Paraqvay Deputatlar Palatası Xocalı soyqırımını tanıyıb
22.12.2017 [10:16]
Paraqvay Respublikasının Deputatlar Palatası 1992-ci ildə Azərbaycanın Dağlıq Qarabağ regionunun Xocalı şəhərində Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş soyqırımının pislənilməsi və 26-cı ildönümünün anılması münasibətilə həmrəyliyin ifadə edilməsi barədə bəyanat qəbul edib.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumat Paraqvay parlamentinin saytında yerləşdirilib.
Bəyanatda qeyd edilir ki, Xocalı qətliamı Ermənistan və Azərbaycan arasındakı münaqişənin hərbi fazasının üç ili ərzində mülki əhalinin məruz qaldığı ən böyük hücum olub, nəticədə etnik xarakterli səbəblərə görə 63 uşaq, 106 qadın və 70 yaşlı insan olmaqla 613 azərbaycanlı qətlə yetirilib, 1275 sakin əsir düşüb, onlardan 150 nəfərinin taleyi hələ də məlum deyil. Bundan əlavə, 76-sı uşaq olmaqla, 487 nəfər Xocalı sakini şikəst edilib, 26 uşaq hər iki valideynini və 130 uşaq isə valideynlərindən birini itirib.
Bu faktın Azərbaycan Respublikasının müxtəlif qurumları və müstəqil mənbələr tərəfindən tam sənədləşdirildiyi qeyd olunub.
Sənəddə bir sıra dövlətlərin Ermənistanın silahlı qüvvələri tərəfindən Azərbaycanın mülki əhalisinə qarşı törədilmiş bu soyqırımı və insanlıq əleyhinə cinayəti pislədiyi, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalının qınanıldığı, həmçinin Azərbaycan Respublikasının ərazi bütövlüyünə, suverenliyinə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmət ifadə etdikləri vurğulanıb.
Bəyanatda BMT Təhlükəsizlik Şurası tərəfindən 1993-cü ildə qəbul edilmiş 822, 853, 874 və 884 nömrəli qətnamələrin təcavüzün dayandırılmasını, diqqətin qurbanlara yönəldilməsini və Azərbaycanın 20 faiz torpağının Ermənistan tərəfindən işğalı nəticəsində yaranmış münaqişənin həlli yolu kimi dialoqu təşviq etdiyi bildirilir. Deputatlar palatası qeyd olunanları və beynəlxalq humanitar hüququn əsas prinsip və normalarına hörmət edilmədiyini əsas tutaraq, 1992-ci ildə Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunun Xocalı şəhərində törədilmiş soyqırımını pislədiyini və bu insanlıq əleyhinə cinayətin 26-cı ildönümünün anılması münasibətilə Azərbaycan xalqına öz həmrəyliyini ifadə etdiyini bəyan edib.
Xəbər lenti
Hamısına baxMaraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19
Dünya
07 Avqust 13:50
Siyasət
07 Avqust 13:28
Gündəm
07 Avqust 13:27
Siyasət
07 Avqust 13:26
Siyasət
07 Avqust 13:25
Dünya
07 Avqust 13:25
Siyasət
07 Avqust 13:23
MEDİA
07 Avqust 13:22
Siyasət
07 Avqust 13:22
Sosial
07 Avqust 13:20
MEDİA
07 Avqust 13:04
MEDİA
07 Avqust 12:55
Dünya
07 Avqust 12:43
Hadisə
07 Avqust 12:18
Gündəm
07 Avqust 11:55
Gündəm
07 Avqust 11:40
Siyasət
07 Avqust 11:20
Sosial
07 Avqust 10:50
Analitik
07 Avqust 10:30
Analitik
07 Avqust 10:05
Analitik
07 Avqust 09:45
Analitik
07 Avqust 09:20
Ədəbiyyat
07 Avqust 09:05
Dünya
07 Avqust 07:28
Dünya
06 Avqust 23:45
Dünya
06 Avqust 23:10
İdman
06 Avqust 23:07
Dünya
06 Avqust 22:42
Dünya
06 Avqust 22:05
Dünya
06 Avqust 21:39
Dünya
06 Avqust 21:17
Siyasət
06 Avqust 21:06
Siyasət
06 Avqust 20:46
Dünya
06 Avqust 20:45
Dünya
06 Avqust 20:12
Dünya
06 Avqust 19:48
İdman
06 Avqust 19:26
İqtisadiyyat
06 Avqust 18:55
İqtisadiyyat
06 Avqust 18:30
İqtisadiyyat
06 Avqust 18:10
Siyasət
06 Avqust 17:50
İdman
06 Avqust 17:32
Elm
06 Avqust 17:27
Dünya
06 Avqust 17:05
İqtisadiyyat
06 Avqust 16:46
Elm
06 Avqust 16:43
Sosial
06 Avqust 16:40
İqtisadiyyat
06 Avqust 16:28
Elm
06 Avqust 16:17
Sosial
06 Avqust 16:11
İqtisadiyyat
06 Avqust 16:07

