Prezident İlham Əliyevin Baş nazir təyin olunmasından 6 il keçdi
05.08.2009 [14:00]
Prezident İlham Əliyevin Baş nazir təyin olunmasından 6 il ötdü...
Ulu öndər Heydər Əliyevin özü qədər inandığı Prezident İlham Əliyevin 2003-cü ildə Baş nazir təyin olunması ilə bağlı Milli Məclisə müraciəti millət vəkilləri tərəfindən böyük razılıqla qarşılandı. Azərbaycanın işıqlı sabahına olan inamın ifadəsi olan bu müraciət Ali qanunvericilik orqanında müzakirələrdən sonra təsdiqini tapdı. İlham Əliyevin Baş nazir təyin olunmasına razılıq verən Milli Məclis əslində ümummilli lider Heydər Əliyevin siyasi və iqtisadi kursuna, dövlət quruculuğu konsepsiyasına yeni nəfəs verəcək strateji qələbələri hədəf seçmişdi. çünki, bu təyinata qədər Heydər Əliyev məktəbinin yetirməsi Prezident İlham Əliyev Avropa Şurasında Azərbaycanın nümayəndə heyətinin rəhbəri, AŞPA-nın sədr müavini, büro üzvü, ARDNŞ-nin I vitse-prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti kimi mühüm postlarda əlahiddə harizması ilə böyük nailiyyətlər əldə etmişdi.
2003-cü ilin avqustun 4-də Baş nazir təyin olunması ilə cənab İlham Əliyevin qlobal fəaliyyəti mahiyyətcə yeni keyfiyyət mərhələsinə keçdi və bu ilk növbədə xalqın iradəsilə müəyyənləşdi:
- Birincisi, Prezident İlham Əliyevin Baş nazir təyin edilməsi xalqın iradəsinin ifadəsi idi;
- İkincisi, bu təyinat xalqın Heydər Əliyev siyasi kursuna olan inamından və sədaqətindən doğurdu;
- üçüncüsü, bu təyinatı ölkədəki ictimai-siyasi sabitliyin qorunması və davamlı olmasına xidmət edirdi;
Dördüncüsü, müstəqilliyimizin dönməzliyinin təmin edilməsində İlham Əliyev şəxsiyyətinə olan xalqın inamı idi...
Azərbaycan xalqının iradəsi isə uzaq və yaxın xaricdə öz pozitiv nəticələrini çox gözlətmədi. ABŞ prezidenti, Türkiyənin Baş naziri, Rusiyanın prezidenti, İran hökuməti, Gürcüstan prezidenti və digər ölkələr İlham Əliyevin Baş nazir təyin olunmasını çox uğurlu seçim kimi qiymətləndirdilər və Onunla rasional əməkdaşlığa hazır olduqlarını bəyan etdilər...
2003-cü ilin oktyabrında xalqın böyük əksəriyyətinin səsi ilə prezident seçilən dövlət başçısı İlham Əliyev bir çox cəhətləri ilə çoxlu sayda yerli və xarici ekspertlərin diqqətini cəlb etdi. Onun liderlik dövrünü olduqca əhatəli təhlil etdikdə ekspertlər haqlı olaraq, Prezident İlham Əliyevi yeniliklərə həssaslıq göstərən, rasional keyfiyyətləri özündə cəmləşdirən müasir lider kimi xarakterizə edirlər. Dövlət başçısında bu cür rasional, əlahiddə keyfiyyətlərin cəmləşməsi xarici siyasətdə və eləcə də, ölkə daxili demokratik proseslərin gedişində əsas leytmotiv təşkil edirdi ki, bu da beynəlxalq münasibətlər sistemində Azərbaycan üçün mühüm faktorlardan biri, bəlkə də, birincisi idi. Nəticədə Azərbaycan həm daxili siyasətdə, həm də beynəlxalq birliyə inteqrasiya olunmaqda əməli nəticələrə nail oldu. İctimai-siyasi sabitlik davamlı xarakter aldı və bunun nəticəsi olaraq ölkədə qlobal layihələr gerçəkləşdi.
Azərbaycan dünyada analoqu olmayan iqtisadi inkişafa nail olmaqla, regionda və dünyada aparıcı dövlətlərdən birinə çevrildi. Davamlı sosial-iqtisadi inkişaf regionların dinamik tərəqqisinə stimul verdi. ölkədə demokratik proseslər dərinləşdi və bununla da, Azərbaycanın beynəlxalq birliyə inteqrasiyası keyfiyyətcə yeni mərhələyə yüksəldi...
Regional və beynəlxalq əməkdaşlığı prioritet seçən Prezident İlham Əliyev qısa müddət ərzində mürəkkəb geosiyasi şəraitdə Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strateji kursu yaradıcılıqla gerçəkliyə çevirdi. Bakı-Tbilisi-Ceyhan neft, ardınca isə Bakı-Tbilisi-Ərzurum qaz əsas ixrac boru kəmərlərinin həyata vəsiqə alması bu istiqamətdə daha yeni işlərə yol açdı. Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin gercəkləşməsinə start verilməsi isə bu mənada ən yaxşı nümunədir. İllərlə müzakirə olunan bu transmilli layihə Prezident İlham Əliyevin qətiyyəti sayəsində kağız üzərindəki layihə çərçivəsindən çıxaraq yeni reallıq müstəvisinə keçdi...
Bu gün artıq Azərbaycanın iştirakı olmadan regionda hər hansı bir layihənin həyata keçirilməsi inandırıcı görünmür. Bu isə ölkənin iqtisadi qüdrəti və beynəlxalq aləmdəki nüfuzu ilə müəyyənləşir. Bütün bunlar isə ümummilli lider Heydər Əliyevin böyük uzaqgörənliklə 2003-cü ilin avqustunda söylədiyi “Mən İlham Əliyevə özüm qədər inanıram” fikrindən güc alır.
Xəbər lenti
Hamısına baxİdman
27 Oktyabr 23:19
Siyasət
27 Oktyabr 22:56
YAP xəbərləri
27 Oktyabr 22:43
Dünya
27 Oktyabr 22:16
Dünya
27 Oktyabr 21:58
YAP xəbərləri
27 Oktyabr 21:30
Dünya
27 Oktyabr 21:10
İdman
27 Oktyabr 20:49
YAP xəbərləri
27 Oktyabr 20:36
Sosial
27 Oktyabr 20:15
Hadisə
27 Oktyabr 19:54
Dünya
27 Oktyabr 19:32
YAP xəbərləri
27 Oktyabr 19:18
YAP xəbərləri
27 Oktyabr 18:46
YAP xəbərləri
27 Oktyabr 17:34
Sosial
27 Oktyabr 17:13
Siyasət
27 Oktyabr 16:46
Gündəm
27 Oktyabr 16:34
Gündəm
27 Oktyabr 16:28
Sosial
27 Oktyabr 16:27
Gündəm
27 Oktyabr 16:24
Gündəm
27 Oktyabr 16:23
Maraqlı
27 Oktyabr 16:20
YAP xəbərləri
27 Oktyabr 16:01
Dünya
27 Oktyabr 15:42
YAP xəbərləri
27 Oktyabr 15:30
Dünya
27 Oktyabr 15:29
YAP xəbərləri
27 Oktyabr 15:00
YAP xəbərləri
27 Oktyabr 14:47
YAP xəbərləri
27 Oktyabr 14:42
Elanlar
27 Oktyabr 14:41
YAP xəbərləri
27 Oktyabr 14:40
YAP xəbərləri
27 Oktyabr 14:40
YAP xəbərləri
27 Oktyabr 14:38
YAP xəbərləri
27 Oktyabr 14:37
Dünya
27 Oktyabr 14:30
Sosial
27 Oktyabr 14:19
Sosial
27 Oktyabr 14:16
YAP xəbərləri
27 Oktyabr 14:08
Dünya
27 Oktyabr 13:24
YAP xəbərləri
27 Oktyabr 13:05
Dünya
27 Oktyabr 12:53
Dünya
27 Oktyabr 12:29
YAP xəbərləri
27 Oktyabr 12:11
YAP xəbərləri
27 Oktyabr 12:10
İqtisadiyyat
27 Oktyabr 11:58
İqtisadiyyat
27 Oktyabr 11:57
Hadisə
27 Oktyabr 11:56
Dünya
27 Oktyabr 11:36
Dünya
27 Oktyabr 11:10
YAP xəbərləri
27 Oktyabr 11:03
Hadisə
27 Oktyabr 10:55
Dünya
27 Oktyabr 10:21
Dünya
27 Oktyabr 09:40
İdman
27 Oktyabr 09:13
Dünya
27 Oktyabr 08:52
Hadisə
27 Oktyabr 08:25
Dünya
27 Oktyabr 07:14
İdman
26 Oktyabr 23:19
Dünya
26 Oktyabr 22:36
İdman
26 Oktyabr 21:42
Maraqlı
26 Oktyabr 20:32
Dünya
26 Oktyabr 19:17
Analitik
26 Oktyabr 18:41
Dünya
26 Oktyabr 18:36
Maraqlı
26 Oktyabr 17:45
İdman
26 Oktyabr 16:28
Dünya
26 Oktyabr 16:22
Dünya
26 Oktyabr 15:24
YAP xəbərləri
26 Oktyabr 14:36

