/ / Heydər Əliyev Fondunun təşəbbüsü ilə Avropa Parlamentində Azərbaycan mədəniyyəti günləri keçirilir
Heydər Əliyev Fondunun təşəbbüsü ilə Avropa Parlamentində Azərbaycan mədəniyyəti günləri keçirilir
12.11.2009 [10:18]
Avropa Parlamentinin çexiyadan olan vitse-prezidenti Liber Ruçek qonaqları salamlayaraq deyib: “Bugünkü mərasim onu göstərir ki, qədim tarixi olan Azərbaycan zəngin mədəniyyətə və incəsənətə malikdir, müxtəlif sivilizasiyaların kəsişməsində yerləşir. Azərbaycan öz mədəniyyətində müxtəlif sivilizasiyalara məxsus aspektləri əks etdirir. Buraya Yaxın Şərq, rus, yəhudi və digər xalqların mədəniyyət aspektləri daxildir. Azərbaycan xalqının zəngin tarixi, mədəniyyəti və mətbəxi onun yaxın qonşuluq siyasətində mühüm rola malik olmasını sübut edir. Azərbaycan kimi vacib bir ölkə ilə hərtərəfli - istər siyasət aləmində, istər iqtisadi, istərsə də ilk növbədə Avropanın bu gün bir nömrəli probleminə çevrilmiş enerji təhlükəsizliyinin təminatı və digər sahələrdə hərtərəfli əməkdaşlığı inkişaf etdirmək Avropa İttifaqı üçün zəruridir. Biz Azərbaycan ilə Avropa İttifaqı arasında sıx əməkdaşlıq və dostluq səviyyəsinə nail olmaq istəyirik. 27 Avropa ölkəsini öz ətrafında birləşdirən Avropa İttifaqı üçün Azərbaycanın yaxın dost və tərəfdaş ölkə olmasını arzu edirik. Mən belə hesab edirəm ki, bugünkü tədbir bu istiqamətdə atılan addımlardan biridir və bunu qiymətləndirmək lazımdır”.
Azərbaycanın Belçika Krallığında və Lüksemburq Hersoqluğunda səfiri, Avropa İttifaqı yanındakı daimi nümayəndəliyinin rəhbəri Emin Eyyubov tədbirin təşəbbüskarı, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın ölkəmizdə təhsilin, mədəniyyətin və səhiyyənin inkişafı ilə bağlı gördüyü işlərdən danışıb. Səfir Azərbaycan həqiqətlərinin təbliği sahəsində Fondun gördüyü işlər barədə geniş məlumat verib və Mehriban Əliyevanın tədbirin iştirakçılarına müraciətini oxuyub. Müraciətdə deyilir: “Xanımlar və cənablar, Sizi Azərbaycan Mədəniyyəti Günlərində salamlamaqdan böyük şərəf duyuram. Avropa Parlamentinin belə bir tədbirə ev sahibliyi etməsi Qərb və Şərq sivilizasiyalarının kəsişməsində yerləşən qədim ölkənin - Azərbaycanın mədəniyyətinə verilən yüksək qiymətin və əsl marağın sübutudur. ölkənin zəngin tarixi boyunca onun nadir coğrafi mövqeyi burada nümunəvi mədəniyyətin yaranmasına, müxtəlif etnik, dini və mədəni köklərə malik xalqların hüquq və azadlıqlardan bərabər istifadə etməsinə imkan verən çoxəsrlik tolerantlıq mühitinin formalaşmasına xidmət etmişdir. Azərbaycanın mədəniyyəti dünyada ən qədim mədəniyyətlərdən biri hesab edilir və ölkədə əsrlər boyu yaşayan xalqların müxtəlif adət-ənənələrini özündə birləşdirir. Bu ilkin şərtlər əsrlər boyu ölkədə fəlsəfi-ədəbi fikrin, poeziyanın və memarlığın, habelə ölkənin maddi və mənəvi irsinin rəmzi olan təsviri sənətin çiçəklənməsinə gətirib çıxarmışdır. Tədbir çərçivəsində Azərbaycan mədəniyyətinin müxtəlif nümunələri, o cümlədən musiqi, təsviri incəsənət, xalq sənətkarlığı, folklor, milli rəqs və mətbəxi sizin diqqətinizə təqdim ediləcəkdir. Beləliklə, Azərbaycanda mövcud olan mədəniyyət müxtəlifliyi haqqında sizə, əziz qonaqlar, ilk əldən məlumat verməyə imkan yaranacaqdır. Başqa bir cəhət ondan ibarətdir ki, yuxarıda sadaladığım mədəniyyət formaları Azərbaycanın özünəməxsusluğunun əsasını təşkil edir və Azərbaycan xalqının həyatında mühüm əhəmiyyət daşıyır. ümid edirəm ki, bütün bu tamaşalar və sərgilər sizin Azərbaycan mədəniyyəti ilə tanış olmağınıza xidmət edəcəkdir. Mən bir daha sizin mədəniyyət və tolerantlığın inkişafına verdiyiniz davamlı və dəyərli dəstəyinizi yüksək qiymətləndirir və Azərbaycan mədəniyyətinə olan marağa görə təşəkkür edirəm. Beləliklə, bu gün tanış olacağınız möhtəşəm mədəniyyəti daha yaxından görmək üçün, Azərbaycan mədəniyyətinin reallıqları haqqında daha çox bilmək və daha çox öyrənmək səylərinizi qiymətləndirərək mən sizi Azərbaycana dəvət etməkdən böyük məmnunluq hissi duyuram”.
Azərbaycan incəsənət ustalarının konserti mərasim iştirakçılarına xoş təsir bağışlayıb. Konsertdə muğam və xalq mahnıları ilə yanaşı, caz musiqisi səslənmiş, milli rəqslərimiz ifa edilib. Avropa Parlamentində Azərbaycan mədəniyyəti günləri çərçivəsində açılmış sərgidə əməkdar rəssam Sakit Məmmədovun əsərləri, bədii miniatürlər və heykəllərin müəllifi Elmira Abbaslının işləri, Azərbaycanın qədim tətbiqi və xalçaçılıq sənətlərini əks etdirən eksponatlar, eləcə də Heydər Əliyev Fondunun beşillik fəaliyyəti dövründə müxtəlif sahələr üzrə gördüyü işləri əks etdirən albom və broşürlər nümayiş etdirilib.
Sonda mərasim iştirakçıları Azərbaycan Milli Kulinariya Mərkəzinin baş direktoru və Milli Kulinariya Assosiasiyasının prezidenti Tahir Əmiraslanovun rəhbərliyi altında hazırlanmış milli mətbəximizin ləziz nümunələrinin dadına baxıblar.
Heydər Əliyev Fondunun Azərbaycan mədəniyyətinin dünyada, o cümlədən Avropada tanıdılması və təbliği istiqamətində həyata keçirdiyi davamlı fəaliyyətin tərkib hissəsi olaraq Avropa Parlamentindəki Azərbaycan mədəniyyəti günləri şübhəsiz hələ uzun müddət tədbir iştirakçılarının yaddaşından silinməyəcək.
Azərbaycan mədəniyyəti günləri noyabrın 13-dək davam edəcək.
Xəbər lenti
Hamısına baxDünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:52
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37
Elm
24 Aprel 21:23
Dünya
24 Aprel 20:45
Dünya
24 Aprel 20:17
İqtisadiyyat
24 Aprel 19:52
Formula 1
24 Aprel 19:28
Dünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53
YAP xəbərləri
24 Aprel 18:36
YAP xəbərləri
24 Aprel 18:13
YAP xəbərləri
24 Aprel 17:27
MEDİA
24 Aprel 17:27
Elm
24 Aprel 17:26
YAP xəbərləri
24 Aprel 17:05
YAP xəbərləri
24 Aprel 17:04
Elanlar
24 Aprel 17:00
Elm
24 Aprel 16:27
Dünya
24 Aprel 16:22
Siyasət
24 Aprel 16:19
Sosial
24 Aprel 15:48
YAP xəbərləri
24 Aprel 15:45
Sosial
24 Aprel 15:27

