Azərbaycanda dini dözümlülük və tolerantlıq yüksək səviyyədədir
29.10.2009 [10:05]
ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın tələbi ilə yenidən hakimiyyətə gəlişindən sonra müasirliklə mənəvi dəyərlərin vəhdəti dövlətin təməl bazasında birləşdirildi. Və mürəkkəb, ziddiyyətli proseslərin fonunda çoxmillətli ölkə olan Azərbaycanda bütün xalqların, həmçinin, dini icmaların bərabərhüquqlu olması Konstitusiya ilə tənzimləndi. Bu mövqe xalqımızın əsrlərlə formalaşdırdığı tolerantlıq ruhu və tələbləri ilə səsləşən prinsipləri özündə əks etdirirdi. ölkədə vətəndaş cəmiyyətinin formalaşdırılması, vətəndaş birliyinə nail olunması üçün bu prioritet olduqca böyük önəmə malik idi.
Azərbaycan Respublikası hər zaman fərqli dinlərin daşıyıcılarının, həmçinin, müxtəlif xalqların qardaşlıq zəminində yaşadığı ərazi olub. ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurla davam etdirdiyi bu siyasi kurs 1993-cü ildən sonra ölkədə sabitliyin əldə olunmasına, bütün dinlərin daşıyıcılarının sərbəst şəkildə öz inanclarına etiqad etməsinə şərait yaradıb. ümummilli liderimiz Heydər Əliyevin şah əsəri sayılan Azərbaycan Konstitusiyasında dinindən, dilindən asılı olmayaraq, bütün vətəndaşların qanun qarşısında bərabər hüquqlarının təsbit olunması Azərbaycandakı tolerantlığın bariz sübutu idi.
Müstəqillik əldə olunan zaman Azərbaycanda 20-yə yaxın məscid fəaliyyət göstərirdisə, Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə yeni məscidlərin tikilməsinə, bərpasına, dini inanc məkanlarının-ocaqların bərpasına start verildi. Bu Azərbaycanın dövlət səviyyəsində İslam dininə münasibətini nümayiş etdirdi.
Müasir Azərbaycanda dövlət-din münasibətləri modeli çərçivəsində bütün dini konfessiyalar qanun qarşısında bərabərdir və eyni statusa malikdir. ölkə vətəndaşlarının əksəriyyətini təşkil edən müsəlmanların hüquqlarının təmin olunması ilə yanaşı, dövlət respublikada yayılan digər dinlərə də qayğı göstərir. 1920-ci ildə bağlanmış Jen Mironosets baş kilsəsinin binası Azərbaycan müstəqillik əldə etdikdən sonra Rus Pravoslav Kilsəsinə verildi. 2001-ci ildə Azərbaycanda səfərdə olan Moskvanın və bütün Rusiyanın keçmiş Patriarxı, mərhum II Aleksiy bu məbədi müqəddəs elan etdi və ona baş kafedral kilsə statusu verdi.
Respublikanın katolik icması da hər zaman dövlət qayğısını öz üzərində hiss edir. 2000-ci ildə dini ayinlərin yerinə yetirilməsi üçün icmaya xüsusi bina verildi və bu bina kiçik kilsəyə çevrildi. Hazırda respublikamızın paytaxtında layihəsi Vatikan ilə razılaşdırılan katolik kilsəsi inşa edilib ki, o, xarici görkəminə görə, əvvəllər Bakıda olan katolik kilsəsinə bənzəyir.
Respublikada qədim ənənələrə malik olan yəhudi icmasının mədəni irsi də Azərbaycan dövlətinin qayğısı ilə əhatə olunur. Məhz Ulu öndər Heydər Əliyevin şəxsi səyi ilə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində ibrani bölməsi açılıb, Azərbaycan Milli Elmlər Akademiyasının Etnoqrafiya İnstitutu isə Rusiyanın yəhudi mədəniyyətinin qorunması və inkişafı fondu ilə birgə “Yəhudilər Azərbaycanda” kitabını hazırlayıb. Bundan başqa, 2001-ci ilin aprel ayında Azərbaycan Milli Elmlər Akademiyasında “Qafqazın dağ yəhudiləri” mövzusunda beynəlxalq seminar keçirilib.
ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu tolerantlıq siyasəti bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ulu öndər Heydər Əliyevin yürütdüyü siyasi kursun davamçısı olaraq, Prezident İlham Əliyev də Azərbaycanda tolerantlığın inkişafına xüsusi olaraq qayğı göstərir. Dövlət başçısı dini bayramların qeyd olunması, müqəddəs məkanlara ziyarət problemlərinin ortadan qaldırılması istiqamətində bir sıra mühüm addımlar atıb. Artıq hər il Azərbaycandan minlərlə zəvvar müqəddəs Kəbəni, Məkkəni, Mədinəni ziyarət edə bilir. Bundan başqa, Prezident İlham Əliyevin şəxsi təşəbbüsü ilə Təzəpir məscidi, Əjdərbəy (Cümə) məscidi əsaslı təmir olunub, dindarların ixtiyarına verilib. ölkəmizdə tolerantlığın vəziyyətinə toxunan Prezident İlham Əliyev deyib: “Azərbaycan vətəndaşları çox dözümlüdürlər, çox tolerantdırlar. Azərbaycanda yaşayan bütün xalqlar, bütün dinlərin nümayəndələri özlərini çox rahat hiss edirlər. Mən bunu bilirəm, çünki milli azlıqların yaşadıqları bölgələrdə tez-tez oluram, onların vəziyyəti ilə maraqlanıram, lazımi göstərişləri verirəm və elə etmək istəyirəm ki, Azərbaycanda yaşayan bütün insanlar millətindən, dinindən asılı olmayaraq, özlərini yaxşı, rahat hiss etsinlər”.
Beləliklə, məhz bunun nəticəsidir ki, Azərbaycan hər zaman tolerant ölkə nümunəsi kimi bütün dünyaya təqdim olunur. ABŞ Dövlət Departamentinin demokratiya, insan hüquqları və əmək məsələləri bürosunun dünyada dini vəziyyətlə bağlı yaydığı hesabat da bunu təsdiqləyir. Hesabatda Azərbaycan hökumətinin ölkədə dini tolerantlığı fəal şəkildə dəstəklədiyi qeyd olunur. Hesabatın Azərbaycanla bağlı hissəsində deyilir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ötən il 103 dini icmanı qeydiyyata alıb. Komitənin məlumatına görə, heç bir icmanın qeydiyyata alınmamasından imtina olunmayıb. 2008-ci ildə dini icmaların sayı 534 olub. Hökumət vətəndaşların dini azadlığına və tolerantlığa hörmətlə yanaşır.
Dövlət Departamentinin sənədində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dini vəziyyətə təsirinə də toxunulub. Qeyd olunub ki, ermənilərin işğal altında saxladığı Azərbaycan ərazilərindən azərbaycanlılar qovulub, məscidlərin bir qismi dağıdılıb, bir qismi isə fəaliyyətini dayandırıb.
Pərviz SADAYOÄžLU
Xəbər lenti
Hamısına baxSiyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43
Dünya
30 İyun 16:19
Dünya
30 İyun 15:48
Xəbər lenti
30 İyun 15:44
Sosial
30 İyun 15:37
Mədəniyyət
30 İyun 15:36
Elm
30 İyun 15:35
Dünya
30 İyun 15:23
Mədəniyyət
30 İyun 15:17
Elanlar
30 İyun 14:53
Siyasət
30 İyun 14:30
Dünya
30 İyun 14:07
Dünya
30 İyun 13:42
Dünya
30 İyun 13:16
Dünya
30 İyun 12:58
Elm
30 İyun 12:42
Dünya
30 İyun 12:20
Elm
30 İyun 12:09
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | |||
| 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 |
| 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
| 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
| 26 | 27 | 28 | 29 | 30 | 31 |

