Separatizm dünyada sabitlik və təhlükəsizlik üçün qlobal təhdiddir
06.10.2017 [09:56]
Yaxud, Avropada separatizmin güclənməsi Qərbin uzun illərdir davam edən ikili standartlar siyasətinin nəticəsidir
Məlum olduğu kimi beynəlxalq müstəvidə separatizm qlobal təhdid olaraq qalmaqdadır. Bu səbəbdən də dünya miqyasında bu problemin qarşısını almaq üçün ciddi müqavimət mexanizminin formalaşdırılması lazımdır. Görünən odur ki, sözügedən problem hər keçən gün daha da aktuallıq kəsb edir. Daha dəqiq desək, əksər ekspertlərin də vurğuladıqları kimi Qərbin, Avropa dövlətlərinin separatçılığa ikili standartlarla yanaşması bu problemin artıq “qoca qitə”nin özünə də sirayət etməsinə səbəb olub.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr kömitəsinin sədr müavini, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva bildirib ki, beynəlxalq miqyasda bir sıra siyasi dairələrin separatizm məsələsinə ikili standartlar əsasında yanaşması bölücülük meyillərinin güclənməsini şərtləndirir. Onun sözlərinə görə, hətta məhz elə ikili standartlar əsasında yanaşan mərkəzlərin özləri də müəyyən müddət sonra “bumeranq effekti” ilə qarşılaşır və həmin mərkəzlər separatizm təhdidi ilə üzləşirlər: “Avropada separatizmin güclənməsi Qərbin uzun illərdir davam edən ikili standartlar siyasətinin nəticəsidir. Qərbin dünyanın müxtəlif ölkələrində separatizmə laqeyd münasibəti, bir çox hallarda dövlətlərin ərazi bütövlüyünə etinasızlıq göstərilməsi, işğalçıya, separatçı qüvvələrə münasibətdə ikili standartlardan çıxış etməsi artıq öz mənfi nəticələrini verir. İspaniyanın Kataloniya bölgəsində uzun illər davam edən separatçı hərəkatın ölkənin ərazi bütövlüyünü sual altında qoyması məhz ikili standartlar siyasətinin Qərbin özünə qarşı çevrilməsinin açıq təzahürüdür”.
S.Fətəliyeva qeyd edib ki, dünyada separatizmə qarşı vahid münasibət formalaşdırılmalı, bu məsələ ilə bağlı ikili standartlara və selektiv yanaşmaya yol verilməməlidir. “Dünya birliyi, xüsusən Qərbin aparıcı ölkələri ikili standartlar siyasətinə son qoyaraq separatçı rejimlərlə hər cür əlaqələri, onların dəstəklənməsini dayandırmalıdır. Bu kontekstdə Ermənistanın Azərbaycanın 20 faiz torpaqlarını işğal etməsi nəticəsində yaranmış qondarma, separatçı “DQR”in də faktiki destabillik mənbəyi olduğu birmənalı şəkildə nəzərə alınmalıdır. Qərb siyasi dairələri anlamalıdırlar ki, işğal məhsulu olan bu “qurum”un mövcudluğu beynəlxalq hüquq normalarının kobud surətdə pozulmasının bariz təcəssümü və təzahürüdür. Bu gün separatizm faktı ilə qarşı-qarşıya qalan Avropa siyasi dairələri anlamalıdırlar ki, dünya birliyini təhdid edən yeni münaqişə ocaqlarının yaranmasının qarşısını almağın yeganə yolu beynəlxalq hüququn təməl prinsipi olan dövlətlərin ərazi bütövlüyünün qeyd-şərtsiz dəstəklənməsidir”, - deyə millət vəkili vurğulayıb.
Milli Məclisin deputatı Rauf Əliyev də bildirib ki, Kataloniyada baş verən hadisələrə separatçılıqdan başqa ad vermək mümkün deyil. Onun sözlərinə görə, İspaniyada baş verən hadisələr Avropa qarşısında çox təhlükəli bir çağırışdır. Millət vəkili deyib ki, əgər vaxtında Qərb ölkələri və beynəlxalq təşkilatlar dünyanın ayrı-ayrı nöqtələrində separatizm meyillərinə etinasız yanaşmasaydılar, indi bütün bunlar baş verməzdi: “Dünyanın heç bir ölkəsində hər hansı regionda yaşayan etnik qrup birtərəfli qaydada referendum keçirə bilməz. Başqa ölkələrdə separatçılığa dəstək verənlər sabah özləri də separatizmlə üz-üzə qalacaqlar. Vaxtilə Dağlıq Qarabağ münaqişəsində bir sıra ölkələrin separatçı və işğalçı ermənilərin başlarını sığallaması və de-fakto dəstəkləməsi onların özlərinə çox baha başa gəlir. Ona görə də belə qlobal təhdidlərə qarşı dünya birliyi vahid mövqedən çıxış etməlidir”.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40

