Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Naxçıvanda bələdiyyə seçkilərinə hazırlıq yüksək səviyyədədir

Naxçıvanda bələdiyyə seçkilərinə hazırlıq yüksək səviyyədədir

22.10.2009 [10:31]

Naxçıvan MR Mərkəzi Seçki Komissiyasının sədrı Məhərrəm Qasımovdan aldığımız məlumata görə, muxtar respublika ərazisində fəaliyyət göstərən 7 dairə seçki komissiyasının və 292 məntəqə seçki komissiyasının komplektləşməsi işi tam başa çatdırılıb. Komissiyalarda fəaliyyət göstərənlərin 56 faizini gənclər, 60 faizini ali təhsillilər, 25 faizini isə qadınlar təşkil edir. 292 seçki məntəqəsinin 242-si, yəni 83 faizi yeni tikilmiş və ya əsaslı təmir olunmuş binalarda fəaliyyət göstərir. Bunun 200-ü Təhsil, 40-ı Mədəniyyət, 14-ü Səhiyyə nazirliklərinin balansında olan binalarda, 38-i isə digər inzibati binalarda yerləşir. Seçki məntəqələri yerləşən binalarda seçki komissiyalarının ixtiyarına lazım olan sayda otaq verilmişdir. Binaların foyesində seçicilərin səs vermələri üçün hər cür şərait yaradılmış, otaqlar inventar və avadanlıqla təmin olunub. Seçki məntəqələri komissiya üzvləri ilə yanaşı, müşahidəçilərin, səlahiyyətli nümayəndələrin, vəkillərin və KİV nümayəndələrinin normal işləmələri üçün lazım olan sayda stul və stolla təmin olunublar.

Paylaş:
Baxılıb: 987 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Siyasət

Analitik

Sosial

Görünməz təhlükə!

29 Oktyabr 08:56

MEDİA

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31