Milli Məclisin növbəti plenar iclası keçirilib
02.05.2018 [09:26]
Mayın 1-də Milli Məclisin yaz sessiyasının növbəti iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclası açan Milli Məclisin sədri Oqtay Əsədov iclasda 33 məsələnin müzakirə olunacağını bildirib.
Əvvəlcə Azərbaycan Respublikası Milli Məclisi komitələrinin yeni üzvlərinin seçilməsi haqqında məsələyə baxılıb. Deputatlar Azər Badamov və Eldəniz Səlimov Gənclər və idman komitəsinə, Hüseynbala Mirələmov isə Mədəniyyət komitəsinə üzv seçiliblər.
Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Azərbaycan Respublikası Dövlət Bayrağının təsvirinin təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikası Dövlət Gerbinin təsvirinin təsdiq edilməsi haqqında” və “Azərbaycan Respublikası Dövlət Himninin musiqisinin və mətninin təsdiq edilməsi haqqında” Konstitusiya qanunlarının layihəsi barədə məlumat verib. Bildirib ki, 1995-ci ildə Konstitusiyamız qəbul edilərkən orada dövlət rəmzlərimiz də öz əksini tapıb. Konstitusiyanın tələbinə görə dövlət rəmzləri məhz Konstitusiya qanunu ilə müəyyən edilməlidir.
Məlumat dinlənildikdən sonra hər üç qanun səsə qoyularaq (birinci səsvermə) təsdiqlənib.
Sonra deputatlar “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Qanuna təklif olunan dəyişikliyi müzakirə ediblər. Bildirilib ki, bu medal müstəqil Azərbaycanın ən ali atributlarını özündə əks etdirir.
Çıxış edən Milli Məclis sədrinin müavini Bahar Muradova “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalının təsis edilməsinə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib. Diqqətə çatdırıb ki, Milli Məclis də Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin keçirilməsinə hazırlaşır. Sədr müavini məlumat verib ki, Milli Məclisin sədri Oqtay Əsədovun tapşırığı ilə yubileyə hazırlıq üzrə xüsusi qrup yaradılıb. Bu qrup artıq hazırlıq işlərinə başlayıb. Həmçinin Azərbaycan parlamentinin yaradılmasının 100 illiyi ilə bağlı yubiley medalının da təsis edilməsi istiqamətində iş gedir.
Deputatlar bu məsələni də səsə qoyaraq qəbul ediblər.
İclasda “Azərbaycan Respublikasının “Şərəf” və “Dostluq” ordenlərinin təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa təklif olunan texniki dəyişiklik də təsdiq edilib.
Yuxarıda sadalanan məsələlərin müzakirəsində çıxış edən deputatlar Rafael Hüseynov, Fazil Mustafa, Zahid Oruc, Əflatun Amaşov, Siyavuş Novruzov, Aydın Mirzəzadə, Fərəc Quliyev, Araz Əlizadə layihələr barədə fikirlərini söyləyib, qeyd və təkliflərini veriblər.
Sonra çıxış edən Milli Məclis sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov bildirib ki, gündəlikdəki növbəti 16 məsələ “Hərbi vəziyyət haqqında” Qanunun tətbiqi ilə əlaqədardır və uyğunlaşdırma xarakteri daşıyır.
Deputatlar Qüdrət Həsənquliyev və Çingiz Qənizadənin fikirləri dinlənildikdən sonra sözügedən 16 qanuna - İnzibati Xətalar, Cinayət, Əmək, Miqrasiya məcəllələrinə, həmçinin “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında”, “Siyasi partiyalar haqqında”, “Həmkarlar ittifaqları haqqında”, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında”, “Telekommunikasiya haqqında”, “Xidməti və mülki silah haqqında”, “Üzümçülük və şərabçılıq haqqında”, “Sərbəst toplaşmaq azadlığı haqqında”, “Yol hərəkəti haqqında”, “Kütləvi informasiya vasitələri haqqında”, “Televiziya və radio yayımı haqqında” və “Müdafiə haqqında” qanunlara dəyişikliklər edilib.
Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli İnzibati Xətalar, Cinayət-Prosessual, İnzibati Prosessual və Mülki Prosessual məcəllələrə təklif olunan dəyişiklikləri diqqətə çatdırıb. Bildirib ki, bu dəyişikliklər qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə edilir və məhkəmə sisteminin daha da inkişafını özündə ehtiva edir.
Milli Məclisin deputatları dəyişiklikləri səsə qoyaraq qəbul ediblər.
Məlumat verilib ki, “Dövlət qulluğu haqqında” Qanuna təklif edilən dəyişikliklər isə qanunvericilikdəki bəzi ziddiyyətli məqamların aradan qaldırılması üçündür. Bu dəyişikliklər də səsə qoyularaq təsdiqlənib.
Qeyd olunub ki, cəzaların humanistləşdirilməsi və azadlığın məhdudlaşdırılması cəza növünün tətbiqi ilə əlaqədar olaraq Cəzaların İcrası, Cinayət-Prosessual, İnzibati Xətalar məcəllələrinə, həmçinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” və “Narkoloji xidmət və nəzarət haqqında” qanunlara dəyişikliklər edilməsi təklif olunur.
Deputatlar bu dəyişiklikləri də təsdiqləyiblər.
İclasda “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” qanun layihəsi də birinci oxunuşda müzakirə olunub.
Layihə barədə məlumat verən Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini Kamran Nəbizadə bildirib ki, bu qanun ətraf mühitə təsirin qiymətləndirilməsi prosesinin hüquqi, iqtisadi, təşkilati əsaslarını müəyyən edəcək, bu sahədə yaranan münasibətləri tənzimləyəcək.
Milli Məclisin komitə sədri Eldar İbrahimovun layihə barədə fikirləri dinlənildikdən sonra deputatlar qanun layihəsini birinci oxunuşda səsə qoyaraq konseptual baxımdan qəbul ediblər.
Bununla da Milli Məclisin iclası başa çatıb.
Xəbər lenti
Hamısına baxDünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39

