Qarşılıqlı inam və etibar hər zaman inkişafa yol açır
05.08.2009 [14:02]
Xəbər verdiyimiz kimi, ABŞ-da yerləşən və dünya üzrə insan resurslarını öyrənən, statistik araşdırma xidmətləri göstərən nüfuzlu “Gallup” təşkilatı iyulun 31-də keçmiş Sovet respublikaları üzrə yeni sorğusunun nəticələrini elan edib. Sorğu hər ölkədə 1000 respondent arasında keçirilib. Sorğuda bildirilir ki, Azərbaycanın sürətli sosial-iqtisadi inkişafı, ölkəmizdə vətəndaşların rifah halının yüksəldilməsi, genişmiqyaslı quruculuq işləri, insan hüquq və azadlıqlarının təmin olunması istiqamətində həyata keçirilmiş tədbirlər əhali tərəfindən yüksək qiymətləndirilir.
“Sizcə, ölkə rəhbərliyi işinin öhdəsindən necə gəlir?” sualına cavab olaraq Azərbaycanda rəyi soruşulanların 77 faizi hakimiyyətin fəaliyyətindən razılığını ifadə edib. Bu, postsovet ölkələri arasında ən yüksək göstəricidir.
Keçirilən sorğunun nəticələri bir daha təsdiq edir ki, Azərbaycan hakimiyyətinin daxili və xarici siyasəti, ölkəmizin hərtərəfli inkişafına yönələn davamlı tədbirlər cəmiyyətin böyük rəğbətinə səbəb olur. 2005-ci ildən başlayaraq Azərbaycan iqtisadi artım sürətinə görə, dünyada lider ölkə olub. Azərbaycan iqtisadiyyatı 2,6 dəfə artıb, adambaşına düşən gəlir 5500 dollara çatıb. Respublikamızda sənaye istehsalının həcmi 2,5 dəfə yüksəlib, sənayeləşmə prosesi geniş vüsət alıb. Son 5 ildə minlərlə yeni müəssisə açılıb, 766 min iş yeri yaradılıb. Həyata keçirilən islahatlar Azərbaycanda yoxsulluğun səviyyəsini kəskin şəkildə azaldıb, bu göstərici 49 faizdən 13,2 faizə enib. ötən beş ildə Azərbaycanın dövlət büdcəsinin xərcləri 12 dəfədən çox artıb. Əhalinin minimum əməkhaqqı 8,3 dəfə, minimum pensiyanın məbləği 4 dəfə yüksəlib. Respublikanın bütün bölgələrində təhsil ocaqları, tibb müəssisələri, istirahət, əyləncə mərkəzləri və digər sosial obyektlər istifadəyə verilib. Yaşayış məntəqələrinin siması dəyişib və müasirləşib. Azərbaycanda nəqliyyat infrastrukturu müasir standartlara uyğun yenidən qurulub. Azərbaycanın beynəlxalq nüfuzu artıb, ölkəmiz regionun mərkəzinə çevrilib.
Dünyanı təhlükə qarşısında qoyan iqtisadi böhran Azərbaycana minimal təsir göstərib. Prezident İlham Əliyevin sədrliyi ilə cari ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunan Nazirlər Kabinetinin müşavirəsi zamanı da qeyd olunduğu kimi, görülən tədbirlər və son illər Azərbaycanda aparılan islahatlar nəticəsində iqtisadi böhranın ölkəmizdə minimum dərəcədə hiss edilməsinə nail olunub. Azərbaycan iqtisadiyyatının çoxşaxəli olması bu çətin sınaqdan sığortalanmada mühüm rol oynayıb. Xalqın hakimiyyətin işindən razılığı hər bir sahədə paralel inkişafdan xəbər verir.
Eyni zamanda insanların sosial problemlərinin həlli, yaşayış səviyyəsi daim Azərbaycan hakimiyyətinin diqqət mərkəzində olub. Təqaüdlərin artırılması, orta aylıq əməkhaqlarının yüksəldilməsi, aztəminatlı ailələrə yardımların edilməsi ilə yanaşı mühüm sosial proqramların da həyata keçirilməsinə nail olunub. ünvanlı sosial yardım alan insanların sayı 800 minə çatıb və orta hesabla hər bir ailəyə 100 manat yardım göstərilib. Məktəb, xəstəxana tikintisi, digər sosial proqramlar icra edilir. Artıq qəbul olunan proqramların nəticəsində ölkədə yeni məktəbə sahib olmayan kənd qalmayıb. ölkədə “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində yeni təhsil ocaqları, uşaq bağçaları açılıb.
Son dövrlərdə regionların inkişafı yüksək səviyyədədir. Qəbul olunan “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı” bölgələrin əhəmiyyətli dərəcədə inkişaf tempi əldə etməsində mühüm rol oynayıb. Bundan başqa, bölgələrdə yeni iş yerlərinin açılması, sənaye müəssisələrinin fəaliyyətə başlaması rayonların inkişafına təkan verib. Yalnız son 6 ayda Azərbaycanda 35 min yeni iş yerləri açılıb ki, onlardan 25 mini daimidir. Artıq regional inkişaf proqramının ikinci mərhələsi başlanılıb. Birinci mərhələdə (2004-2008) ən əsas, prioritet işlər öz həllini tapdısa, proqramın ikinci mərhələsinin (2009-2013) icrası nəticəsində 2013-cü ilə qədər Azərbaycanın regionlarında mövcud olan bütün problemlərin həlli nəzərdə tutulur.
Azad sahibkarlığın inkişafı hər zaman dövlətin diqqət mərkəzindədir. Dövlət tərəfindən ayrılan kreditlərin məbləği mütəmadi olaraq artırılır, eyni zamanda, ənənəvi olaraq kənd təsərrüfatının inkişafı üçün subsidiyalar paylanır. Məhz bu tədbirlərin nəticəsində son illərdə Azərbaycanda kənd təsərrüfatı sahəsində yüksək artım müşahidə olunur. ölkəmizdə ərzaq təhlükəsizliyi proqramı həyata keçirilir. Bu il Azərbaycan özünü taxıl ehtiyatları ilə təmin etmək iqtidarındadır. Bu, olduqca böyük bir göstəricidir ki, Azərbaycan hakimiyyətinin düzgün və davamlı siyasəti nəticəsində bu uğurlara imza atılıb.
Bəs, Azərbaycan bu cür genişmiqyaslı inkişafa necə nail olur? Bu gün bütün ölkələr beynəlxalq maliyyə böhranının təsirlərini hiss edir, hətta böhranın yaranmasında, mövcudluğunda heç bir təsiri, iştirakı olmayan ölkələr belə əziyyət çəkirlər. Azərbaycan isə dünya iqtisadiyyatına sürətlə inteqrasiya etməklə yanaşı, milli maraqlarını hər zaman ön planda tutduğu, xalqın mənafeyini üstün tutduğu üçün elə də böyük problem yaşamadı. Eyni zamanda, Azərbaycan bir sıra böyük ölkələrdən belə fərqli olaraq yardım və ya maliyyə üçün heç bir quruma müraciət etməyib. Bu isə Azərbaycanın iqtisadi-sosial vəziyyətinin sabit olmasını deməyə əsas verir. Baxmayaraq ki, neftin dünya bazarında ucuzlaşması ilə Azərbaycanın gəlirləri də azalıb, ölkə rəhbərliyi sosial proqramların icrasını davam etdirir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin vurğuladığı kimi, ən əsası insanların sosial vəziyyətinin yaxşılaşmasıdır. Prezident İlham Əliyev son 6 ayın yekunlarına dair müşavirədə bir daha vurğuladı ki, Azərbaycan düzgün yolla inkişaf edir: “Azərbaycan düzgün yolla inkişaf edir. Bizim bütün addımlarımız özünü doğrultdu - həm iqtisadi sahədə, həm də siyasi sahədə, beynəlxalq məsələlərdə. Bu yaxınlarda gələn ilin büdcəsi üzərində ciddi iş başlanacaqdır. Artıq ilkin təkliflər irəli sürülübdür. Gələn ilin büdcəsi, əlbəttə ki, reallığı nəzərdə tutmalıdır. Həm sosial yönümlü, həm də investisiya yönümlü olmalıdır. Bizim siyasətimiz məhz bu iki amilin sintezindən ibarətdir. Güclü iqtisadiyyat, bazar iqtisadiyyatı prinsiplərinin tam şəkildə tətbiq edilməsi, bununla bərabər, sosial məsələlərin uğurla həlli bizim sosial-iqtisadi siyasətimizin əsas istiqamətidir”.
Bəli, yuxarıda bəhs edilən sorğunun nəticələrinin arxasında əməli iş dayanır. Qeyd olunan və vurğulanmayan minlərlə məqamlar mövcuddur ki, Azərbaycan xalqının öz hakimiyyətinə inamının artmasında mühüm rol oynayır. Məhz bu qarşılıqlı inam, etibar Azərbaycanın inkişaf tempini hər zaman yüksəkdə saxlayır. İqtidarın xalqa bağlılığının arxasında duran ən böyük faktor isə Azərbaycan hakimiyyətinin məhz xalq tərəfindən seçilməsidir.
Pərviz SADAYOÄžLU
Xəbər lenti
Hamısına baxİdman
27 Oktyabr 23:19
Siyasət
27 Oktyabr 22:56
YAP xəbərləri
27 Oktyabr 22:43
Dünya
27 Oktyabr 22:16
Dünya
27 Oktyabr 21:58
YAP xəbərləri
27 Oktyabr 21:30
Dünya
27 Oktyabr 21:10
İdman
27 Oktyabr 20:49
YAP xəbərləri
27 Oktyabr 20:36
Sosial
27 Oktyabr 20:15
Hadisə
27 Oktyabr 19:54
Dünya
27 Oktyabr 19:32
YAP xəbərləri
27 Oktyabr 19:18
YAP xəbərləri
27 Oktyabr 18:46
YAP xəbərləri
27 Oktyabr 17:34
Sosial
27 Oktyabr 17:13
Siyasət
27 Oktyabr 16:46
Gündəm
27 Oktyabr 16:34
Gündəm
27 Oktyabr 16:28
Sosial
27 Oktyabr 16:27
Gündəm
27 Oktyabr 16:24
Gündəm
27 Oktyabr 16:23
Maraqlı
27 Oktyabr 16:20
YAP xəbərləri
27 Oktyabr 16:01
Dünya
27 Oktyabr 15:42
YAP xəbərləri
27 Oktyabr 15:30
Dünya
27 Oktyabr 15:29
YAP xəbərləri
27 Oktyabr 15:00
YAP xəbərləri
27 Oktyabr 14:47
YAP xəbərləri
27 Oktyabr 14:42
Elanlar
27 Oktyabr 14:41
YAP xəbərləri
27 Oktyabr 14:40
YAP xəbərləri
27 Oktyabr 14:40
YAP xəbərləri
27 Oktyabr 14:38
YAP xəbərləri
27 Oktyabr 14:37
Dünya
27 Oktyabr 14:30
Sosial
27 Oktyabr 14:19
Sosial
27 Oktyabr 14:16
YAP xəbərləri
27 Oktyabr 14:08
Dünya
27 Oktyabr 13:24
YAP xəbərləri
27 Oktyabr 13:05
Dünya
27 Oktyabr 12:53
Dünya
27 Oktyabr 12:29
YAP xəbərləri
27 Oktyabr 12:11
YAP xəbərləri
27 Oktyabr 12:10
İqtisadiyyat
27 Oktyabr 11:58
İqtisadiyyat
27 Oktyabr 11:57
Hadisə
27 Oktyabr 11:56
Dünya
27 Oktyabr 11:36
Dünya
27 Oktyabr 11:10
YAP xəbərləri
27 Oktyabr 11:03
Hadisə
27 Oktyabr 10:55
Dünya
27 Oktyabr 10:21
Dünya
27 Oktyabr 09:40
İdman
27 Oktyabr 09:13
Dünya
27 Oktyabr 08:52
Hadisə
27 Oktyabr 08:25
Dünya
27 Oktyabr 07:14
İdman
26 Oktyabr 23:19
Dünya
26 Oktyabr 22:36
İdman
26 Oktyabr 21:42
Maraqlı
26 Oktyabr 20:32
Dünya
26 Oktyabr 19:17
Analitik
26 Oktyabr 18:41
Dünya
26 Oktyabr 18:36
Maraqlı
26 Oktyabr 17:45
İdman
26 Oktyabr 16:28
Dünya
26 Oktyabr 16:22
Dünya
26 Oktyabr 15:24
YAP xəbərləri
26 Oktyabr 14:36

