/ / Avropa Parlamentində qəbul edilmiş məlum “qətnamə” heç bir hüquqi qüvvəyə malik deyil və Azərbaycana qarşı “qara piar” kampaniyasının tərkib hissəsidir
Avropa Parlamentində qəbul edilmiş məlum “qətnamə” heç bir hüquqi qüvvəyə malik deyil və Azərbaycana qarşı “qara piar” kampaniyasının tərkib hissəsidir
19.01.2019 [10:21]
Ekspertlər qeyd edirlər ki, bəhs olunan qurumda ölkəmizlə əlaqədar aparılmış müzakirələr və qəbul olunmuş “qətnamə” Avropada erməni diasporu, ermənipərəst dairələr və anti-Azərbaycan qüvvələr tərəfindən təşkil olunmuş qərəzli şoudur
Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycan bütün azadlıqların təmin edildiyi müasir demokratik ölkə və etibarlı tərəfdaş kimi tanınır, ölkəmizin beynəlxalq nüfuzu davamlı olaraq artır. Bununla yanaşı, milli maraqlara uyğun olaraq reallaşdırılan xarici siyasət sayəsində ölkəmiz həm ikitərəfli münasibətlərini, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini uğurla davam etdirir. Başqa sözlə, Azərbaycan beynəlxalq təşkilatlarla uğurla əməkdaşlıq edir, öz milli maraqlarına uyğun və qarşılıqlı maraq kəsb edən məsələlərin gündəmə çıxarılması, müzakirə olunması və müvafiq qərarlar qəbul edilməsini dəstəkləyir.
Bununla belə, çox təəssüflər olsun ki, kənar qüvvələrin təsiri altında bəzi təşkilatlarda Azərbaycana qarşı qeyri-obyektiv və qərəzli münasibət nümayiş etdirilir. Məsələn, Avropa Şurasında müəyyən ermənipərəst, “sorosçu” qruplar davamlı şəkildə Azərbaycana qarşı hücumlar təşkil edir, ölkəmizə qarşı “qara piar” kampaniyası aparırlar. Belə qərəzli münasibət Avropa Parlamentində (AP) xroniki xarakter alıb. Məhz yanvarın 17-də Avropa Parlamenti tərəfindən qəbul olunmuş “Mehman Hüseynovla bağlı təcili qətnamə” də bu kampaniyanın tərkib hissəsidir.
Bu məqamda qeyd etmək yerinə düşər ki, “qətnamə”nin həmmüəlliflərindən biri AP üzvü, Avronest Parlament Assambleyasının həmsədri Rebekka Harms (Almaniya, Yaşıllar qrupu) Sorosun təsiri altında olan şəxsdir və özü də bunu açıq şəkildə etiraf edir. Onun Sorosla sosial şəbəkələrdə çoxsaylı şəkilləri mövcuddur. Sözügedən “qətnamə”nin müzakirələrində ilk çıxış edən R.Harms məsələ ilə bağlı azərbaycanlı həmkarları ilə təmaslar qurmağa çalışdığını iddia edib. Lakin AP-də keçirilən təcili dinləmələr ilə bağlı qurum tərəfindən nə Milli Məclisə, nə Azərbaycan Xarici İşlər Nazirliyinə, nə də Azərbaycanın Brüsseldəki səfirliyinə hər hansı müraciətin daxil olmadığı bildirilir. Əlbəttə, bu “qətnamə” Mehman Hüseynov amilindən istifadə edərək və qəsdən məsələni şişirdərək Azərbaycana qarşı planlaşdırılan məkrli ssenarinin uğursuz nəticəsidir.
Digər nüans ondan ibarətdir ki, M.Hüseynovun qardaşı Emin Hüseynov qətnamə üzrə səsvermədən az öncə AP üzvlərinə təlaş içində elektron məktub ünvanlayıb. Məktubunda komissar Malstromun çıxışında M.Hüseynovun aclıq aksiyası keçirmədiyi sözlərindən böyük peşmanlıq çəkdiyi hiss edilən E.Hüseynov özü bunu “şok oldum” kimi yazır. Görəsən, o, yüksək səviyyəli Aİ rəsmisinin həqiqəti dilə gətirəcəyini gözləmədiyi üçün şok keçirib, yoxsa Mehman Hüseynovun əldə olunmuş razılığa əməl etməməsindən dərin məyusluq duyub?! Strasburqa AP üzvləri ilə görüşlər keçirərək hər kəsi sifariş əsasında qurduqları şouya inandırmağa çalışan Emin Hüseynovun səsvermə öncəsi deputatlara isterik şəkildə yazdığı müraciət bir daha bu reallığı aşkar edir: bu şəxsi qardaşı Mehman Hüseynovun taleyi maraqlandırmır. Sadəcə olaraq, o, bu oyun vasitəsilə əldə edəcəyi şəxsi maraqlarını güdür və onun havadarlarının sifariş etdiyi musiqini ifa edir.
Bütövlükdə, Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi qətnamə qərəzli və qeyri-obyektivdir. Bu məqamda xüsusi olaraq vurğulamaq gərəkdir ki, hələ 2015-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa Parlamentinin Azərbaycan ilə bağlı qəbul etdiyi digər bir qərəzli qətnamə haqqında “Bir neçə gün bundan əvvəl Avropa Parlamenti Azərbaycan ilə bağlı qətnamə qəbul etmişdir. Deyə bilərəm ki, bu qətnamə tamamilə əsassızdır, yalan, böhtan, qərəzli münasibət üzərində qurulmuş bir siyasi təxribatdır. Biz bilirik ki, bunun arxasında hansı qüvvələr dayanır. Bu qüvvələr bundan əvvəl dəfələrlə Azərbaycana qarşı əsassız ittihamlar irəli sürmüşlər, bizi şantaj etmişlər. Onların yeganə məqsədi ondan ibarətdir ki, inkişafda olan, müasir, müstəqil siyasət aparan, tolerant, multikulturalizmin məkanı olan Azərbaycanı ləkələsinlər, gözdən salsınlar və Avropada Azərbaycan haqqında yanlış, tamamilə həqiqətə zidd bir rəy yaratsınlar. Burada, əlbəttə ki, biz erməni lobbisinin rolunu da görürük və hesab edirəm ki, Avropanın müvafiq hüquq-mühafizə orqanları Avropa Parlamentinin bəzi üzvləri ilə erməni lobbiçiləri arasındakı gizli əlaqələri də araşdırsalar, pis olmaz”, - deyə qeyd etmişdi.
Nəticə etibarilə, ekspertlərin də qeyd etdikləri kimi, Avropa Parlamentində Azərbaycanla bağlı aparılmış müzakirələr və qəbul olunmuş “qətnamə” Avropada erməni diasporu, ermənipərəst dairələr və anti-Azərbaycan qüvvələr tərəfindən təşkil olunmuş qərəzli şoudur. Yeri gəlmişkən, məsələyə münasibət bildirən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva deyib ki, Azərbaycanın öz inkişafına görə regionun lider dövləti olması, nüfuzlu beynəlxalq tədbirlərin keçirildiyi mərkəz kimi tanınması, həmçinin müstəqil siyasət həyata keçirməsi xaricdəki ermənipərəst, anti-Azərbaycan dairələri ciddi narahat edir. Onun sözlərinə görə, bunu həzm edə bilməyən, ölkəmizin uğurlarına qısqanclıqla yanaşan həmin dairələr Azərbaycanı müstəqil inkişaf yolundan sapdırmaq üçün hər cür vasitələrə əl atırlar: “Yanvarın 17-də Avropa Parlamenti (AP) tərəfindən qəbul olunmuş təcili “qətnamə” də bu kampaniyanın tərkib hissəsidir. Azərbaycanla Avropa İttifaqı arasında fəal tərəfdaşlıq əlaqələri mövcuddur və bu əlaqələr davamlı olaraq inkişaf edir. Avropa Parlamentində Azərbaycanla bağlı dinləmələr və qəbul olunmuş “qətnamə” ölkəmizin Avropa İttifaqı ilə münasibətlərinin ruhuna ziddir”.
Sözügedən “qətnamə”nin qeyri-obyektiv və qərəzli olduğunu deyən komitə sədrinin müavini söyləyib ki, bu tədbiri təşkil edənlər anti-Azərbaycan qüvvələrdir: “Çünki bu qüvvələr Azərbaycanın beynəlxalq nüfuzuna kölgə salmağa çalışırlar. Qəbul olunmuş “qətnamə” Mehman Hüseynov məsələsindən istifadə edərək və bu məsələni qəsdən şişirdərək Azərbaycana qarşı planlaşdırılan məkrli ssenarinin uğursuz nəticəsidir. “Sənəd”in müəlliflərindən biri olan Avropa Parlamentinin üzvü, eyni zamanda, Avronest Parlament Assambleyasının həmsədri Rebekka Harms məsələ ilə bağlı guya azərbaycanlı həmkarları ilə təmaslar qurmağa çalışdığını iddia edib. Amma bu iddianın heç bir əsası yoxdur”.
“Bütövlükdə, Avropa Parlamentinin ölkəmizə qarşı qəbul etdiyi “qətnamə” ermənipərəst və anti-Azərbaycan dairələrin sinxron fəaliyyətinin məhsuludur. Bu cür təxribatçı cəhdlər və manipulyasiya xarakterli səylər dəfələrlə qeydə alınıb və uğursuzluğa düçar olub. Məqsəd ölkəmizin nüfuzuna zərbə vurmaq, eləcə də Avropa İttifaqı ilə genişlənən münasibətlərə xələl gətirməkdir. Azərbaycan müstəqil siyasət həyata keçirir, ölkəmizin beynəlxalq mövqeyi mütəmadi olaraq möhkəmlənir. Hər hansı bir qurum vasitəsilə ölkəmizə qarşı aparılan təzyiq kampaniyası iflasa məhkumdur. Əgər həmin dairələr saxta iddialarla müstəqil siyasətimizə təsir edəcəklərini düşünürlərsə, tamamilə yanılırlar. Çünki Azərbaycan elə güclü, qüdrətli dövlətdir ki, onunla təzyiq dili ilə danışmaq mümkün deyil”, - deyə Sevinc Fətəliyeva vurğulayıb.
Milli Məclisin deputatı onu da qeyd edib ki, əgər, həqiqətən də, Avropa Parlamentinin dinləmələrdə iştirak edən üzvləri üçün insan haqları amili önəmlidirsə, niyə onlar Azərbaycandakı qaçqın və məcburi köçkünlərin problemlərinə diqqət yetirmirlər: “Məlumdur ki, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində bir milyondan çox insan doğma torpaqlarından didərgin düşüb. Məhz bu işğal səbəbindən insanlar öz torpaqlarında yaşamaq kimi fundamental hüquqlarından məhrum olublar. Avropa Parlamentində insan hüquqlarından danışanlar bu insanların haqlarının bərpa olunması istiqamətində addım atmalıdırlar. Diqqətdən yayınmayan digər bir məqam isə Avropa Parlamentinin qəbul etdiyi bu “qətnamə” barədə ilk məlumatın erməni mətbuatında işıqlandırılmasıdır. Görünür, “qətnamə”nin qəbulunu məhz onlar gözləyirdilər. Beləliklə, bu məsələdə rolu olanların kimliyi bir daha ortaya çıxır: həmin “sənəd”in qəbulu erməni lobbisinin və anti-Azərbaycan dairələrin məkrli planlarının tərkib hissəsidir”.
Milli Məclisin deputatı Rauf Əliyev isə bildirib ki, Azərbaycanın dinamik inkişafı, beynəlxalq mövqeyinin mütəmadi olaraq möhkəmlənməsi anti-Azərbaycan və ermənipərəst dairələr tərəfindən ciddi narahatlıqla qarşılanır, bu səbəbdən həmin dairələr ölkəmizə qarşı qarayaxma kampaniyası aparırlar. Onun sözlərinə görə, Avropa Parlamentinin məlum “qətnamə”si də bunun bariz nümunəsi və tərkib hissəsidir: “Bu “qətnamə” qərəzli və qeyri-obyektivdir. Digər tərəfdən, onun heç bir hüquqi qüvvəsi yoxdur və Azərbaycana qarşı qarayaxma kampaniyasının tərkib hissəsidir. Bu, eyni zamanda, Mehman Hüseynov məsələsindən istifadə edərək Azərbaycana qarşı planlaşdırılan məkrli ssenarinin uğursuz nəticəsidir. Müzakirələrdə iştirak edən Avropa İttiffaqının ən yüksək səviyyəli rəsmisi, Aİ Ticarət Komissarı Sesilia Malstrom çıxışı zamanı Aİ-nin məsələni yaxından izlədiyini və Azərbaycan hökumətinin bu məsələdə əməkdaşlıq etdiyini vurğulayaraq Aİ diplomatik nümayəndələrinin M.Hüseynova baş çəkdiklərini bildirdi və qeyd etdi ki, o, aclıq aksiyasını dayandırıb və səhhətinə ciddi təhlükə yaradan vəziyyət yoxdur”.
“Azərbaycana qarşı zaman-zaman bu cür vasitələrdən istifadə olunduğuna şahidlik etmişik. Həmin dairələr nəzərə almalıdırlar ki, Azərbaycana qarşı “qara piar” kampaniyası hər zaman olduğu kimi iflasa məhkumdur. Azərbaycan ictimaiyyətinə bu cür cəhdlərin arxasında hansı çirkin məqsədlərin durduğu tam aşkardır. Eyni zamanda, müstəqil siyasətini davam etdirən Azərbaycan dinamik inkişaf yolunda əmin addımlarla irəliləyir və bu cür cəhdlərlə ölkəmizi öz yolundan döndərmək mümkün deyil. Azərbaycan öz milli maraqları çərçivəsində istənilən dövlətlə, beynəlxalq təşkilatla bərabərhüquqlu, konstruktiv əməkdaşlıq etməyə hazırdır, lakin heç bir halda təzyiq, diktat metodlarını qəbul etmir və etməyəcək”, - deyə millət vəkili söyləyib.
N.QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11

