/ / Nidal Salim: Sərsəng su anbarı ilə bağlı problemin həlli üçün beynəlxalq ekspertlərdən ibarət komitə yaradılmalıdır
Nidal Salim: Sərsəng su anbarı ilə bağlı problemin həlli üçün beynəlxalq ekspertlərdən ibarət komitə yaradılmalıdır
23.12.2017 [10:06]
Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov dekabrın 22-də Beynəlxalq Avrasiya Mətbuat Fondunun dəvəti əsasında ölkəmizdə səfərdə olan Qlobal Su, Ətraf Mühit və Sağlamlıq İnstitutunun direktoru Nidal Salimlə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə Ermənistanın işğalçı siyasəti nəticəsində Sərsəng su anbarının bloklanması, ətraf ərazilərdə su ilə bağlı çətinliyin yaranması və digər problemlərin Dünya Su Şurasının gündəliyinə salınması mövzusu ətrafında fikir mübadiləsi aparılıb.
Sərsəng su anbarı ilə bağlı problemin ölkəmiz üçün vacib məsələlərdən biri olduğunu qeyd edən komitə sədri Qlobal Su, Ətraf Mühit və Sağlamlıq İnstitutunun direktorunun bu səfərinin əhəmiyyətini xüsusi vurğulayıb.
Baş nazirin müavini qeyd edib ki, Sərsəng su anbarı 1976-cı ildə xalqımızın Ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və göstərişi ilə tikilib. Onun ümumi sututumu 560 milyon kubmetrdir. Anbar Azərbaycanın 6 rayonunda 100 min hektara yaxın torpaq sahəsini suvarma suyu ilə təmin edirdi.
2016-cı il yanvarın 26-da Avropa Şurası Parlament Assambleyası (AŞPA) tərəfindən Sərsəng su anbarı ilə bağlı qəbul olunan qətnamə barədə danışan Əli Həsənov deyib: “Bu qətnamə həm ədalətlidir, həm də çox sərtdir. Sənəddə praktiki olaraq AŞPA Ermənistanı birmənalı şəkildə günahlandırıb. Sərsəng su anbarından Azərbaycan tərəfinə suyun keçməsinin qarşısının mütəmadi olaraq qəsdən alınması “ekoloji təcavüz” adlandırılıb. Həmin qətnamədə Ermənistanın bu əməllərinin 1966-cı il Helsinki və 2004-cü il Berlin qaydalarına tam zidd olduğu bildirilib. Qətnamədə tələb edilir ki, Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal çıxarılmalıdır. Əgər su hövzəsindən istifadəyə görə insanlara məhdudiyyət qoyulursa, bu, qeyri-insani hərəkətdir”.
Ermənilərin bu hərəkətlərinin təəccüb doğurmadığını bildirən komitə sədri diqqətə çatdırıb ki, Ermənistan dövlətinin bu gün yerləşdiyi ərazilər qədim Azərbaycan torpaqlarıdır. Vaxtilə Çar Rusiyası tərəfindən ermənilər Azərbaycan torpaqlarına yerləşdirildi və onlar üçün bizim ərazilərimizdə dövlət quruldu. Bu dövlətin hazırkı paytaxtı Yerevan da azərbaycanlıların İrəvan xanlığı olub və XIX əsrin əvvəlində orada yaşayanların 95 faizini azərbaycanlılar təşkil edib. Hazırda orada bir nəfər də olsun azərbaycanlı yoxdur. Ermənistan ərazisində doğma torpaqlarında yaşayan azərbaycanlılar son 200 ildə 4 dəfə deportasiya edilib - 1905, 1918, 1948-1952 və 1988-1992-ci illərdə.
Baş nazirin müavini Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı hərbi təcavüzünün nəticələrinə toxunaraq deyib ki, Dağlıq Qarabağ və ətraf 7 rayon da daxil olmaqla, torpaqlarımızın 20 faizi işğal edilib, bir milyon iki yüz min soydaşımız qaçqın və məcburi köçkünə çevrilib, milli-mədəni sərvətlərimiz talan edilib, bütün infrastruktur dağıdılıb.
Diqqətə çatdırılıb ki, 1993-cü ildə BMT Təhlükəsizlik Şurası Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi, qaçqınların və məcburi köçkünlərin doğma yurdlarına qaytarılması haqqında dörd qətnamə qəbul edib. Ermənistanın təcavüzkar siyasəti Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT), Avropa Şurası Parlament Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən qəbul edilən qərar və qətnamələrdə də pislənilib. “Dünyada elə bir nüfuzlu beynəlxalq təşkilat qalmayıb ki, bu münaqişəyə münasibət bildirməsin. Təəssüf ki, bu qərar və qətnamələr hələ də icra olunmayıb. ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə 20 ildən artıqdır davam edən danışıqlar prosesi hələ də heç bir nəticə verməyib”, - deyə Əli Həsənov vurğulayıb.
Azərbaycanın son illər əldə etdiyi nailiyyətlərdən danışan Əli Həsənov Ulu öndər Heydər Əliyev kursunun layiqli davamçısı Prezident İlham Əliyevin uğurlu dövlət idarəçiliyi, Onun rəhbərliyi ilə aparılan kompleks islahatlar, regionların inkişafına yönələn sosial-iqtisadi proqramlar, dünya iqtisadi sisteminə sürətli inteqrasiya, neft strategiyası, düşünülmüş xarici siyasətin nəticələri, ölkəmizin beynəlxalq nüfuzu, sürətlə artan sosial-iqtisadi inkişafı, ölkə daxilindəki ictimai-siyasi sabitlik barədə məlumat verib.
Qeyd edilib ki, bu gün Azərbaycan öz inkişaf tempinə, tolerantlığına, sülhməramlılığına görə dünyanın diqqət mərkəzindədir. Azərbaycan bir tolerantlıq nümunəsi olaraq, mədəniyyətlər və dinlərarası dialoqa böyük əhəmiyyət verir. Azərbaycanda bütün qeyri-millətlərin nümayəndələri əsrlər boyu yerli əhali ilə birgə sülh, əmin-amanlıq şəraitində yaşayıblar.
Rəhbərlik etdiyi institutun əsasən su təhlükəsizliyi məsələləri ilə məşğul olduğunu qeyd edən Nidal Salim deyib ki, bu gün su təhlükəsizliyi çox ciddi siyasi məsələyə çevrilməkdədir.
Ölkəmizə səfəri, keçirdiyi görüşlər barədə danışan qonaq qeyd edib ki, səfərinin əsas məqsədi birlikdə Sərsəng su anbarı ilə bağlı məsələnin strategiyasını hazırlamaqdır. Səfər çərçivəsində Tərtər rayonunda Sərsəng su anbarına yaxın ərazilərdə olduqlarını, burada sakinlərlə görüşdüklərini deyən qonaq bu problemin həlli yollarının tapılmasında beynəlxalq ekspertlərdən ibarət komitənin yaradılmasının vacibliyini diqqətə çatdırıb.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
09 Avqust 15:23
Maraqlı
09 Avqust 14:50
İdman
09 Avqust 14:35
Dünya
09 Avqust 13:42
Maraqlı
09 Avqust 13:16
Yeni texnologiyalar
09 Avqust 12:34
Dünya
09 Avqust 12:19
Hadisə
09 Avqust 11:52
Dünya
09 Avqust 11:30
Hadisə
09 Avqust 10:45
İdman
09 Avqust 10:17
Hadisə
09 Avqust 09:59
Dünya
09 Avqust 09:25
Dünya
09 Avqust 08:50
Siyasət
09 Avqust 08:33
Dünya
09 Avqust 08:03
Siyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19
Dünya
07 Avqust 13:50
Siyasət
07 Avqust 13:28
Gündəm
07 Avqust 13:27
Siyasət
07 Avqust 13:26
Siyasət
07 Avqust 13:25
Dünya
07 Avqust 13:25
Siyasət
07 Avqust 13:23
MEDİA
07 Avqust 13:22
Siyasət
07 Avqust 13:22
Sosial
07 Avqust 13:20
MEDİA
07 Avqust 13:04

