“Con Batçelor Şou”: Tərtər rayonundan reportaj
16.08.2018 [08:56]
Amerika Birləşmiş Ştatlarının geniş dinləyici auditoriyasına malik olan “Con Batçelor Şou” radioverilişinin aparıcısı Con Batçelor Azərbaycana səfəri çərçivəsində Tərtər rayonunun Qapanlı kəndindən reportaj hazırlayıb.
AZƏRTAC xəbər verir ki, məşhur amerikalı aparıcını cəbhə xəttinə yaxın rayona səfər zamanı Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov və Azərbaycan Silahlı Qüvvələrinin generalı Hikmət Həsənov müşayiət ediblər.
Reportajın əvvəlində Con Batçelor deyib ki, o, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumata malik deyil və təmas xəttində baş verənləri, burada yaşayan insanlara dəyən zərəri görmək onda böyük narahatlıq doğurub.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Qapanlı kəndinin təmas xəttinə ən yaxın yer olduğunu deyib. “Hazırda dayandığımız yerdən düşmən səngərinədək təxminən 200-250 metr məsafə var. Lakin buna baxmayaraq, yolboyu gördünüz ki, kənddə demək olar boş torpaq yoxdur, burada yaşayan insanlar əkib-becərirlər. Tərtər kənd təsərrüfatı rayonudur və burada bütün əhali kənd təsərrüfatı məhsulları yetişdirməklə gündəlik tələbatlarını təmin edirlər”, - deyə M.Məmmədov əlavə edib.
Con Batçelor 2016-cı ilin Aprel döyüşlərinə toxunaraq bu ərazinin cəbhə xəttinə çox yaxın olduğu üçün o cür hadisələrin hər an yenidən yaşana biləcəyini düşünməyin narahatlıq doğurduğunu deyib.
General Hikmət Həsənov cəbhə xəttindəki vəziyyətlə bağlı məlumat verərək bildirib ki, əsas tapşırığımız cəbhəboyu müdafiənin dayanıqlılığını, həmçinin təmas xəttinə yaxın yerləşən yaşayış yerlərini düşmən hücumlarından qorumaq, düşmənin istənilən təxribat və təhdidinin qarşısını almaqdır. General Ermənistan-Azərbaycan münaqişəsinin dondurulmuş münaqişə olmadığını qeyd edib. Bildirib ki, erməni silahlı qüvvələri tez-tez atəşkəsi pozur və müharibə istənilən zaman yenidən alovlana bilər. “Lakin bu gün Azərbaycan Ordusu düşmənin istənilən təhdidinin və hücumunun qarşısını almaq iqtidarındadır”, - deyə Hikmət Həsənov vurğulayıb.
Müstəqim Məmmədov rayonda kənd təsərrüfatının inkişafı sahəsində görülən işlərdən danışaraq deyib: “Əvvəla qeyd edim ki, biz əhaliyə suyu artezian quyularından verməyə məcburuq. Tərtərin 31600 hektar ərazisi var. May ayının sonundan noyabr ayının ilk ongünlüyünə qədər erməni işğalçıları suyu tamamilə kəsir. Biz torpaqlarımızı ancaq artezianlar vasitəsilə suvara bilirik və bu da əhalimizin yetişdirdiyi məhsulların hamısını suvarmağa çatmır. Əgər bizim Tərtər çayından suyumuz gəlsə, məhsuldarlığımız indikindən daha yaxşı olar və bu da kənd zəhmətkeşlərinin firavanlığının daha yaxşı olmasına şərait yaradar. Lakin siz özünüz də bayaq gördünüz ki, Tərtər çayında bir qram da su yoxdur”.
M.Məmmədov, həmçinin 2016-cı ilin Aprel döyüşlərindən danışıb. Bildirib ki, bu döyüşlərdən dərhal sonra Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva buraya gəldilər. Dövlətimizin başçısı dağıdılmış 256 evin bərpa olunması tapşırığını verdi və onlar hamısı yenidən tikildi. İki məktəb binası da dağılmışdı, onlar da yenidən tikildi və bərpa olundu. Lakin əsas narahatlığımız ondan ibarətdir ki, mülki şəxslər hər gün ermənilərin hücumuna məruz qalırlar. Gündəlik təsərrüfatda işlədikləri zaman erməni silahlı qüvvələri onlara atəş açır. Yəni, bizim əsas narahatlığımız ondadır ki, burada mülki əhali hücuma məruz qalır. Lakin əgər Aprel hadisələri bir daha təkrarlansa, insanlar öz torpaqlarını qorumaq üçün silaha sarılıb döyüşməyə hazırdırlar. Bu gün bütün Tərtər əhalisi, ümumiyyətlə, bütün Azərbaycan xalqı bilir ki, Azərbaycanın işi haqq işidir. İşğal olunmuş torpaqlar bizim dədə-baba torpaqlarımızdır və biz bu torpaqları geri qaytarmağa həmişə hazır olmalıyıq.
Qeyd edək ki, ABŞ-ın məşhur və geniş auditoriyaya malik olan “Con Batçelor Şou” radioverilişinin aparıcısı Con Batçelor iyulun 29-dan avqustun 4-dək Azərbaycanda səfərdə olub və silsilə verilişlər hazırlayıb.
Xəbər lenti
Hamısına baxDünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32

