı üçün böyük perspektivlər var
27.04.2017 [10:08]
Aprelin 26-da Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə ölkəmizdə səfərdə olan Səudiyyə Ərəbistanı Krallığının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz Əl Falihin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, hər iki ölkənin dövlət rəhbərləri arasında yaranmış dostluq münasibətlərinin hökumətlərarası əlaqələrə də müsbət təsir etdiyini vurğulayan Baş nazir Artur Rasi-zadə Səudiyyə Ərəbistanının bütün beynəlxalq tədbirlərdə Azərbaycanın haqq işini dəstəklədiyini minnətdarlıqla xatırladıb. Baş nazir, həmçinin Səudiyyə Ərəbistanı ilə yaxşı iqtisadi əlaqələrin yarandığını, ikitərəfli faydalı əməkdaşlıq üçün böyük perspektivlərin olduğunu diqqətə çatdırıb. Əlaqələrin inkişafı üçün qarşılıqlı səfərlərin və müxtəlif sahələr üzrə təcrübə mübadilələrinin vacibliyini qeyd edən Baş nazir Artur Rasi-zadə səfər proqramı çərçivəsində keçiriləcək görüşlərin, aparılacaq danışıqların hər iki tərəf üçün səmərəli olacağına, münasibətlərimizin inkişafına təkan verəcəyinə əminliyini bildirib.
Ölkəmizin qarşısında başlıca problem olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə qonaqlara ətraflı məlumat verən Artur Rasi-zadə bu münaqişənin yalnız Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı şərti ilə həllinin mümkünlüyünü vurğulayıb.
Görüşə görə Azərbaycanın Baş nazirinə minnətdarlığını bildirən Səudiyyə Ərəbistanı Krallığının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz Əl Falih son illər Azərbaycanda aparılan uğurlu iqtisadi, siyasi, hüquqi islahatlar nəticəsində dünya birliyinə böyük perspektivlərə malik azad, demokratik, müstəqil və zəngin bir dövlətin qədəm qoyduğundan məmnunluqla söz açıb. Bundan sonra da bütün beynəlxalq tədbirlərdə ölkəmizə dəstək verəcəklərini qeyd edən Xalid Əbdüləziz Əl Falih Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında iqtisadi-ticarət əlaqələrinin daha da fəallaşdırılmasının, xüsusən qeyri-neft sektoruna investisiya qoyuluşunun artırılmasının, humanitar sferada əməkdaşlığın genişləndirilməsinin zəruriliyini önə çəkib.
Görüşdə tərəfləri maraqlandıran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10

