“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 44-cü kitabı çapdan çıxıb
21.09.2017 [10:31]
Azərbaycan güclənib, son illər ərzində həm iqtisadi inkişaf, həm də hərbi potensial baxımından çox böyük və şərəfli yol keçmişdir. İndi bizim güclü ordumuz var, istənilən anda hərbi yolla doğma torpaqlarımızı işğalçılardan azad edə bilərik. Bu amil danışıqlar prosesində də öz müsbət rolunu oynayır. Ancaq Ermənistanın qeyri-konstruktiv siyasəti, qeyri-konstruktiv mövqeyi və müxtəlif yollarla danışıqları uzatmaq taktikası hələlik imkan vermir ki, məsələ öz həllini tapsın. Beynəlxalq təşkilatlarda bizim mövqeyimiz üstünlük təşkil edir, beynəlxalq hüquq normaları bizim tərəfimizdədir. Biz bundan sonra da bütün imkanlardan istifadə edərək, ərazi bütövlüyümüzün tezliklə bərpası üçün səylərimizi davam etdirəcəyik.
AZƏRTAC xəbər verir ki, “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 44-cü kitabında yer alan bu fikirləri Prezident İlham Əliyev 2011-ci il fevralın 10-da Goranboy rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 44-cü kitabında toplanan materiallar 2010-cu ilin dekabrından 2011-ci ilin mart ayınadək olan dövrü əhatə edir. Bu kitab Prezident İlham Əliyevin paytaxtda yeni inşa olunmuş bir sıra yol-nəqliyyat kompleksi obyektlərinin açılış mərasimində iştirakına dair materialla başlanır.
Nəşrin 44-cü kitabında dövlətimizin başçısının Azərbaycanın daxili və xarici siyasətinə, iqtisadi potensialının möhkəmləndirilməsinə, ordu quruculuğuna, regionların sosial-iqtisadi inkişafının həyata keçirilməsinə, cəmiyyətimizin müasirləşdirilməsi istiqamətində önəmli nailiyyətlərə, ictimai-siyasi həyatın digər sahələrinə dair nitqləri, çıxışları, tövsiyələri öz əksini tapıb.
Kitabda Prezident İlham Əliyevin Rusiyaya, Latviyaya, İsveçrəyə səfərlərinə, Davosda keçirdiyi çoxsaylı görüşlərə, bir sıra dövlət və hökumət başçıları ilə apardığı danışıqlara dair materiallar toplanıb.
Azərbaycan Prezidentinin ölkəmizə səfərə gəlmiş Avropa Komissiyasının sədri Xose Manuel Barrozi, İsveçrə Prezidenti Mişelin Kalmi-Re ilə apardığı danışıqlara, enerji və qeyri-neft sektoru üzrə imzalanmış müqavilələrə dair informasiyalar da kitabda yer alıb.
Bu cilddə, həmçinin dövlətimizin başçısının İran, Bosniya və Herseqovina, Gürcüstan, Türkiyə, Rusiya, Litva, Fransa, Kuba, ABŞ, Rumıniya, Xorvatiya, Sloveniya və başqa dövlətlərin, eləcə də mötəbər təşkilat və şirkətlərin Azərbaycana səfər etmiş yüksək vəzifəli şəxsləri ilə görüşləri barədə materiallar verilib.
Bundan başqa, kitabda Nazirlər Kabinetinin 2010-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2011-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında, “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda, Bakı şəhərinin və paytaxtətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına dair müşavirədə dövlətimizin başçısının söylədiyi nitqlər toplanıb.
Azərbaycan Prezidentinin Qazax, Tovuz, Samux, Goranboy rayonlarına, Gəncə, Naftalan şəhərlərinə səfərlərinə, bölgələrdə bir sıra obyektlərin açılışında iştirakına, ictimaiyyət nümayəndələri ilə görüşlərinə dair materiallar da nəşrin bu cildində yer alıb. Kitabda, həmçinin dövlətimizin başçısının məktubları, mətbuata bəyanatları, müsahibələri də verilib.
Kitaba “Qeydlər”, “Şəxsi adlar”, “Coğrafi adlar” göstəriciləri daxil edilib.
“Azərnəşr” tərəfindən buraxılan 44-cü cildin hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) materiallarından istifadə olunub.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40

