/ / Azərbaycanın Rusiyadakı səfirliyində Zəhranın və nənəsi Sahibə Quliyevanın həlak olması ilə əlaqədar matəm tədbiri keçirilib
Azərbaycanın Rusiyadakı səfirliyində Zəhranın və nənəsi Sahibə Quliyevanın həlak olması ilə əlaqədar matəm tədbiri keçirilib
07.07.2017 [09:58]
Azərbaycanın Rusiyadakı səfirliyində Füzuli rayonunun Alxanlı kəndinin Azərbaycanın işğal edilmiş ərazilərində olan Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulması nəticəsində Zəhranın və nənəsi Sahibə Quliyevanın həlak olması ilə əlaqədar matəm tədbiri keçirilib. Tədbirdə Rusiya ictimaiyyətinin, Azərbaycan diasporunun nümayəndələri, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGB) fəalları, Rusiya KİV-lərinin nümayəndələri iştirak ediblər.
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu tədbir iştirakçıları qarşısında çıxışda bildirib ki, balaca Zəhra Quliyevanın həlak olması dünya ictimaiyyətinə Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq çərçivəsində həllinin nə qədər əhəmiyyətli olduğunu göstərməlidir. Səfir iki yaşlı qızın faciəli şəkildə ölməsinə öz münasibətini bildirmək üçün Azərbaycan Respublikasının səfirliyinə gələn hər kəsə təşəkkür edərək deyib: “Bu, mülki əhalinin həlak olduğu ilk hadisə deyildir. Uşaqların həlak olması isə xüsusilə ağırdır. Elə hallar olub ki, oyuncaqları minalayaraq çaya buraxıblar. Bir neçə azərbaycanlı uşaq da bu oyuncaqları götürərkən partlayış nəticəsində həlak olub. Çox təəssüf ki, onda biz dünya ictimaiyyətindən belə hadisələri pisləyən sözlər eşitmədik. Ümidvarıq ki, dünya ictimaiyyəti müasir kommunikasiya əlaqələri imkanlarının olduğu bir vaxtda, heç olmazsa, bu hadisəyə diqqət yetirəcək”.
P.Bülbüloğlu qeyd edib: “İki yaşlı Zəhra həyatını ona görə qurban verib ki, dünya ictimaiyyəti başa düşsün: münaqişə dayandırılmalı, özü də beynəlxalq hüquq çərçivəsində dayandırılmalıdır. Dinc sakinlər həlak olur, uşaqlar həlak olur, mülki infrastruktur dağılır. Amma dünya bunu laqeydcəsinə seyr edir”.
Azərbaycan xalqının həlak olanları heç vaxt unutmayacağını vurğulayan diplomat deyib: “Biz Vətəninin azadlığı uğrunda canından keçən hər bir şəhidi xatırlayırıq. Amma hər halda hətta psixoloji olaraq, bir var öz Vətənini, azadlığını və suverenliyini müdafiə edərkən döyüşçülər həlak olur, bir də var müdafiəsiz dinc vətəndaşlar tələf olur. Dünyaya ölmək üçün deyil, yaşayıb-yaratmaq üçün gələn azyaşlı uşaqların həlak olması isə daha böyük faciədir. Bu uşaqların heç bir günahı yoxdur”.
P.Bülbüloğlu dünya ictimaiyyətini Dağlıq Qarabağda baş verənlərə xüsusi diqqət yetirməyə və məsələni beynəlxalq hüquq çərçivəsində ədalətlə həll etməyə çağıraraq söyləyib: “Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə deyib ki, biz bu məsələni sülh yolu ilə həll etməyə tərəfdarıq. Hamımız şahidik ki, Azərbaycan xalqı çox səbirlidir. Biz bu məsələnin həllini 25 ildən çoxdur gözləyirik və onun həll olunmasını istəyirik”.
Xəbər lenti
Hamısına baxİdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
Siyasət
31 Avqust 11:26
Sosial
31 Avqust 11:25
Dünya
31 Avqust 11:14
Gündəm
31 Avqust 11:09
Gündəm
31 Avqust 10:58
Dünya
31 Avqust 10:53
Dünya
31 Avqust 10:25
Dünya
31 Avqust 09:49
İdman
31 Avqust 09:41
Gündəm
31 Avqust 09:32
Dünya
31 Avqust 09:16
Hadisə
31 Avqust 08:48
Dünya
31 Avqust 08:22
Dünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35

