Prezident İlham Əliyev: Biz dünyaya açığıq və eyni zamanda, öz milli dəyərlərimizi qoruyuruq
01.05.2018 [09:19]
“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 58-ci kitabı çapdan çıxıb
Bizim sərvətimiz bizim müxtəlifliyimizdədir, bizim sərvətimiz bizim birliyimizdədir. Azərbaycanda yaşayan hər bir xalqın, hər bir dinin nümayəndəsinin hüquqları lazımi şəkildə qorunur. Azərbaycan bizim vətənimizdir, biz hamımız Azərbaycan vətəndaşlarıyıq və milli müxtəliflik, bir daha demək istəyirəm ki, bizim böyük sərvətimizdir. Bu, gözəl sözlər deyil, reallıqdır. Hər bir vətəndaş, xüsusilə çoxmillətli bölgələrdə yaşayan vətəndaşlar bu gözəl dinamikanı saxlamalıdırlar, bu reallıqları düzgün qiymətləndirməlidirlər və öz fəaliyyətləri ilə ümumi işimizə töhfə verməlidirlər.
Bir daha demək istəyirəm ki, bu gün Azərbaycan milli və dini problemlərin həlli işində nümunə ölkədir. Azərbaycanda keçirilən mötəbər beynəlxalq tədbirlər, bu tədbirlərdə səslənən fikirlər, o cümlədən dünya şöhrətli alimlərin, Nobel mükafatçılarının çıxışlarında səslənən fikirlər dediyim sözləri təsdiq edir. Biz dünyaya açığıq və eyni zamanda, öz milli dəyərlərimizi qoruyuruq. Biz ümumbəşəri dəyərləri bölüşürük, ancaq bizim üçün əsas milli dəyərlərdir, bizim dəyərlərimizdir. Bu dəyərlər üzərində müasir, müstəqil dövlət qurulmuşdur və bu dövlət gündən-günə güclənir.
AZƏRTAC xəbər verir ki, “İnkişaf - məqsədimizdir” çoxcildliyinin 58-ci kitabında yer alan bu fikirlər Azərbaycan Respublikası Prezidentinin 2013-cü il avqustun 17-də Balakən rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündəki çıxışından götürülüb.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu çoxcildliyin 58-ci kitabındakı materiallar 2013-cü ilin iyulundan sentyabrınadək olan dövrü əhatə edir. Bu kitab dövlətimizin başçısının Kazanda keçirilən XXVII Ümumdünya Yay Universiadasının qalibləri, mükafatçıları, onların məşqçiləri və respublikanın idman mütəxəssisləri ilə görüşünə dair informasiya ilə başlayır.
Kitaba Rusiya Federasiyası Prezidentinin və İtaliya Respublikası Baş nazirinin ölkəmizə səfərləri zamanı Azərbaycan Prezidentinin onlarla apardığı danışıqlara, mətbuata bəyanatlarına, imzalanan sənədlərə dair informasiyalar daxil edilib. Bu cilddə, həmçinin Qəbələdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının III Zirvə toplantısında dövlətimizin başçısının çıxışlarının mətnləri, türkdilli dövlətlərin rəhbərləri ilə görüşlərinə dair materiallar yer alıb. Azərbaycan Prezidenti bütün görüş və danışıqlarda diqqəti Ermənistanın işğalçılıq siyasətinə yönəldib, dünya ictimaiyyətini Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həllinə dəstək verməyə çağırıb.
Kitabda dövlətimizin başçısının Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu Məzunları Assosiasiyasının “MGİMO Journal” nəşrinə müsahibəsinin mətni də yer alıb.
Bu cilddə Prezident İlham Əliyevin Kürdəmir, İsmayıllı, Oğuz, Şəki, Qəbələ, Qax, Balakən, Zaqatala, Sabirabad, Saatlı, Ağcabədi, Salyan, Biləsuvar, Cəlilabad, Yardımlı, Masallı, Astara və Lənkəran rayonlarına səfərləri zamanı yeni mədəniyyət, təhsil və sənaye müəssisələrinin, infrastruktur obyektlərinin açılışlarında iştirakı, bölgələrdə ictimaiyyət nümayəndələri ilə görüşlərinə dair çoxsaylı materiallar toplanıb.
Kitaba “Qeydlər”, “Şəxsi adlar”, “Coğrafi adlar” göstəriciləri də daxil edilib.
“Azərnəşr” tərəfindən buraxılan 58-ci kitabın hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) materiallarından istifadə olunub.
Xəbər lenti
Hamısına baxElanlar
29 Sentyabr 16:02
İqtisadiyyat
29 Sentyabr 15:56
Elanlar
29 Sentyabr 15:47
Mədəniyyət
29 Sentyabr 15:32
İdman
29 Sentyabr 14:44
Gündəm
29 Sentyabr 14:24
Dünya
29 Sentyabr 14:22
Dünya
29 Sentyabr 13:25
Sosial
29 Sentyabr 13:13
İqtisadiyyat
29 Sentyabr 13:08
Sosial
29 Sentyabr 12:28
Gündəm
29 Sentyabr 12:26
Sosial
29 Sentyabr 12:26
Hadisə
29 Sentyabr 12:25
Gündəm
29 Sentyabr 12:15
YAP xəbərləri
29 Sentyabr 12:10
Gündəm
29 Sentyabr 11:59
Dünya
29 Sentyabr 11:55
Siyasət
29 Sentyabr 11:35
YAP xəbərləri
29 Sentyabr 11:18
Dünya
29 Sentyabr 11:16
Dünya
29 Sentyabr 11:13
YAP xəbərləri
29 Sentyabr 11:12
Sosial
29 Sentyabr 11:10
Elanlar
29 Sentyabr 11:09
Siyasət
29 Sentyabr 10:58
İqtisadiyyat
29 Sentyabr 10:50
Elanlar
29 Sentyabr 10:35
Hadisə
29 Sentyabr 10:30
Sosial
29 Sentyabr 10:27
Dünya
29 Sentyabr 10:25
Gündəm
29 Sentyabr 10:24
Dünya
29 Sentyabr 10:22
İqtisadiyyat
29 Sentyabr 10:18
İqtisadiyyat
29 Sentyabr 10:17
Analitik
29 Sentyabr 09:45
Analitik
29 Sentyabr 09:17
Sosial
29 Sentyabr 08:50
Turizm
29 Sentyabr 08:34
İqtisadiyyat
28 Sentyabr 23:35
Dünya
28 Sentyabr 23:12
Elm
28 Sentyabr 22:40
Dünya
28 Sentyabr 22:18
Dünya
28 Sentyabr 21:56
Dünya
28 Sentyabr 21:29
Dünya
28 Sentyabr 20:45
Dünya
28 Sentyabr 20:32
Dünya
28 Sentyabr 20:17
Dünya
28 Sentyabr 19:50
Dünya
28 Sentyabr 19:24
Dünya
28 Sentyabr 19:09
Sosial
28 Sentyabr 18:37
Sosial
28 Sentyabr 18:35
Sosial
28 Sentyabr 18:34
Dünya
28 Sentyabr 18:16
İdman
28 Sentyabr 18:11
Siyasət
28 Sentyabr 17:39
Dünya
28 Sentyabr 17:31
Dünya
28 Sentyabr 17:22
YAP xəbərləri
28 Sentyabr 16:40
Dünya
28 Sentyabr 16:31
YAP xəbərləri
28 Sentyabr 16:23
Xəbər lenti
28 Sentyabr 16:12
Elanlar
28 Sentyabr 15:59
Sosial
28 Sentyabr 15:30
Dünya
28 Sentyabr 15:19
Elanlar
28 Sentyabr 15:16
Sosial
28 Sentyabr 14:31
Dünya
28 Sentyabr 14:25
Din
28 Sentyabr 14:03

