Bahar Muradova: Bizə dialoq xatirinə dialoq yox, onun məhsuldarlığı lazımdır
06.10.2017 [10:02]
Dünən və bu gün həmkarlarımızın məruzələrini, hesabatlarını və çıxışlarını dinləmək imkanımız olub. Onlar bizim nailiyyətlərimizi və uğursuzluqlarımızı qeyd ediblər. Lakin təhdidlər və yeni çağırışlar barədə daha çox danışıblar.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclis sədrinin müavini, ATƏT Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova Assambleyanın Andorrada keçirilən sessiyası çərçivəsində daimi komitənin iclasında növbəti çıxışı zamanı səsləndirib.
Təqdim edilən məruzədə əksini tapan işlərə görə ATƏT PA-nın baş katibi Roberto Montellaya və Katibliyin üzvlərinə təşəkkür edən Bahar Muradova deyib: “Katibliyin uğurlu işi həm də bizim uğurumuzdur”.
Azərbaycan nümayəndə heyətinin rəhbəri çıxışlarda mövcud münaqişələrin və münaqişə zonalarında proseslərin kəskinləşməsinin təhlükəsizliyə və sessiyada müzakirə olunan əməkdaşlıq perspektivlərinə təhlükə yaratmaqda davam etməsinin vurğulandığını diqqətə çatdırıb.
“Bildiyiniz kimi, bu yaxınlarda BMT Baş Assambleyasında dünyanın müxtəlif guşələrində mövcud olan münaqişələrə də toxunulub. Azərbaycan Prezidentinin çıxışında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair mövqe ifadə edilib və onun beynəlxalq hüquqa müvafiq və beynəlxalq təşkilatların müxtəlif sənədlərində əksini tapan həll yolları göstərilib. Həmçinin xarici işlər nazirləri və Minsk qrupunun həmsədrləri səviyyəsində görüş keçirilib, həmsədrlərin bu ilin oktyabrında regiona səfəri ilə bağlı razılıq əldə edilib. Bu səfərin yekunu olaraq, prezidentlərin qarşıdakı görüşünə böyük ümid bəsləyirik”, - deyə Bahar Muradova qeyd edib.
O vurğulayıb ki, dövlətlərin ərazi bütövlüyünün pozulması problemlərinin və dünyanın siyasi xəritəsində yeni qurumların yaradılma cəhdlərinin getdikcə daha çox baş verdiyi dövrdə bu cür tədbirlərin əhəmiyyəti artır. Buna görə də parlament çərçivəsində yeni ideya və formatların hazırlanmasına, özünü doğrultmayan mexanizmlərin əvəzlənməsinə bütün qüvvə ilə çalışmaq lazımdır. Təbii ki, Assambleyada da mövcud mexanizmlərin səmərəliliyinin artırılmasına nail olmaq çox önəmlidir.
ATƏT Parlament Assambleyası sədrinin sessiyanın açılışındakı çıxışını xatırladan Bahar Muradova deyib: “Kristin Muttonenin qeyd etdiyi kimi, təəssüf ki, biz proseslərə heç də həmişə lazımi reaksiya verməmişik. Bundan başqa, qarşılıqlı etimadın olmaması bizim irəli getməyimizə mane olurdu. Ən mühüm məsələlərin həlli üçün ümumi yol tapılması kimi problemimiz var. Düşünürəm ki, bütün bunlar bizə səlahiyyətlərimiz çərçivəsində daha geniş fəaliyyət göstərməkdə maneçilik törədir. Bəzən biz öz mandatımızdan tam şəkildə və lazımi tərzdə istifadə etmək imkanından məhrum olmuşuq. Axı, bizə dialoq xatirinə dialoq yox, onun məhsuldarlığı lazımdır. Əks halda inamsızlıq yaranır və biz hətta birgə səylərimiz müqabilində də müsbət nəticələrə nail ola bilmirik. Buna görə də biz Assambleyanın imkanlarından bəhrələnməliyik ki, hamımız üçün təhlükə doğuran mövcud vəziyyətin gərginləşməsinin qarşısını alaq”.
Bir daha yüksək səviyyədə dialoqa, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə dialoqa toxunan Bahar Muradova çıxışını bu fikirlərlə yekunlaşdırıb: “Biz parlamentin üzvü olaraq öz xüsusi nümayəndələrimiz və xüsusi komitələrimizlə birgə qarşılıqlı etimadın təmin edilməsi, şəffaflıq və hesabatlılıq yolu ilə bu prosesə öz töhfəmizi verməliyik”.
Xəbər lenti
Hamısına baxİdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43
Dünya
30 İyun 16:19
Dünya
30 İyun 15:48
Xəbər lenti
30 İyun 15:44
Sosial
30 İyun 15:37
Mədəniyyət
30 İyun 15:36
Elm
30 İyun 15:35
Dünya
30 İyun 15:23
Mədəniyyət
30 İyun 15:17
Elanlar
30 İyun 14:53
Siyasət
30 İyun 14:30
Dünya
30 İyun 14:07
Dünya
30 İyun 13:42
Dünya
30 İyun 13:16
Dünya
30 İyun 12:58
Elm
30 İyun 12:42
Dünya
30 İyun 12:20
Elm
30 İyun 12:09
YAP xəbərləri
30 İyun 12:04
Xəbər lenti
30 İyun 12:03
Sosial
30 İyun 12:01
Sosial
30 İyun 11:59
İqtisadiyyat
30 İyun 11:58
İqtisadiyyat
30 İyun 11:57
İqtisadiyyat
30 İyun 11:55
İqtisadiyyat
30 İyun 11:54
Dünya
30 İyun 11:53
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | |||
| 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 |
| 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
| 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
| 26 | 27 | 28 | 29 | 30 | 31 |

