Separatizm beynəlxalq sülhə və sabitliyə başlıca təhdiddir
30.12.2017 [01:16]
Əli Həsənov: Beynəlxalq birlik, aparıcı dövlətlər etnik separatizmə qarşı qətiyyətli mübarizə aparmasa, proses daha geniş xarakter alaraq planetimizin böyük hissəsini irqi, milli və dini münaqişələr meydanına çevirə bilər
Müasir dövrdə həm dünya miqyasında, həm də beynəlxalq münasibətlər sistemində mövcud olan dağıdıcı faktorlardan biri separatizmdir. Separatizm formasından və səviyyəsindən asılı olmayaraq, milli, regional və beynəlxalq təhlükəsizliyə təhdid yaradan destruktiv amildir. Tarixin müxtəlif dönəmlərində baş qaldırmış separatist meyillər bəzən kiçikmiqyaslı - məhəlli müharibələrə, bəzən isə millətlərarası qarşıdurmalara səbəb olmuşdur. XXI əsrdə separatist meyillərə əsaslanan aktların ciddi qarşıdurma və qeyri-sabitliyə səbəb olması amilini nəzərə alsaq, qeyd edə bilərik ki, bölücülük dövlətlərin ərazi bütövlüyü və suverenliyinə qarşı təhdid olmaqla yanaşı, millətlərarası ziddiyyət və qarşıdurmaların da mənbəyini təşkil edir.
Əlbəttə, separatizmin dünya miqyasında güclənməsinin qarşısını almaq üçün ciddi müqavimət mexanizminin formalaşdırılması lazımdır. Lakin təəssüflər olsun ki, bir sıra siyasi dairələrin separatizm məsələsinə ikili standartlar və selektiv münasibət əsasında yanaşması bölücülük meyillərinin güclənməsini şərtləndirir. Hətta məhz elə ikili standartlar əsasında yanaşan mərkəzlərin özləri də müəyyən müddət sonra “bumeranq effekti” ilə qarşılaşır və həmin mərkəzlər separatizm təhdidi ilə üzləşirlər. Bu kontekstdə Avropa nümunəsini xüsusi olaraq diqqətə çatdırmaq məqsədəmüvafiqdir.
Ümumiyyətlə, dünyanın müxtəlif ölkələrində baş qaldıran separatizmə laqeyd münasibət, bir çox hallarda dövlətlərin ərazi bütövlüyünə etinasızlıq göstərilməsi, işğalçıya, separatçı qüvvələrə münasibətdə ikili standartlardan çıxış edilməsi artıq öz mənfi nəticələrini verir. Başqa sözlə, İspaniyanın Kataloniya bölgəsində uzun illər davam edən separatçı hərəkatın ölkənin ərazi bütövlüyünü sual altında qoyması məhz ikili standartlar siyasətinin “bumeranq” effektinə səbəb olmasının açıq təzahürüdür. Yeri gəlmişkən, Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov İsrailin “The Jerusalem Post” qəzetinə müsahibəsində bu məqama toxunaraq diqqətə çatdırıb ki, beynəlxalq birlik, aparıcı dövlətlər etnik separatizmə qarşı qətiyyətli mübarizə aparmasa, proses daha geniş xarakter alaraq planetimizin böyük hissəsini irqi, milli və dini münaqişələr meydanına çevirə bilər: “Artıq milli-etnik münaqişələrin həllinə biganəlik və hətta proseslərin süni şəkildə körüklənməsi özünün acı nəticələrini Avropada - İspaniyanın Kataloniya vilayətində etnik separatizmin baş qaldırması ilə əyani şəkildə bir daha göstərdi”.
Ermənistanın hərbi-siyasi dəstəyi ilə Azərbaycanın ərazisində yaradılmış qondarma “Dağlıq Qarabağ” separatçı rejiminin fəaliyyəti beynəlxalq hüququn normalarına ziddir
Tərəddüdsüz qeyd etmək olar ki, dünyada separatizmə qarşı vahid münasibət formalaşdırılmalı, bu məsələ ilə bağlı ikili standartlara və selektiv yanaşmaya yol verilməməlidir. Dünya birliyi, xüsusən aparıcı ölkələr və beynəlxalq təşkilatlar ikili standartlar siyasətinə son qoyaraq separatçı rejimlərlə hər cür əlaqələri, onların dəstəklənməsini dayandırmalıdır. Bu kontekstdə Ermənistanın Azərbaycanın 20 faiz torpaqlarını işğal etməsi nəticəsində yaranmış qondarma, separatçı “DQR”in də faktiki destabillik mənbəyi olduğu birmənalı şəkildə nəzərə alınmalıdır. Qərb siyasi dairələri anlamalıdır ki, işğal məhsulu olan bu qurumun mövcudluğu beynəlxalq hüquq normalarının kobud surətdə pozulmasının bariz təcəssümü və təzahürüdür. Bu gün separatizm faktı ilə qarşı-qarşıya qalan siyasi dairələr də anlamalıdırlar ki, dünya birliyini təhdid edən yeni münaqişə ocaqlarının yaranmasının qarşısını almağın yeganə yolu beynəlxalq hüququn təməl prinsipi olan dövlətlərin ərazi bütövlüyünün qeyd-şərtsiz dəstəklənməsidir.
Yeri gəlmişkən, Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov sözügedən müsahibəsində bu məqamlara toxunaraq vurğulayıb ki, Ermənistanın hərbi-siyasi dəstəyi ilə Azərbaycanın ərazisində yaradılmış qondarma “Dağlıq Qarabağ” separatçı rejiminin fəaliyyəti beynəlxalq hüququn normalarının kobud şəkildə pozulması deməkdir: “BMT Təhlükəsizlik Şurası bu məsələ ilə bağlı dörd qətnamə qəbul etsə də, onların icrasından imtina edən işğalçı Ermənistana qarşı təəssüf ki, təsirli tədbirlər görmədi. Bu günün özündə də BMT başda olmaqla, beynəlxalq hüququn prinsiplərini təmin etmək missiyasını yerinə yetirməli olan əksər təşkilatlar, eləcə də dünyanın aparıcı dövlətləri açıq işğal faktına seyrçi mövqe tutmaqda davam edir”.
İşğalçı ilə işğala məruz qalan ölkənin eyniləşdirilməsi yolverilməzdir
Bütövlükdə, beynəlxalq hüquq normaları və ədalət prinsipi əsas götürülməlidir. Məhz buna görə də beynəlxalq ictimaiyyət Ermənistanın işğalçı siyasəti və qeyri-konstruktiv mövqeyinə qarşı konkret tədbirlər görməlidir. Sirr deyil ki, bəzi hallarda bir sıra beynəlxalq təşkilatlar konkret mövqe nümayiş etdirməkdən çəkinirlər. Bir sıra bəyanatlarda əsas məsələlərdən - Ermənistanın işğalçı siyasəti və qeyri-konstruktiv mövqeyindən, işğal faktından yan keçilir, hadisənin gerçək səbəbləri, bu vəziyyəti yaradan əsaslar diqqətə alınmır. Azərbaycan ictimaiyyəti beynəlxalq təşkilatların bu cür mövqeyindən narazılığını və narahatlığını hər zaman ifadə edir. Yekun qənaət budur ki, verilən bir sıra bəyanatlar ədalətsiz olmaqla yanaşı, işğalçı ilə işğala məruz qalmış tərəfin eyniləşdirildiyini göstərir.
Xüsusi olaraq vurğulamaq gərəkdir ki, Ermənistanın qeyri-konstruktiv fəaliyyəti və son addımları ona qarşı ciddi sanksiyaların tətbiq olunmasına tam əsas yaradır. Danışıqlarda qeyri-konstruktiv mövqe nümayiş etdirən, status-kvonun qorunub saxlanmasında maraqlı olan işğalçı Ermənistanın BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə əməl etməməsi, qanlı etnik təmizləmə siyasəti həyata keçirməsi, 1 milyondan artıq insanı öz yurdundan qovması və sonunda sülh prosesinə xələl gətirən bu cür təxribatçı addımlar atması bu ölkəyə qarşı beynəlxalq ictimaiyyət tərəfindən ciddi sanksiyaların tətbiq edilməsi üçün əsas verir. Əlbəttə, sülh prosesinə ən böyük təhlükə Ermənistanın silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində olmasıdır. Buna görə, ilk növbədə, Ermənistanın silahlı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərini tərk etməlidir. Ermənistan tərəfi bunu nə qədər tez anlasa, o qədər də tez bir zamanda regionda sülh, sabitlik və müəyyənlik bərpa oluna bilər.
Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun qeyd etdiyi kimi, hər bir münaqişədə haqlı və haqsız tərəf olduğu kimi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində də problemin haradan yarandığı əslində heç kimə sirr deyil. Məsələyə beynəlxalq hüquq prinsiplərinə uyğun obyektiv meyarlar əsasında yanaşmaq lazımdır: “Belə halda aydın olar ki, Ermənistan işğalçıdır, Azərbaycan isə işğala məruz qalmış, ərazilərinin 20 faizini itirmiş və 1 milyondan çox qaçqın və məcburi köçkün əhalisi olan bir ölkədir. İşğalçı ilə işğala məruz qalan ölkəni kompromisə çağırmağın özü səhv və təhlükəli mövqedir. Bu mövqe gələcəkdə davakar etnik separatizmi təşviq edə, digər ölkələri də işğalçılığa sürükləyə, yaxud həvəsləndirə bilər. Belə ki, 30 il bundan əvvəl Dağlıq Qarabağda başlayan separatizm dalğası bu gün İspaniya, Böyük Britaniya və başqa ölkələrə çatıb. Hazırkı dövrdə heç bir ölkə bundan sığortalanmayıb”.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
09 Avqust 16:34
Dünya
09 Avqust 16:18
Siyasət
09 Avqust 16:00
İdman
09 Avqust 15:56
İqtisadiyyat
09 Avqust 15:23
Maraqlı
09 Avqust 14:50
İdman
09 Avqust 14:35
Dünya
09 Avqust 13:42
Maraqlı
09 Avqust 13:16
Yeni texnologiyalar
09 Avqust 12:34
Dünya
09 Avqust 12:19
Hadisə
09 Avqust 11:52
Dünya
09 Avqust 11:30
Hadisə
09 Avqust 10:45
İdman
09 Avqust 10:17
Hadisə
09 Avqust 09:59
Dünya
09 Avqust 09:25
Dünya
09 Avqust 08:50
Siyasət
09 Avqust 08:33
Dünya
09 Avqust 08:03
Siyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19
Dünya
07 Avqust 13:50
Siyasət
07 Avqust 13:28
Gündəm
07 Avqust 13:27
Siyasət
07 Avqust 13:26
Siyasət
07 Avqust 13:25
Dünya
07 Avqust 13:25
Siyasət
07 Avqust 13:23

