Piter Teys: Azərbaycan “Asiyanın Qəlbi-İstanbul Prosesi”ndə önəmli rol oynayır
06.12.2017 [10:18]
“Asiyanın Qəlbi-İstanbul Prosesi” çərçivəsində Bakıda keçirilən “Gücləndirilmiş Asiyanın Qəlbi regionuna doğru təhlükəsizlik və iqtisadi bağlantılar” mövzusunda 7-ci nazirlər konfransında təkcə region üçün deyil, bütün dünya üçün narahatlıq doğuran bir çox problemlər, həmin problemlərin həlli yolları barədə səmərəli müzakirələr aparıldı. Bu tədbirin önəmini artıran mühüm amillərdən biri terrorizmə, ekstremizmə, radikal dini cərəyanlara qarşı birgə mübarizədə səylərin gücləndirilməsi və region dövlətlərinin bu prosesdə fəal iştirakı məsələsinin diqqət mərkəzində olması idi. Azərbaycan “Asiyanın Qəlbi-İstanbul Prosesi”ndə önəmli rol oynayır.
Bu sözləri AZƏRTAC-a açıqlamasında tanınmış amerikalı jurnalist, siyasi şərhçi Piter Teys deyib.
Piter Teys qeyd edib ki, “Asiyanın Qəlbi-İstanbul Prosesi” bölgədə siyasi dialoq və regional əməkdaşlıq üçün vacib regional platformadır. Ona görə də Bakıda keçirilən bu toplantı sülhün, təhlükəsizliyin təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Xüsusilə Əfqanıstanda sülh və sabitliyin, iqtisadi inkişafın əldə olunmasına xidmət edən bu çoxtərəfli əməkdaşlıq platformasında Azərbaycanın fəal iştirakı bütün dünyada yüksək qiymətləndirilir. Azərbaycanın və ABŞ-ın əsgərləri Əfqanıstanda həyata keçirilən sülhməramlı əməliyyatlarda çiyin-çiyinə fəal iştirak edirlər. ABŞ Azərbaycanın sülh və təhlükəsizliyə yardım məsələsinə töhfələrini hər zaman yüksək dəyərləndirir.
Amerikalı siyasi şərhçi konfransın yekununda qəbul edilmiş Bakı Bəyannaməsində çox vacib məsələlərin yer aldığını vurğulayaraq sənəddə xüsusilə ölkələrin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı, daxili işlərə qarışmamaq kimi prinsiplərlə bağlı öhdəliklərin bir daha təsdiq edilməsinə, həmçinin dövlətlərin ərazi bütövlüyünə qarşı güc tətbiq edilməsinin yolverilməzliyinin qeyd olunmasına diqqəti cəlb edib. O əlavə edib ki, Prezident İlham Əliyev də konfransdakı nitqində beynəlxalq hüququn norma və prinsiplərinə hörmət və riayət edilməsinin, xüsusilə suverenlik, ərazi bütövlüyü və dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığının, suveren bərabərliyə hörmət və daxili işlərə qarışmamanın regional və beynəlxalq təhlükəsizliyin təmin edilməsində təməl olduğunu vurğuladı.
Piter Teys qeyd edib ki, “Asiyanın Qəlbi-İstanbul Prosesi” Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı, mülki insanların qəddarcasına qətlə yetirilməsi, ümumiyyətlə, Ermənistanın faşist rejiminin törətdiyi digər cinayətlərin diqqətə çatdırılması baxımından da yaxşı platformadır.
Xəbər lenti
Hamısına baxDünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34

