Vüqar Rəhimzadə: Bakı-Tbilisi-Qars dəmir açılışı çox böyük tarixi hadisədir
01.11.2017 [10:20]
Bu il Azərbaycan üçün kifayət qədər mühüm tarixi məqamlarla yadda qalacaq. Beynəlxalq birliyin diqqət mərkəzində olan “Yeni əsrin müqaviləsi”nin imzalanması, üstəlik bu günlərdə Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin istifadəyə verilməsi bunun bariz nümunəsidir. Bakıdan başlayaraq Gürcüstanın Tbilisi və Axalkalaki şəhərlərindən keçərək Türkiyənin Qars şəhərinə gedən, beləliklə, Azərbaycan ilə Türkiyəni, Şərqlə Qərbi birləşdirən bu dəmir yolu xətti ölkəmizə böyük siyasi və iqtisadi dividendlər gətirəcək.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib.
Bakı-Tbilisi-Qars dəmir yolunun açılışının çox böyük tarixi hadisə olduğunu söyləyən V.Rəhimzadə deyib: “Yadınızdadırsa, 2005-ci ildə BTC-nin Azərbaycan hissəsinin açılışında BTQ dəmir yolu xətti layihəsi haqqında bəyannamə, 2007-ci ildə isə dəmir yolu xəttinin tikintisinə başlanılması ilə əlaqədar Saziş imzalandı. Xüsusi olaraq vurğulamaq lazımdır ki, Bakı-Tbilisi-Qars layihəsinin reallaşmasında məhz Azərbaycanın böyük rolu olub. Bu amil isə bir daha onu göstərir ki, Azərbaycan regional və qlobal əhəmiyyətli layihələrin əsas iştirakçısı və təşəbbüskarıdır”.
YAP Siyasi Şurasının üzvü qeyd edib ki, bu layihənin reallaşması Azərbaycan, Türkiyə və Gürcüstanın birliyinin yüksək səviyyədə olduğunu göstərir. Bakı-Tbilisi-Qars dəmir yolunun açılış mərasimində çıxış edən Prezident İlham Əliyev bir sıra mühüm məqamlara aydınlıq gətirdi. Dövlətimizin başçısı bildirdi ki, çoxları, xüsusilə bəzi xarici dairələr Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinə inanmırdılar. Hesab edirdilər ki, bu layihənin reallaşması mümkün deyil. Bunun reallaşması üçün lazım olan texniki imkanlar və maliyyə vəsaiti imkan verməyəcək ki, bu layihə həyata keçirilsin. Lakin üç ölkə sübut etdi ki, bu, mümkündür. Azərbaycanın güclü iradəsi, qarşılıqlı dəstək, inam olan yerdə bütün işləri görmək mümkündür. Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi bunun sübutudur. Prezident İlham Əliyev regional əməkdaşlığa ən böyük töhfə verən ölkələr - Azərbaycan, Gürcüstan və Türkiyənin bundan sonra da daim bir yerdə olacaqlarına, bir-birlərini dəstəkləyəcəklərinə əminliyini ifadə etdi. Hesab edirəm ki, bu əməkdaşlıq region və dünya üçün təhlükəsizlik, sülh və inkişaf vəd edir.
“İki sahil” qəzetinin baş redaktoru əlavə edib ki, uzunluğu 840 kilometr olan BTQ dəmir yolu xətti ölkəmizin beynəlxalq tranzit və logistika mərkəzlərindən birinə çevrildiyinin göstəricisidir. Bu dəmir yolu xətti Şərqdən Qərbə qədər olan böyük məsafədə yük və sərnişin daşımalarında vaxt və maliyyə sərfiyyatını azaldacaq. Bununla yanaşı, Bakı-Tbilisi-Qars, həmçinin ölkə iqtisadiyyatının inkişafına da böyük dərəcədə müsbət təsir göstərəcək. Nəticədə ölkəmizin ilk illərdə tranzitdən minimal gəliri təxminən 50 milyon dollara bərabər olacaq. Sözsüz ki, bütün bunlar ilkin proqnozlardır. Zaman keçdikcə Bakı-Tbilisi-Qars layihəsinin region və dünya üçün əhəmiyyəti daha aydın görünəcək.
Vüqar Rəhimzadə vurğulayıb ki, BTQ-yə beynəlxalq diqqət və dəstək də çox böyükdür. Dəmir yolu xətti Avropa İttifaqı, ABŞ və Mərkəzi Asiya ölkələri tərəfindən dəstəklənir. “BTQ-nin istifadəyə verilməsi ilə bağlı yayılan bəyanatlarda da biz bunu açıq şəkildə görürük. Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin bəyanatında qeyd edilir ki, qurum yeni dəmir yolu dəhlizini alqışlayır. Avropa İttifaqı əmin olduğunu bildirir ki, bu layihə sərmayələr, infrastrukturun təkmilləşdirilməsi və logistikanın əlaqələndirilməsi ilə birgə bağlantıların daha yaxşı qurulmasına, yeni biznes imkanlarının yaranmasına və ticarətin artmasına səbəb olacaq. Bu və digər amillər dəmir yolu xəttinin əhəmiyyətini artırmaqla yanaşı, ölkəmizin beynəlxalq miqyasdakı nüfuzunu daha da möhkəmləndirəcək”, - deyə Vüqar Rəhimzadə bildirib.
Xəbər lenti
Hamısına baxDünya
14 Avqust 23:54
Dünya
14 Avqust 23:25
Dünya
14 Avqust 22:50
Dünya
14 Avqust 22:15
Dünya
14 Avqust 21:50
Hadisə
14 Avqust 21:32
Dünya
14 Avqust 21:20
Dünya
14 Avqust 20:55
Dünya
14 Avqust 20:35
Dünya
14 Avqust 20:05
Dünya
14 Avqust 19:48
Dünya
14 Avqust 19:20
Mədəniyyət
14 Avqust 18:55
Elm
14 Avqust 18:43
İqtisadiyyat
14 Avqust 18:26
İqtisadiyyat
14 Avqust 18:10
Elm
14 Avqust 17:41
Sosial
14 Avqust 17:26
İqtisadiyyat
14 Avqust 17:25
İdman
14 Avqust 17:10
Mədəniyyət
14 Avqust 16:48
Mədəniyyət
14 Avqust 16:29
Sosial
14 Avqust 16:20
Sosial
14 Avqust 15:45
İdman
14 Avqust 15:40
Sosial
14 Avqust 15:25
Siyasət
14 Avqust 14:40
İqtisadiyyat
14 Avqust 14:35
Sosial
14 Avqust 14:20
İdman
14 Avqust 13:39
Sosial
14 Avqust 13:35
Sosial
14 Avqust 12:37
Gündəm
14 Avqust 11:55
Gündəm
14 Avqust 11:35
Gündəm
14 Avqust 11:05
İqtisadiyyat
14 Avqust 10:35
Analitik
14 Avqust 10:15
MEDİA
14 Avqust 09:55
Analitik
14 Avqust 09:30
Sosial
14 Avqust 09:10
Dünya
13 Avqust 23:55
Dünya
13 Avqust 23:35
Dünya
13 Avqust 23:05
Dünya
13 Avqust 22:45
Dünya
13 Avqust 22:20
İdman
13 Avqust 22:13
Dünya
13 Avqust 21:55
Dünya
13 Avqust 21:35
Dünya
13 Avqust 21:10
Dünya
13 Avqust 20:45
Dünya
13 Avqust 20:20
Dünya
13 Avqust 19:55
Dünya
13 Avqust 19:35
Dünya
13 Avqust 19:10
İqtisadiyyat
13 Avqust 18:57
İdman
13 Avqust 15:59
İqtisadiyyat
13 Avqust 15:47
Sosial
13 Avqust 15:20
İqtisadiyyat
13 Avqust 14:55
Mədəniyyət
13 Avqust 14:45
İqtisadiyyat
13 Avqust 14:20
Sosial
13 Avqust 14:18
Sosial
13 Avqust 13:50
Elm
13 Avqust 13:26
Elm
13 Avqust 13:20
İqtisadiyyat
13 Avqust 13:12
Elm
13 Avqust 13:11
İqtisadiyyat
13 Avqust 12:53
Gündəm
13 Avqust 12:40
Mədəniyyət
13 Avqust 12:25

